SAĞMAQ

Dilimizdəki sığamaq feili rusca “проводить рукой” kimi açıqlanır. Heyvanı sağanda da əl ilə əmcəklərini sığayırlar. Deməli, sağmaqsığamaq kökdaş sözlərdir. M.Kaşğarinin “Lüğət”ində bal sağmaq birləşməsi var. Bu da balı sığayıb çıxarmaqla əlaqədardır. Mənbələrdə sağmaq sözü rus dilinə “вынуть”, “высосать” kimi tərcümə edilib. Dilimizdə (dialektlərdə) sıpqarmaq sözü də var (sıpqarmaq “son damlasına qədər içmək”, “boşaltmaq” və s. deməkdir). Mən­bə­lər­də rus dilinə ососать kimi tərcümə olunub. Bu da, çox ehtimal ki, “sağmaq”, “so­rub çıxartmaq” anlamı ilə bağlıdır. Deməli, sağmaq feili “sığayıb, sorub çıxar­maq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

SAĞINC
SAĞMAL

Значение слова в других словарях