sauna binası

ру здание сауны en sauna building de Saunahaus fr maison de sauna es edificio de sauna it stabilimento di sauna
saman qurudulması
Savonius rotoru
OBASTAN VİKİ
Sauna
Sauna — tərləmə yolu ilə bədəndəki su və toksinlərin normaya salınması, dəridəki məsamələrin açılması və dərinin təmizlənməsi kimi öhdəlikləri özündə cəmləşdirən yüksək istilikli otaqlardır. Adətən 5–6 nəfərlik otaqlardan ibarət sauna günümüzdə bir çox idman zallarında, hamamlarda və gözəllik mərkəzlərində fəaliyyət göstərir. Bununla yanaşı, bir sıra yaşayış sahələrində də sauna otağı mövcuddur. Ənənəvi saunalarda, daxili mühit müəyyən ağac növləri istifadə edilərək hazırlanır və strukturu pillə şəklində oturma yerlərindən ibarət olur. Saunalarda taxtadan istifadə edilməsində əsas məqsəd, yüksək istilik şəraitində istifadəçinin rahatlığını maksimallaşdırmaqdır. Sauna sobası, adətən otağın orta hissəsində yer alır və əsas istilik mənbəyidir. Ənənəvi saunalarda soba odun alovu ilə, müasir saunalarda isə elektrik ilə çalışır. Sobanın üst hissində yerləşən sauna daşları, sobanın qızması ilə isinir. Zaman-zaman otaqdakı nəmişlik və istilik dərəcəsini artırmaq üçün bu daşların üstünə su tökülərək buxar əldə edilir. Xüsusilə Skandinaviya regionunda sauna daşlarının üstünə tökülən suya müxtəlif ətirlər qarışdırılır.
Fletayron binası
Flatiron Building (ing. Flatiron Building; Fletayron Bildinq kimi tələffüz olunur, hərfi tərcümədə "ütü bina" deməkdir) – Nyu-York şəhərinin Manhetten borosunun Brodvey, Beşinci Avenyu və 23-cü küçənin şərqinin birləşdiyi ərazidə yerləşən 22 mərtəbəli bina. Formasına görə ütüyə bənzəməsi binanın belə adlanmasına səbəb olmuşdur. Bundan başqa, göydələnin şərəfinə yerləşdiyi kvartal da adlanmışdır. 1966-cı ildə bina şəhərin orientiri kimi qəbul edimiş, 1989-cu ildə ABŞ-nin Milli Tarixi Abidələr siyahısına daxil edilmişdir. Hazırda Fletayron-bildinq Nyu-Yorkun simvollarından birinə çevrilmişdir. == Yerləşməsi == Fletayron binasının yerləşdiyi indiki ərazi 1857-ci ildə amerikalı kapitalist Amos Eno tərəfindən alınmışdır. O, 1859-cu ildə burada ərazinin əksi istiqamətində Beşinci Avenyu mehmanxanasını tikdirmişdir. 1880-ci ildə Eno Sen-Jermen mehmanxanasını sökdürərək orada 7 mərtəbəli çoxotaqlı Kamberlend evini və kommersiya məqsədilə daha 4 ədəd üçmərtəbəli bina tikdirtdirmişdir. Burada müxtəlif vaxtlarda stomatologiya və corab mağazaları fəaliyyət göstərmişdi.
Jerebsovun binası
Jetebsovun binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində iki mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bunun haqqında № 301 qərar 18 noyabr 1992-ci ildə qəbul olunmuşdur. Bina Mixail İliç Jerebsova mənsub olmuşdur. Adres: Taqanroq ş, Frunze küçəsi, 70. == Tarixi == İki mərtəbəli villa, Jerebsovun evi XIX əsrin ikinci yarısında inşa edilmişdir. Bina 1860-cı illərdə oldenburqlu və fransız agent olan Aleksandr Federoviç Qemerleyə mənsub olmuşdur. 1970-ci illərdə Şimali Alman İttifaqının konsulu binada xidmət etmişdir. 1872-ci ildə şəhərdə icra hakimiyyəti təsis edilərkən Qermele bu tərkibə daxil edilir. 1880-ci illərdə bina torpaq sahibi, 1-ci gildiya taciri fəxri şəhər sakini M. İ. Jerebsov almışdır.
Kamennovun binası
Kammenovun binası - Taqanroq şəhərinin mərkəzində, XIX əsrin ortalarında inşa edilən iki mərtəbəli bina. Kamennovun binası Taqanroq şəhəri İtalyanski xiyabanı, ev 27 ünvanında yerləşir. Bina 1850-ci ildə klassizm stilində inşa edilmişdir. Kamennovun binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == Taqanroqda yerləşən Kamennovun binası ilk əvvəllər gəlirli bina kimi inşa edilmişdir. Bina 1850-ci ildə tacir A. A. Monetinin şəxsi vəsaiti hesabına inşa edilmişdir. 1880-ci ildə isə bina Mixail Petroviç Kamennovun mülkiyyətinə çevrilir. Moneti adı Taqanroq tarixinə yunan emiqrant yetimlərinin adı ilə bağlıdır. Digəri isə Krım müharibəsi dönəmində şəhərə desant çıxarılması ilə əlaqədardır. Bu zaman şəhərdə güçlü yanğın olmuşdur.
