qeyri-meşə torpaqları

Meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulmuş torpaqlar, habelə meşə fondunun sərhədləri daxilində yerləşən digər torpaqlar

qeyri-maddi aktivlər
qeyri-rezident
OBASTAN VİKİ
Boz meşə torpaqları
Boz meşə torpaqlar — bütöv zona əmələ gətirməyən torpaq tipləri. Bu torpaqlar Şimali Amerikanın Atlantik okeanı sahili ərazilərində və Avrasiyanın Avropadan Baykalətrafı rayona qədər ərazilərində yayılmışdır. Keçmiş SSRİ ərazisinin 3 %-i bu torpaqların payına düşür. == İqlimi == Boz torpaqlar kontinental iqlim şəraitində inkişaf etmişdir. Soyuq və kontinental iqlim Avrasiyada qərbdən şərqə doğru çoxalır. Qərbdə havanın orta illik temperaturu +7 °C, yanvarın orta temperaturu −6°C-yə yaxın, şaxtasız keçən günlərin sayı 250-yə çatır. Şərqdə bu göstəricilər müvafiq olaraq −4,5 °C, −28 C-yə yaxın və 180 gün təşkil edir. Uraldan qərbdə boz torpaqların formalaşdığı zonada yağıntıların illik miqdarı 500–600 mm, Şərqdə Baykal ətrafında 300 mm-ə yaxın olur. Yay temperaturu eyni olub, +19°C-dən +20°C-yə qədər dəyişir.. == Genetik xüsusiyyətləri == Meşə döşənəyi kül elementləri ilə zəngindir.
Dağ-meşə çəmən torpaqları
Dağ-meşə çəmən torpaqları — dəniz səviyyəsindən 1800 (2000) — 2100 (2200) m hündürlüklərdə, meşələrin yuxarı sərhəddində yayılmış torpaq tipi. Ərazi üçün parkşəkilli meşələr və yüksək otlaqlarla örtülü geniş talalar səciyyəvidir. == İqlimi == Orta illik temperaturu 5,7–6,1°C, illik yağıntıların miqdarı isə 700–1200 mm arasında tərəddüd edir. Fəal temperatur cəmi 2000–2500 °C arasında dəyişir. Rütubətlənmə əmsalı Böyük Qafqazda 2,2, Kiçik Qafqazda isə 1,4-ə bərabərdir. == Bitki örtüyü == Alçaqboylu ağaclar, sürünən kollar, palıd, tozağacı, ağcaqayın və taxılkimilərdən ibarət ot bitkiləri üstünlük təşkil edir. Hər il bitkilər torpağa çoxlu töküntü verir. Fitokütlənin miqdarı Böyük Qafqazda 70–80 s\ha (quru kütlə), Kiçik Qafqazda isə 40–60 s\ha arasında tərəddüd edir. == Morfoloji əlaməti == Humusun üst qatda miqdarı orta hesabla 9–10% təşkil edir. Bu göstəriciyə görə dağ-çəmən torpaqlara yaxındır.
Dağ meşə-çəmən torpaqları
Dağ-meşə çəmən torpaqları — dəniz səviyyəsindən 1800 (2000) — 2100 (2200) m hündürlüklərdə, meşələrin yuxarı sərhəddində yayılmış torpaq tipi. Ərazi üçün parkşəkilli meşələr və yüksək otlaqlarla örtülü geniş talalar səciyyəvidir. == İqlimi == Orta illik temperaturu 5,7–6,1°C, illik yağıntıların miqdarı isə 700–1200 mm arasında tərəddüd edir. Fəal temperatur cəmi 2000–2500 °C arasında dəyişir. Rütubətlənmə əmsalı Böyük Qafqazda 2,2, Kiçik Qafqazda isə 1,4-ə bərabərdir. == Bitki örtüyü == Alçaqboylu ağaclar, sürünən kollar, palıd, tozağacı, ağcaqayın və taxılkimilərdən ibarət ot bitkiləri üstünlük təşkil edir. Hər il bitkilər torpağa çoxlu töküntü verir. Fitokütlənin miqdarı Böyük Qafqazda 70–80 s\ha (quru kütlə), Kiçik Qafqazda isə 40–60 s\ha arasında tərəddüd edir. == Morfoloji əlaməti == Humusun üst qatda miqdarı orta hesabla 9–10% təşkil edir. Bu göstəriciyə görə dağ-çəmən torpaqlara yaxındır.
