qol-boyun
qol-budaqatma
OBASTAN VİKİ
Qol
Qol (idman) — idman oyunlarında topun və ya şaybanın rəqibin qapısından keçirilməsi. Qol (ölçü vahidi) — əkinləri suvararkən axıdılan suyun miqdarını olcmək ucun istifadə edilən ölçü vahidi. Qol (mahnı) Qol (anatomiya) — canlılarda cüt qabaq ətraflardan biri. Qol (coğrafiya) — çayın qolu. Qol (imza) — hər hansı sənədin altından öz dəti-xətti ilə imza etmək (qol çəkmək).
Gümüş qol
Gümüş qol — futbolda pley-off mərhələsinin oyunlarında əsas vaxt (90 dəqiqə) başa çatdıqdan sonra bərabər nəticə olan halda qalibi müəyyənləşdirmək üçün 2003–2004-cü illərdə istifadə olunan üsul. Eyni anda əlavə vaxt (hər biri 15 dəqiqədən ibarət 2 hissə) təyin edilir. Qaydaya görə, əgər hər hansı əlavə hissə ərzində komanda qol vurarsa, onda əvvələr tətbiq olunan "qızıl qol" qaydasından fərqli olaraq oyun bitmir və həmin hissənin sonuna qədər davam edir, daha dəqiq isə əgər ilk əlavə hissə qalibi müəyyənləşdirsə, onda ikinci əlavə hissə oynanılmır və oyun bitmiş sayılır. Əgər ilk əlavə hissə başa çatdıqdan sonra hesab heç-heçə olarsa, onda əlavə vaxt tam oynanılır. Əgər əlavə vaxt keçdikdən sonra heç bir komanda qol vura bilmədisə və ya eyni sayda qol vurdusa, onda qalib əvvəlki kimi penalti seriyası vasitəsilə müəyyən olunur. 2004-cü ildə keçirilən UEFA Avropa çempionatı "Gümüş qol"un tətbiq edildiyi yeganə böyük turnir olmuşdur, özü də bu üsulun taleyi hələ turnirin başlamasından əvvəl həll olunmuşdu, çünki 2004-cü ilin fevral ayında "iki overtaym və penalti" klassik formatının qaytarılması qəbul olundu. Matçın nəticəsinə təsir edən yeganə "gümüş qol"u helə məhz bu turnirdə vuruldu, qol Yunanıstan — Çexiya arasında oynanılan yarımfinalın birinci əlavə hissəsində vurulmuşdur. Qolun müəllifi Yunıstan millisinin oyunçusu Trayanos Dellas olmuşdur. Maraqlıdır ki, ilk "qızıl qol"u da məhz Çexiya yığması 1996 Avropa çempionatının finalında buraxmışdır. "Gümüş qol" qaydasının qüvvədə olduğu zamanı əlavə vaxtda vurulan qalan bütün qollar əlavə olunan ikinci hissədə qeydə alınmışdır, beləliklə bir qayda olaraq oyunların nəticələrinə təsir göstərməmişdir.
Qol (dəqiqləşdirmə)
Qol (idman) — idman oyunlarında topun və ya şaybanın rəqibin qapısından keçirilməsi. Qol (ölçü vahidi) — əkinləri suvararkən axıdılan suyun miqdarını olcmək ucun istifadə edilən ölçü vahidi. Qol (mahnı) Qol (anatomiya) — canlılarda cüt qabaq ətraflardan biri. Qol (coğrafiya) — çayın qolu. Qol (imza) — hər hansı sənədin altından öz dəti-xətti ilə imza etmək (qol çəkmək).
Qol (idman)
Qol (ing. goal — məqsəd) — idman oyunlarında topun və ya şaybanın rəqibin qapısından keçirilməsi. Qapı xəttindən keçirilmə bir xal sayılır (reqbidə bir neçə xal). Oyunlarda rəqib qapısından daha çox top (şayba) keçirən komanda qalib sayılır.
