QƏNİRSİZ
QƏNŞƏR
OBASTAN VİKİ
Layma (qənnadı)
Layma ing. Laima Latviyanın ən böyük qənnadı məmulatları istehsalçısıdır və baş ofisi Riqada yerləşir. O, Latviya mifologiyasında taleyin ilahəsi olan Laymanın adını daşıyır. == Tarix == Şirkətin fəaliyyətə başlaması 19-cu əsrə, Theodor Riegert şirkətinin Rusiya imperiyasının Baltikyanı əyalətlərində ən böyük qənnadı istehsalçılarından biri olduğu vaxta təsadüf edir. Sonralar Rusiya bazarlarının itirilməsinə baxmayaraq, şirkət 1918-ci ildə Latviyanın müstəqillik əldə etməsindən sonra ölkə daxilində öz iqtisadi mövqeyini qoruyub saxlaya bildi. Şirkətin indiki adı 1925-ci ildə iki qardaş Eliyahu və Leonid Fromençenko (həmçinin Fromçenko olaraq yazılır) ilə birləşdikdən sonra qəbul edilmişdir. 1933-cü ildə Eliyahu Fromçenko İsrailin Ramat-Qan şəhərində "Elite" adı altında şirkətini qurdu. 1937-ci ildə şirkət Latviya hökumətinə satıldı. Həm 1930-cu illərdə, həm də Latviya SSR dövründə Layma Latviyada əsas şokolad istehsalçısı idi. Həmin dövrdə LW Goegginger (sonralar Uzvara adlandırıldı) bərk konfetlərin əsas istehsalçısı idi.
Şirin qənnadı fabriki

Digər lüğətlərdə