Qonur dağ-meşə torpaqları
Qonur dağ-meşə torpaqları — rütubətli, mülayim-isti iqlim şəraitində, enliyarpaqlı meşələr altında formalaşmış torpaq tipidir. Boz-meşə torpaqları ilə müqayisədə qonur-meşə torpaqlar daha tünd rəngə malikdirlər. Bunun başlıca səbəbi bütün torpaq horizontlarında gilli mineraların və dəmir oksidin toplanması ilə bağlıdır. == Yayıldığı ərazilər == Azərbaycanda qonur dağ-meşə torpaqlar dağlıq zonal, rütubətli, dəniz səviyyəsindən 900-2000 m arasında Kiçik Qafqazın şimal və şimal-şərq, Böyük Qafqazın cənub və şərq yamaclarında, Lənkəranın orta dağ zonasında geniş massivlər şəklində yayılmışdır. == İqlimi == Ərazidə mülayim isti rütubətli iqlim tipi hakimdir. Burada havanın orta illik temperaturu 8-120C, orta illik yağıntılar isə 800-1400 mm arasında tərəddüd edir. Rütubətli subtropik iqlim tipindən fərqli olaraq bu qurşaqda yağıntılar il ərzində bərabər paylanmışdır. == Morfoloji tərkibi == Bu torpaqların yaxşı strukturası vardır. Humus qatında 3-7% humus olur. Yuxarı horizontlarda humusun miqdarı 5-8% təşkil edir.
Qəhvəyi dağ-meşə torpaqları
Qəhvəyi dağ-meşə torpaqları — inkişaf etdiyi kserofit meşə və kolluqlar iqlimi Aralıq dənizi iqlim tipinə yaxındır. == Yayıldığı ərazilər == Böyük və Kiçik Qafqazın orta və alçaq dağ qurşağını, Naxçıvan MR, Qanıx-Əyriçay vadisi və Lənkəran rayonunu əhatə edir. Dəniz səviyyəsindən 600–1200 m hündürlükdə, güclü parçalanmış dağlarda, bitki örtüyü yaxşı inkişaf etmiş meşəaltı və kserofil ot örtüklü palıd-vələs meşələri altında inkişaf etmişdir. Bu torpaqlar Lənkəran rayonunda 400–600 m yüksəkliklərdə əsasən cənub yamaclarda palıd-vələs meşələri altında yayılmışdır. == İqlimi == İsti yayı və mülayim qışı ilə səciyyələnir. Orta illik temperatur 8,4°-10,8 °C, ən soyuq ayların temperaturu 1,2°-3,4°C arasında dəyişir. yağıntıların miqdarı 350–600 mm olub, əsasən yaz və payız fəsillərində düşür. Lənkəran rayonunda bu torpaqlar alçaq dağlıqda, yarımrütubətli subtropik iqlim tipinin hakim olduğu ərazilərdə yayılmışdır. Lənkəran rayonunun cənub qurtaracağından fərqli olaraq şimal hissədində insanın antropogen təsiri nəticəsində meşələr qırılmış və onların yerində taxıl, noxud, kartof və digər kənd təsərrüfatı bitkiləri becərilir. Burada yayılan qəhvəyi torpaqlar dağ və düzən qəhvəyi torpaqlara ayrılır.
Tayqa-meşə landşaftının torpaqları
Tayqa-meşə landşaftı Avrasiya və Şimali Amerika materiklərinin şimal hissələrini əhatə edir və bareal, subbareal iqlim vilayətləri daxilində formalaşmışdır. Şimalda o meşətundra, cənubda materikdaxili bölgədə 57-58° am endə meşə-çöl, okean sahili bölgədə isə enliyarpaq v\ qarışıq meşələr ilə birlikdə subbareal qurşaqla sərhədlənir. Rusiya Federasiyası ərazisində bu meşəlr geniş sahəni əhatə etməklə, Avropa, Qərbi Sibir, Şərqi Sibir və Uzaq Şərq regionlarını tutur. Şimali Amerikada bu qurşaq 38° şimal enliyinə qədər çatır. == İqlimi == Tayqa zonasının iqlim şəraiti Avrasiya materikində nəinki şimaldan cənuba, həm də qərbdən şərqə doğru dəyişir. Şərqi Sibir kəskin kontinental, Uzaq Şərq isə musson tiplidir. Orta illik temperatur Avropa hissəsində +4°C-dən Şərqi Sibirdə -7-16°C və Uzaq Şərqdə +7,5°C arasında tərəddüd edir. Yağıntıların miqdarı qərbdən şərqə və şimaldan cənuba doğru dəyişir. Korelya tayqalarında illik yağıntıların miqdarı 500 mm-ə yaxındırsa, onunla eyni enlikdə olan Yeniseydə yağıntıların illik miqdarı 150-200 mm-ə qədər azalır. Tayqanın çoxillik donuşluq inkişaf etmişdir.