Qol (mahnı)
Qol güləşi
Armrestinq və ya qol güləşi Bir neçə əsr bundan əvvəl əsasən dənizçilər arasında, pablarda yaranan qol güləşdirməsi və ya armrestli bir idman növü kimi 100 ilə yaxındır ki tanınır. Məşhur Amerika yazıçısı Ernest Heminquey özünün “Qoca və dəniz” əsərində armrestlinq haqqında söhbət açmışdır. İlk dünya çempionatı isə yalnız 1962-ci ildə keçirilmişdir. Amerikada ona oxşar idman növləri – hendrestlinq və ristrestlinq də mövcuddur. == Qaydalar == Hələ indiyədək armrestlinq yarışları müxtəlif qaydalarla keçirilir. Bu növün banisi Bill Soberanus ayaqüstü yarışmağın tərəfdarı olsa da, oturan yerdə, sol və ya sağ əllərlə mübarizə etməyin tərəfdarları da tapılır. Azərbaycanda bu yarışlar ancaq ayaqüsü keçirilir. İdmançılar bir-birinin biləyindən yapışır, hakimin hərəkətindən sonra rəqibin əlini stola endirməyə çalışırlar. Əgər idmançılardan hansısa əlini qaçırırsa, onda hakim onların hər ikisinin biləyini qayışla bağlayır.
Qol saatı
Qol saatı — biləkdə gəzdirilən və vaxtı öyrənmək üçün istifadə edilən cihaz. Qol saatı barədə tarixdə məlum olan ilk qeyd 1571-ci ildə Lester qrafı Robert Dadlinin ingilis kraliçası I Yelizavetaya qiymətli daş-qaşla bəzədilmiş qol saatı hədiyyə etməsidir. İndiyədək gəlib çatan ən qədim qol saatı isə 1806-cı ildə hazırlanan və Jozefina de Boqarneyə hədiyyə edilən saatdır. XX əsrə qədər qol saatlarını yalnız qadınlar istifadə edir, kişilər isə cib saatı işlədirdilər. XIX əsrin sonlarında hərbçilər döyüş şəraitində cib saatından istifadə etməyin çətinliyinə görə saatı biləyə taxmağa başladılar. Lakin yalnız XX əsrin əvvəllərindən başlayaraq qol saatları geniş populyarlıq qazanmağa başladı.
Budaq Budaqov
Budaq Əbdüləli oğlu Budaqov (23 fevral 1928, Çobankərə, Eçmiədzin qəzası, Ermənistan SSR, SSRİ – 1 noyabr 2012, Bakı) — Azərbaycanlı alim, ictimai-siyasi xadim, Azərbaycan Respublikasının əməkdar elm xadimi (2008), Respublika Ağsaqqallar Şurasının sədri, Azərbaycan Milli Məclisin "Toponimika" Komissiyasının sədri, Azərbaycan Coğrafiya Cəmiyyətinin sədri, SSRİ Coğrafiya Cəmiyyətinin N. A. Pryevalski adına Qızıl medalı (1978), Azərbaycan Respublikasının "Şöhrət" ordeni (2000) və Yusif Məmmədəliyev (1995), akademik Həsən Əliyev, şair Məmməd Araz, mesant Hacı Zeynalabdin Tağıyev adına mükafatları laureatı, coğrafiya elmləri doktoru (1968), professor (1969), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989), AMEA-mım müxbir üzvü (1976), AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru. == Həyatı == Budaq Budaqov 23 fevral 1928-ci ildə Qərbi Azərbaycanda Zəngibasar mahalının Çobankərə kəndində (indiki Masis rayonu, Ermənistan SSR) anadan olmuşdur. 1933–1940-cı illərdə Ermənistan SSR Zəngibasar rayonunun Mehmandar kənd natamam orta məktəbində oxumuşdur. 1940–1941-ci illərdə İrəvan şəhərində yerləşən Azərbaycan Pedaqoji məktəbində təhsilini davam etdirmişdir. Budaq Budaqov ilk əmək fəaliyyətinə doğulduğu kənddə kolxoz briqadirinin köməkçisi kimi başlamışdır. 1945-ci ilə kimi bu vəzifədə çalışmışdır. 1945–1947-ci illərdə isə təhsilini yenidən davam etdirmişdir. İrəvanda təhsilini başa vurduqdan sonra 1947-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə daxil olmuşdur. Buradakı təhsilini 1951-ci ildə bitirdikdən sonra təhsilini davam etdirərək SSRİ Elmlər Akademiyasının Coğrafiya İnstitutunun aspiranturasını oxumuşdur. 1955-ci ildə Moskvada coğrafiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün "Cənub-Şərqi Qafqazın şimal yamacının geomorfologiyası" mövzusunda dissertasiya işini müdafiə etmişdir.
