Sallekhana
Sallekhana (hind सल्लेखना) - samlehna, santhara, samadhi-marana və ya sanyasana-marana kimi də tanınır, caynizmin etik davranış kodeksinə yer almış ölüm orucu anddı. Sallekhana prosesi yemək və maye qəbulunu tərdicən azaltmaqla könüllü olaraq oruc tutmağı özündə ehtiva edir. Digər dinlərdə tətbiq edilən oruclardan fərqli olaraq burada oruc adətən dindar şəxsin ölüm halına qədər davam edir. Caynizmdə buna insan nəfsinin və bədəninin cilovlanması kimi baxılır və bütün fiziki və zehni fəaliyyətləri donduraraq yenidən doğuşa təsir edən karmanı məhv etmək üçün bir vasitə hesab olunur.Caynizmlə məşğul olan din alimləri tərəfindən Sallekhana intihar hesab edilmir. Onların əsas arqumentlərindən biri budur ki, bu proses zamanı şəxs hər hansısa silahdan və ya kənar vasitədən istifadə etməklə özünə zərər vurmur və ya həyatını bir başa sonlandırmır. Sallekhana andını qəbul edilmiş bir cayinistin bu prosesə hazırlanması və ya oruc müddətini tamamaması bəzən bir necə ilə başa gələ bilər.
Hindistanda hər il 300 nəfərə yaxın caynizm dinin mənsubu Sallekhana vasitəsi ilə ölümü seçir və onların ölümləri lokal icmalar tərəfindən xüsusi rituallarla qeyd olunur. Aparılan araşdırma nəticəsində məlum olub ki, təkcə Mumbayın iki rayonunda 400 cayinist son 7 ildə Sallekhana vasitəsilə ölümü seçib. Hindistanda 4 milyondan çox ardıcılı olan dinin əsas mənsubları ölkənin Racastan, Qucarat, Madhya-Pradeş, Uttar-Pradeş və Karnataka ştatlarında yaşamaqdadırlar.Sallekhana həm caynizmlə məşğul olan dindarlar, həm də dinlar olmayan ancaq özünü bu dinin mənsubu sayan şəxslər tərəfindən icra edilə bilən bir anddır. Nişidhi qravüraları kimi tarixi dəlillər sallekhananın caynizm tarixində həm kişilər, həm də qadınlar, o cümlədən kraliçalar tərəfindən tətbiq edildiyini göstərir.