Meşə
Meşə — Nisbətən böyük və ya kiçik sahədə yerləşən, bir-birinə və bitdiyi şəraitə, yəni bitkilərə, iqlimə, heyvanlar aləminə və s. təsir edən, burada birgə və ziddiyət şəraitində inkişaf edən ağac bitkiləri topluluğuna "meşə" deyilir. Meşələrin bir çox növü olur məsələn: rütubətli ekvatorial meşələr, enliyarpaqlı meşələr, iynəyarpaqlı (tayqa) meşələri. Məsələn: çinar ağacı,şam ağacı,iydə ağacı,qoz ağacı, meyvə ağacı == Ümumi məlumatlar == Dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-nin payına düşür. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır. XVIII–XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur. Hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1213.7 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir. Bu rəqəm Rusiya Federasiyasında 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir.
Almaniya torpaqları
Torpaq (alm. Land‎ — torpaq, ölkə) — Almaniya Federativ Respublikasında federasiyanı təşkil edən "üzv-dövlət" (alm. Gliedstaat‎). Sözün geniş mənasındakı "ölkə"dən fərqləndirmək üçün adətən "federal torpaq" terminindən (alm. Bundesland‎) istifadə edilsə də, hüquqi sənədlərdə bu terminə rast gəlinmir.
Avstraliya torpaqları
Avstraliya torpaqları — Avstraliyanın hüdudları daxilində mövcud olan torpaq örtüyü. Ərazinin çox hissəsini tutan səhralar boz və boz-qəhvəyi torpaqları, cod otu və tikanlı kolluqları olan yarımsəhralarla əhatələnmişdir. Yağıntının miqdarı artdıqca (qərb, şimal və şərq tərəf) qırmızı-qonur yarımsəhra, qırmızı-qonur və qırmızı lateritli savannaya keçir. Savanna şimal-şərqdə həmişəyaşıl tropik, cənub-şərq və cənub-qərbdə rütubətli evkalipt meşələri ilə əvəz olunur. Materikin şimal və şərqində qırmızı-sarı lateritli, dağlarda tropik-qara, sarı-qonur, dağ-çəmən torpaqları yayılmışdır. Yarımsəhra və savannalardakı təbii otlaqların Avstraliya üçün böyük əhəmiyyəti var. Əmtəə əhəmiyyətli meşələr materikin təqribən 2%-ni tutur.
Camaat torpaqları
Camaat torpaqları — dövlətin mülkiyyətində olub kəndlilərin istifadəsində olan torpaqlar idi. Bu torpaqlardan elliklə istifadə edən camaat bunun müqabilində dövlətə torpaq vergisi – xərac verirdi.
Luara torpaqları
Luara torpaqları və ya Pei-de-la-Luar (fr. Pays de la Loire, IPA: ​[pɛ.i də la lwaʁ]) — Fransanın qərbində bir bölgədir. Paytaxtı Nant şəhəridir. == Coğrafiyası == Ərazisi 32 082 km²-dir. Luara, Luar, Sarta və Mayenn çayları bu ərazidən axır. == Tarixi == == İnzibati bölgüsü == Region departamentlərinə daxildir :Mayenn, Atlantik Luara, Men və Luara, Sarta və Vandeya.
Səhra torpaqları
Səhra torpaqları — Avrasiya materikinin daxili rayonlarında, o cümlədən Xəzərin şimalında, Qazaxıstan və Monqolustan respublikalarının ərazisində yayılmışdır. Boz-qonur səhra torpaqları bareal qurşağın ən arid avtomorf torpaqları kimi təqdim olunur. Səhraların hirdomorf torpaqları üçün takırlı və şorlaşmış torpaqlar xarakterikdir. == İqlimi == Səhralar üçün yayın isti, qışın soyuq keçməsi səciyyəvidir. Orta illik temperaturu şimalda +16°C-dən, cənubda +20°-yə qədər dəyişir. Şərq və qərb hissələrdə temperatur demək olar ki, fərqlənmir. +26°-30 °C təşkil edir. Yağıntıların illik miqdarı 100–200 mm-dən çox deyil. Yağıntıların paylanması aylar üçün bərabər deyil: maksimum qış-yaz dövrü düşür. == Bitki örtüyü == Səhraların xarakterik bitki örtüyü şoran kollar və efemerlerdən ibarətdir.
