RÜBƏND [Əbülhəsən bəy:] Hamının üzündə rübənd var (M.S.Ordubadi); BÜRQƏ (köhn.) Günəş camalından götür bürqəni; Xublar yaşınmaz divanələrdən (Q.Zakir); DUVAQ (etn.) Banı Çiçək: Ala yorğan içində səninlə dolaşmadım, dadlı damaq dadıb soruşmadım, al duvağın altında söyləşmədim (Anar); NİQAB (köhn.) A sevdiyim, aç niqabın üzündən; Məcnun tək Leylaları divanə qıl! (A.Səhhət); ÖRTÜK Ey canlı çiçək; Örtüyü at ruyunu göstər (M.Hadi).