Budaq Hacısamlı
Budaq Köçəri oğlu Hacısamlı (1786-?) — Obabaşı. == Həyatı == Budaq Köçəri oğlu 1786-cı ildə Qaraçorlu mahalının Hacısamlı nahiyəsində doğulmuşdu. Qohum-əqrabasını ətrafına toplayıb bir oba təşkil etmişdi. Bu oba sonra Budaqdərə adlandı. Budaq əsasən heyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi. Yatağı, yaylağı, əkinəcəyi, məzrəsi vardı. Bir müddət Mehdiqulu xan Cavanşirlə İranda yaşamışdı. 1827-ci ildə doğma yurduna qayıtmışdı. == Ailəsi == Budaq Salatınla ailə qurmuşdu. Oruc, Niftalı, Baxşalı adlı oğlanları, Şirin və Sona adlı qızları vardı.
Budaq Nəsirov
Budaq Nəsirov (15 iyul 1996, Gəncə) – Azərbaycan futbolçusu. Region Liqasında çıxış edən "Naftalan" klubunun futbolçusudur. Karyerası ərzində Portuqaliya aşağı dəstəsində mübarizə aparan Sportinq Lissabonun əvəzedici komandasında çıxış etmişdir. == Karyerası == === Klub === Budaq Nəsirov 25 iyul 2016-cı ildə Sportinq Lissabon klubu ilə 5 illik müqavilə imzalamışdır. 2024-cü ilin noyabrında Region Liqasında çıxış edən "Naftalan" komandası ilə müqavilə bağlamışdır. === Milli komanda === Budaq Nəsirov milli komandada debütünü 26 may 2016-cı ildə Azərbaycanın yoldaşlıq oyununda Andorraya qarşı oyunda etmişdir. == Karyera statistikası == === Milli komanda === 26 may 2016-cı il məlumatlarına əsasən.
Budaq Qəzvini
Budaq Qəzvini (1510–1577) — tarixçi, dəftərxanada işçi, qoşun kargüzarı (nəvisəndəgi-ye ləşkər), münşi, kələntər, katib, vəzir. == Həyatı == Budaq bəy 1510-cu ildə Qəzvin şəhərində anadan olmuşdu. Budaq Qəzvini öz həyatını, Səfəvilər idarəsində tutduğu xırda məmur vəzifəsindəki fəaliyyətini qısaca və aydın təsvir etmişdir. O, Şah I Təhmasibin hakimiyyətinin əvvəlində, on dörd yaşında olarkən şah dəftərxanasında işə qəbul olunmuşdur. Sonrakı ildə Budaq Qəzvini pulların saxlandığı dəftərxanada (dəftər-i ərbab-i təhavil) üç tümən maaşla işə götürüldü. Dörd il keçdikdən sonra Budaqın xəttindən xoşu gələn xəzinə başçısı (müstövfi əl-məmalik) Hacı Hüseyn Kaşi onu öz yanına işə götürdü və ona on beş tümən maaş təyin etdi. Onun qulluqdakı fəaliyyətinin altıncı ilində ölkə üzrə mədaxil və məxarici qeydə almaqdan ötrü məlumat dəftərxanası yaradıldı və Budaq səkkiz tümənlik əmək haqqı ilə ora işə keçirildi. Onun qardaşı Hacı İzzəddin dəftərxananın rəisi idi. Budaqın dayısı Əmir bəy Şələkani, Məhəmməd xan Şərəfəddin oğlu Təkəlinin vəziri və vəkili olduğundan, sonuncu Bağdad hakimi təyin edildikdən sonra öz bacısı oğlunu Ərəb İraqının divan katibi (münşiy-i divan) vəzifəsinə işə götürdü. Üç ildən sonra Məhəmməd xan qoşun kargüzarı (nəvisəndəgiy-iləşkər) vəzifəsini də Budaqa tapşırdı və onun əmək haqqı 20 tüməndən 30 tümənədək artdı.