Meşə kadastrı
Meşə kadastrı — Meşənin səmərəli istifadəsi, qorunması, mühafizəsi və meşə təsərrüfatının inkişafının planlaşdırılmasını təşkil etmək məqsədilə meşələrin dövlət uçotu və dövlət Meşə kadstrı aparılır. Dövlət Meşə kadastrı meşə quruluşu materialları əsasında yerinə yetirilir. Meşə təsərrüfatından səmərəli və effektli istifadə etmək məqsədilə dövlət Meşə kadastrına meşələrin kəmiyyət və keyfiyyət vəziyyəti haqqında məlumatlar, meşələrin qoruyucu kateqoriyalara bölünməsi və s. daxil edilir. Dövlət Meşə kadastrının sənədləşdirilməsi dövlət meşələrində, qoruq meşələrində və ayrı-ayrı müəssisə və təşkilatlara aid meşələrdə aparılmalıdır. Hazırda bəzi SNQ dövlətlərində Meşə kadastrı aparılır. Respublikamızda vaxtilə bu işə başlanmış, lakin sonra davam etdirilməmişdir. Onun aparılması respublikamızın meşə təsərüfatları üçün vacib məsələ hesab edilməlidir.
Meşə kirpisi
Meşə kirpisi (lat. Erinaceus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin kirpilər fəsiləsinə aid heyvan cinsi. Bu cins kirpi növlərinə Avropa, Orta və Ön Asiya, Sibir, Çin və Koreyada ən çox rast gəlinir. Cinsə aid Adi kirpi nümayəndəsi Yeni Zelandiyada yaşamağa uyğunlaşdırılmışdır. Cinsin latınca Erinaceusadı, mənasi "tikanlı sədd" mənasını verən ericius sözündən götürülmüşdür. == Növləri == Amur kirpisi (Erinaceus amurensis) Şərqi Avropa kirpisi (Erinaceus concolor) Adi kirpi (Erinaceus europaeus) Erinaceus roumanicus == Qidalanması == Meşə kirpiləri hər şey yesələr də, ətyeyən heyvan sayılırlar: siçan, kərtənkələ, qurbağa, həşəratlar və onların süfrələri.
Meşə marmotu
Meşə marmotu (lat. Marmota monax) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Meşə pişiyi
Çöl pişiyi (lat. Felis silvestris) — pişik cinsinə aid heyvan növü. Azərbaycanda nəsli kəsilmək təhlükəsi altındadır. == Ümumi məlumat == Bədənin uzunluğu 53–70 sm, quyruğun uzunluğu isə 23 – 35 sm — dir. Çəkisi 3.4 – 5.3 kq — a çatır. Quyruğu uzun və nazikdir. Bədənin xəzi, bel tərəfdə boz – sarı, qarın tərəfdə isə çirkli – ağımsov rəngdə olur. Bel tərəfində qara xallar səpələnmiş şəkildədir. Buna görə də, ona bəzən xallı pişik deyilir. Xalları fərdi cəhətdən dəyişkəndir.
Meşə poruğu
Mərcanotuçiçək poruq (lat. Stachys sylvatica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin poruq cinsinə aid bitki növü. == Sinonimləri == Stachys canariensis Jacq. Stachys cordata Gilib. [Invalid] Stachys cordatifolia Gilib. [Invalid] Stachys foetida Gueldenst. ex Ledeb. Stachys glaucescens Muss.Puschk. ex Spreng. Stachys trapezuntea Boiss.
Meşə qrupları
Meşə qrupları - Meşələrin xalq təsərrüfatı əhəmiyyətinə uyğun olaraq, onların yerləşdiyi ərazidən və funksiyalarından asılı olaraq dövlət meşələri üç qrupa (I, II, III) ayrılır. == Ümumi məlumat == I-qrupa əsasən suqoruyucu, torpaqqoruyucu, səhiyyə-gigiyena və sağlamlıq funksiyası daşıyan meşələr daxildir. Bu meşələrdə istifadə olduqca məhdudlaşdırılır. Meşədə yalnız meşə-bərpa, xidməti və sanitar qırıntısına icazə verilir. II qrup meşələrdə başdan-başa, tədrici və seçmə qırıntısına icazə verilir. III qrup meşələr çoxmeşəli rayonlarda yerləşir və burada başdan-başa qırıntı üsulları tətbiq edilir. II, III qrup meşələrinə Ural, Sibir meşələri daxildir. Azərbaycan respublikasının meşələri I qrupa aiddir.