Budaq Təhməz
Budaq Təhməz (tam adı: Budaq Təhməz oğlu Təhməzov; d. 1938, Naxçıvan, Şərur rayonu, Siyaqut, v. 5 avqust, 2024) — Şair-publisist, Məmməd Araz mükafatı laureatı. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Budaq Təhməz 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kəndində anadan olub. Naxçıvan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirib. 1970-ci ildə yaradıcılığa başlayıb. Şərurda "İşıqlı yol" qəzetinin nəzdində "Şərur qönçələri" ədəbi dərnəyinin yaradıcılarından və təşkilatçılarından biri olmaqla yanaşı həm də uzun illər dərnəkdə fəaliyyət göstərib == Yaradıcılığı == "Aşıq Nabat" kitabının tərtibçısı olmuş Budaq Təhməzin şeirləri Türkiyə və İran mətbuatında dəfələrlə çap olunub. “Mən vətənin oğluyam”, “Şair ürəyi” və “Kəndimizə bir qız gəlib şəhərdən” şeirləri Türkiyə türkcəsinə uyğunladırılaraq Türkiyə “Ədəbiyyatçılar və kültür adamları” ensiklopediyasında dərc edilib. Silsilə şeirləri filologiya elmləri namizədi Şamil Zaman tərəfindən fransız dilinə tərcümə olunub.
Budaq cümlə
Budaq cümlə - tabeli mürəkkəb cümlənin baş cümləyə semantik və qrammatik cəhətdən tabe olan tərkib hissəsi. Budaq cümlə baş cümləyə müxtəlif cəhətdən xidmət edir; baş cümlədə ifadə olunan hal-hərəkətin zamanını, yerini, səbəbini və digər əlamətlərini bildirir. Azərbaycan dilində budaq cümlənin aşağıdakı növləri vardır: mübtəda budaq cümləsi xəbər budaq cümləsi tamamlıq budaq cümləsi təyin budaq cümləsi zərflik budaq cümlələri şərt budaq cümləsi qarşılıq-güzəşt budaq cümləsi. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, V cild, Bakı,2014, səh.17. Abdullayev Ə. Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr. Bakı, 1974, Abdullayev Ə., Cəfərov N., Seyidov Y., Həsənov A. Müasir Azərbaycan dili, IV hissə, Sintaksis. Bakı, 2009.
Budaq sultan
Budaq sultan (?-?)—İrəvan əyalətinin Şuragöl mahalının hakimi. == Həyatı == 1805-ci il oktyabrın 20-də Şuragöl sultanlığı Rusiyanın tabeliyinə keçir. Bu sultanlıq strateji mövqeyinə görə rus komandanlığına çox lazım idi. İran və Osmanlı Türkiyəsi ilə müharibə dövründə Şuragöl bufer zona kimi əlverişli əhəmiyyətə malik idi. Digər tərəfdən, Şuragölün varlı kənd təsərrüfatı rus qoşunlarını ərzaqla təmin edə bilərdi. İrəvana hücum ərəfəsində P. D. Sisianov Şuragöl sultanlıqının hakimi Budaq sultana Rusiya dövlətinin himayəsi altına keçməyə təklif etmişdi. Lakin Budaq sultan onun bu təklifinə məhəl qoymayaraq İrəvan xanı ilə əlaqə saxlayırdı və onun göstərişinə əsasən tez-tez Kartli-Kaxetiya ərazilərinə hücumlar təşkil edirdi. Tezliklə, Məhəmməd xanla onun arasında narazılıq yarandı. Müdaxilə nəticəsində dağıdılmış təsərrüfatı yenidən bərpa etmək üçün İrəvan xanı sultandan ağır vergi tələb etmişdi. O, Budaq Sultanı İrəvan qalasında həbs edərək ondan 30000 rubl tələb etmiş, əks təqdirdə şuragöllüləri İrəvana köçürəcəyi ilə hədələmişdi.
Pir Budaq
Pirbudaq
Qol (ölçü vahidi)
Qol — əsas arxdan ayrılan bilək yoğunluğunda su axıdan arx. == Ümumi məlumat == Əkinləri suvararkən axıdılan suyun miqdarını ölcmək üçün qol sözündən istifadə edilmişdir. Qol əsas arxdan ayrılan şırımdır. Qol təxminən bilək yoğunluğunda su axıdan arxıdır. Çayın qolu ifadəsi də yuxarıdakı mənaya uyğun gəlir. Böyük çaylara qarışan xırda çaylar qol adlanır. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh.
Qol basdı rəqsi
Qol basdı çox gözəl rəqsdir. Fazoz kəsməli və ya Hop tək Trabzon el mərkəzində oynanılan çox gözəl rəqsdir. == Tarixçə == Bir anladıya görə 1930-cu illərdə ağaların və dayıların olduğu bir dövrdə ortaya çıxmışdır. O dövrdə Trabzon da mağaralar tapılarmış. Faroz da, Dəyirman dərə də, Arafil boyun da, Poz təpə də. O mağaralarda ağalar dayılar aləm edərlərmiş. O dövrdə əsgərlərin kolluq qüvvətləri varmış, kolluq qüvvətləri bu aləmlərə basqın edərmiş. Aləmçilərdə basılmayaq deyə qapıya erketeler qoyarlarmış, gözçülər yəni. Erketeler kolluq qüvvətlərini gördüyü an içəri xəbər gətirərlərmiş, içəridəkilərdə xəbəri götürdüklərində səslərini qısarlarmış. Başlarlarmışlar söyləməyə batıq səslə "GƏLDİLƏR, BASDILAR, VURDULAR".
Qol Şərif məscidi
Qol Şərif məscidi (tatar. Колшәриф мәчете, rus. мечеть Кул-Шариф) — Tatarıstan Respublikasının və paytaxtı Kazanın əsas cümə məscididir (2005-ci ildən); Kazan Kremlin ərazisində yerləşir. Məscidin inşasına 1996-cı ildə Kazan xanlığının paytaxtı, XVI əsrdə Orta Volqa dini təhsil və elmlərin inkişafı mərkəzi əfsanəvi çox minarəli məscidin yenidən qurulması kimi başlanmışdır. Məscid 1552-ci ilin oktyabrında İvan Qroznı qoşunları tərəfindən Kazana edilən hücum zamanı dağıdılmışdı. Sonuncu imam seyid, Kazan müdafiəsinin liderlərindən biri Kul-Şərifin adını daşıyır. 36 m yüksəklikdəki günbəz "Kazan papaqları" təsviri və dekorativ detalları ilə əlaqəli formalarla bəzədilib. Dörd əsas minarənin hər birinin hündürlüyü 58 metrdir. Məscidin xarici görünüşünün memarlıq və bədii həlli məscidin memarlığını yerli ənənələrə yaxınlaşdıran semantik elementlərin inkişafı ilə əldə edilmişdir. Ağ mərmər və qranitdən tikilmiş,günbəz və minarələr firuzəyi rəngdədir.
Xalxin-Qol döyüşü
Xalxin-Qol döyüşü (rus. Бои на Халхин-Голе; monq. Халхын голын байлдаан) — 1939-cu ilin 11 may-16 sentyabr tarixləri aralığında Sovet Sosialist Respublikaları İttifaqı ilə Yaponiya imperiyası arasında baş vermiş silsilə toqquşmalar. Xalxin-Qol döyüşü 7 il 6 ay davam etmiş Sovet-Yapon sərhəd münaqişəsinin həll edici fazası hesab olunur. SSRİ tərəfdən Monqolustan Xalq Respublikası, Yaponiya imperiyası tərəfindən isə Mançjou-qo döyüşlərə cəlb edilmişdir. 11 may 1939-cu ildə atları üçün otlaq sahəsi axtaran 90 nəfərlik süvari monqol birliyinin mübahisəli əraziyə daxil olması sonradan sözügedən müharibənin başlamasının əsas səbəblərindən biri kimi göstərilməkdədir. Döyüşün adı toqquşmaların baş verdiyi Xalxin-Qol çayından götürülüb. Yapon mənbələrində döyüş münaqişəsinin həlledici toqquşmasının baş verdiyi Nomonhan kəndinin adına uyğun olaraq Nomonhan olayı (yap. ノモンハン事件, Nomonhan jiken) kimi qeyd edilir. Sözügedən kənd Daxili Monqolustan Muxtar Rayonunun ərazisində yerləşir.
Xalxin-Qol çayı
Xalxin-Qol çayı (monq. Халх гол; çin. 哈拉哈 Ha-la-ha; Ha-lo-hsin Ho) — Monqolustanın şərqində Çinin Daxili Monqolustan Muxtar Rayonu ərazisində yerləşən çay. Çay həm də monqol mənşəli -iin şəkilçisi ilə Kalxin Qol və ya Xalx çayı kimi də adlandırılmışdır. Çayın mənbəyi Daxili Monqolustan Muxtar Rayonu ərazisindəki Böyük Xinqan dağlarının qərb yamaclarından başlayır. Aşağı tərəfdə isə Çinin Daxili Monqolustan Muxtar Rayonu ilə Monqolustan Respublikası arasında dövlət sərhəddini təşkil edir. Çayın yatağı dolama və şaxələnmişdir. Sahilləri sıldırım, yamacların hündürlüyü 1–3 m, çay ağzına yaxın əraziləri alçaq, bataqlıq, qamış və kolluqlarla örtülmüşdür. Çay iki qola bölünür. Sol hissədən Buir-Nur gölünə, sağdan isə Biur-Nur və Dalanur göllərinə birləşdirən Orçun-Göl çaylarına axır.