Meşə süleysini
Meşə süleysünü (lat. Dryomys nitedula) gəmiricilər dəstəsinin süleysünlər fəsiləsinə aid məməli heyvan növüdür. == Xarici görünüşü == Ölçücə süleysindən kiçikdir, bədənin uzunluğu 90 – 110 mm, arxa pəncənin uzunluğu isə 19 – 22 mm-dir. Quyruğunun uzunluğu təxminən bədənin uzunluğuna bərabər. Kütləsi 30-40 q-dır. Quyruğu yana daranmış tüklərlə örtülüdür. Kəllənin uzunluğu 24 – 26 mm olub, gözarası məsafə hamardır. Təbil kameraları iri və uzunsov şəkildədir. Xəzi bozumtul-pas və ya sarımtıl-qonur rəngdədir. Buna baxmayaraq, yaşadığı arealdan asılı olaraq rəngi kəskin dəyişə bilər.
Meşə çiyələyi
Meşə çiyələyi (lat. Fragaria vesca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. Çiyələyin məlum olan 20 növündən bir növü – meşə çiyələyi Azərbaycanın dağ-meşə rayonlarında çox geniş yayılmışdır və ehtiyatı çoxdur. Meşə çiyələyi mayın axırı, iyunun əvvəllərindən başlayaraq bütün yayı çiçəkləyir. Çiçəkləri ağ rəngli olub ətirlidir. Meyvələri iyunavqustda yetişir. Meyvələri ətirli, şirin, meyxoş olub, forması yumurtavari və uzun konusvaridir. Rəngi qırmızı, ağ, bəzən bənövşəyi olur. Çiyələk xırda meyvəciklərin birləşməsindən əmələ gəlib, hər meyvəciyin üzərində qeyri-həqiqi xırda sarı toxum yerləşir. Meşə çiyələyinin tərkibində 6% şəkər (fruktoza və qlükoza), 1,5% üzvi turşu (alma, limon), 1,5% azotlu maddə, 0,4% aşılayıcı maddə, 1,3% pektinli maddə, 20-50 mq% C vitamini, 3,5 mq% karotin, dəmir və kalium duzları, efir yağları vardır.
Meşə çuğundurotu
Meşə çuğundurotu (lat. Alyssum montanum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin çuğundurot cinsinə aid bitki növü.
Meşə ördəyi
Meşə ördəyi (lat. Aix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Meşə örtüyü
Meşə üzümü
Mədəni üzüm (lat. Vitis vinifera) - üzüm cinsinə aid bitki növü. == Ümumi yayılması: == Аzərbаycаn, Оrtа Аsiyа, Rusiya, Ukrayna, Moldaviya, Gürcüstan, Türkiyə, İrаn, Əlcəzаir, Аvrоpа və Şimаli Аmеrikа ölkələrində təbii аrеаllаrı vаrdır. == Azərbaycanda yаyılmаsı: == Naxçıvan MR, Zаqаtаlа-Bаlаkən, Lеrik, Yаrdımlı, Оğuz, Qəbələ, Хаnlаr rаyоnlаrı ərаzilərində yаyılmışdır. == Stаtusu: == Аzərbаycаnın nаdir, rеlikt bitki növüdür.VU D2. == Bitdiyi yеr: == Meşələrdə, düzənliklərdən başlayıb orta dağ qurşağına qədər olan ərazilərdə rast gəlinir. == Təbii еhtiyаtı: == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri: == Mеşə üzümü sаrmаşаn və dırmаşаn bitkidir. Gövdəsinin rəngi bоzumtul olub nazik çıxıntılıdır. Yаrpаqlаrı sаdə, dilimlidir.
Meşə ətirşahı
Meşəlik ətirşahı (lat. Geranium sylvaticum) — ətirşah cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == 60 sm hündürlükdədir. Kökətrafı yarpaqlar uzun tüklü saplaqlı, üst hissədən sıx, aşağı hissədən damarların üzərində tükcüklü, böyrəkvari-yumru, 6-7 bölümlü, enli rombvari, lələkvari bölümlü və ya iridişcikli hissəlidir; orta yarpaqlar daha qısa saplaqlı, yuxarıdakılar oturaq və qarşı-qarşıya düzülmüşdür. Çiçəkləri çoxsaylı, yuxarı hissədə olur. Ləçəkləri tərsyumurtavari, 14– 17 mm uzunluqda, tündqırmızı-bönövşəyi rənglidir. Erkəkcik sapı aşağıda enli və kirpikciklidir. Meyvənin tayları (layları, qanadları) tükcüklüdür. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Meşə talalarında və çəmənlərdə bitir.