Kəmiyyət budaq cümləsi
Kəmiyyət budaq cümləsi baş cümlədəki hərəkətin və əlamətin miqdarını bildirir və nə qədər? sualına cavab verir. Kəmiyyət budaq cümləsində də, əsasən, baş cümlə budaq cümlədən sonra gəlir. Kəmiyyət budaq cümləsinin baş cümləyə bağlanmasında nə qədər, nə qədər ki, hər nə qədər və s. kimi bağlayıcı sözlər iştirak edir. Bu zaman baş cümlədə o qədər, bir o qədər (də), o qədər də, bir elə və s. kimi əvəzlik-qəliblərdən biri qarşılıq söz kimi iştirak edir. Məs: Nə qədər səbirli olsan, bir o qədər xeyirli olar. Ön cəbhə nə qədər möhkəm olsa, insanlar bir o qədər arxayın olar. Kəmiyyət budaq cümləsi bəzi hallarda hərəkətin deyil, əlamətin kəmiyyətini də bildirir.
Mübtəda budaq cümləsi
== Mübtəda budaq cümləsi == Mübtəda budaq cümləsi ya baş cümlənin buraxılmış mübtədası əvəzində işlənir, ya da baş cümlədə işarə əvəzliyi ilə ifadə olunur və mübtədanı izah edir. Məsələn: Hamıya məlumdur ki (nə?), payızda meyvə bol olur. Məktubda o da yazılmışdı ki (nə?), Çingizi xaricə göndərmək istəyir. Bəzən mübtəda budaq cümləsi baş cümlədən əvvəl gəlir və ona bağlayıcı sözlə bağlanır. Baş cümlədə mübtəda vəzifəsindən qarşılıq bildirən söz olur və ya təsəvvür edilir. Məsələn: İnsanın ürəyindən nə keçirsə, o gizlində qalmalıdır.
Məqsəd budaq cümləsi
Məqsəd budaq cümləsi baş cümlədəki hərəkətin məqsədini bildirir və niyə? nə üçün? nə məqsədlə? suallarından birinə cavab olur. Məqsəd budaq cümləsində də baş cümlə əvvəldə gəlir. Bu zaman əlaqə vasitəsi kimi "ki" bağlayıcısından istifadə olunur. Məs: Biz Nabrana getdik ki, istirahət edək. Başqa ölkələrdə yaşayan azərbaycanlılar gəlmişdilər ki, vətənə kömək etsinlər. Çox zaman baş cümlədə əvəzlik-qəlib rolunda ona görə, ondan ötrü sözləri də işlənir. Məs: Məktəblilər Fəxri xiyabana ona görə gedirdilər ki, ulu öndər H. Əliyevin məzarını ziyarət etsinlər.
Səbəb budaq cümləsi
Səbəb budaq cümləsi baş cümlədəki hərəkətin və ya əlamətin səbəbini bildirir və niyə? nə üçün? nəyə görə? nə səbəbə? suallarından birinə cavab olur. Səbəb budaq cümləsində baş cümlə budaq cümlədən əvvəl işlənir. Bu zaman əlaqə vasitəsi ki, çünki, ona görə ki, ondan ötrü ki və s. kimi bağlayıcılar olur. Məs: Günəşin çıxmağından qorxurdu, çünki günəş ağappağ dumanı dağıda bilərdi. İndi hamının kefi saz idi, ona görə ki hamısının yuxusu qaçmış, zehni açılmışdı.
Tamamlıq budaq cümləsi
Tamamlıq budaq cümləsi ya baş cümlənin olmayan tamamlığı əvəzində işlənir, ya da baş cümlədə işarə əvəzliyi ilə ifadə olunan tamamlığı izah edir. Kimi? nəyi? kimə? nəyə? kimdə? nədə? kimdən? və s. suallarından birinə cavab verir.

Digər lüğətlərdə