Kobılin binası
Kobılin binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində iki mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bunun haqqında № 301 qərar 18 noyabr 1992-ci ildə qəbul olunmuşdur. Adres: Taqanroq ş, Petrovskaya küçəsi, 49. == Tarixi == 1859-cu ilinavqust ayında Taqanroq tikinti komitəsinə 1-ci gildiya taciri İvan Kobılin tərəfindən Petrovski küçəsində ev inşa etdirməsi məqsədilə ərizə təqdim edilmişdir. Ərizəyə müsbət cavab edildikdən sonra burada yerləşən anbar sökülmüş və yerində iki mərtəbəli bina inşa edilmişdir. Binanın fasadı düzbucaqlı kolonnalarla dörd seksiyaya bölünmüşdür. Hər seksiyada dörd pəncərədə vardır. Tikintinin bitməsindən sonra birinci mərtəbədə mağazalar yerləşirdi. İkinci mərtəbə isə Vasili Vorovoy tərəfindən "London" mehmanxanası kimi istifadə edilirdi.
Koqbetlievin binası
Koqbetlievin gəlirli binası - Rostov-na-Donu şəhərinin ərazisində, Svoboda meydanında yerləşən bina. Bina 1912-cı ildə inşa edilmişdir. Koqbetlievin binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Ünvan: Rostov-na-Donu ş. Svoboda meydanı, 8. == Tarixi == XIХ əsrin sonları ХХ əsrin əvvəllərində arxitektor Nikolay Nikitiç Durbax Rostov-na-Donu, Azov və Mariupol şəhərlərinfə ysşayış binaları inşa etmişdi. Elə bu illərdə şəhərdə Koqbetlievlər yaşayırdı. Koqbetlievlər Naxçıvan-na-Donu şəhərində tanınmış ailələrdən idilər. Adrias Koqbetliev qohumları Yekaterina meydanında, I Qeorqievski küçəsi, 18-ci xəttdə evlərə sahibbidilər. Onların böyük əksəriyyəti teatr sənətinə maraq göstərirdilər.
Kostanaevin binası
Kostanaevin binası - Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnya küçəsi ev 66/37 yerləşən bina. Bina XIX əsrin sonlarında inşa edilmişdir. Kostanaevin binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == Kostanaevin binası Bolşoy Sadovnya küçəsinin bir künçündə qəralaşır. Bina bəzi mənbələrdə А. А. Leonidovun binası olaraq keçərlidir. Binanın dəqiq inşa tarixi məlum deyildir. Ancaq quruluşu və tikilmə texnikası baxımından onun XIX əsrin dördüncü yarımında inşa edilməsi ehtimal edilir. Bu tip binalar Rostov üçün xarakterikdir. Binanın birinci mərtəbələri bir qayda olaraq ticarət mərkəzləri, ikinci mərtəbələrində isə yaşayış mənzilləri yerləşir. Bu tip xüsusiyyətlər bu binada da vardır.
Krasnuşkinin binası
Krasnuşkinin binası - Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. Krasnuşkinin binası Taqanroq şəhəri Petrovskaya küçəsi, ev 37 ünvanında yerləşir. Bina 1871-ci ildə inşa edilmişdir. Krasnuşkinin binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == Krasnuşkinin binası 1871-ci ildə inşa edilmişdir. 1871-ci ildən burada «Peterburq manifaktura şirkətinə» aid kişi və qadın köynəkləri, dəsmallar, donlar, pambıq parçalar və digər tikiş məlulatları satılan mağaza mövcud olmuşdur. 1911-ci ildə bu binanın birinci mərtəbəsində Dansiqerə məxsus olan paltarları yumaq üçün sex mövcud olmuşdur. 1926-ci ildə binanın yarısında düymə və d. əşyaların satış şöbəsi yerləşirdi. 1928-ci ildən komission mağazası, 1931-ci ildən isə univeral mağaza yerləşməyə başlamışdır.
Kraysler binası
Kraysler Binası (ing. Chrysler Building) — Nyu-York şəhərində yerləşən, Art-Deko tərzində göydələn. Manhettenın şərq tərəfindəki Turtle Bay bölgəsində yerləşən bina, 42-ci prospekt ilə Leksinqton prospektinin kəsişdiyi nöqtədədir. 319 metr yüksəkliyində olan göydələn, açılışından 11 ay sonra tamamlanan Empayr Steyt Bildinq onu keçənə qədər, dünyanın ən yüksək binası ünvanına sahib idi. 1973-cü ildə Dünya Ticarət Mərkəzinin inşası ilə Nyu-Yorkdakı üçüncü ən yüksək bina olan Chrysler Binası, 11 sentyabr hücumları zamanı Dünya Ticarət Mərkəzinin dağılmasından sonra yenidən şəhərdəki ikinci ən yüksək bina oldu. 2007-ci ilin dekabr ayında Bank of America binasının hündürlüyü əlavə edilmiş antenası ilə 365.8 metr olduqdan sonra, Kraysler yenidən şəhərin üçüncü ən hündür binası oldu. 2007-ci ildə açılan New York Times Binası isə Kraysler Binası ilə eyni hündürlüyə malikdir. Art-Deko memarlıq sahəsində klassikləşmiş nümunələrdən biri olaraq göstərilən Kraysler Binası, bir çox müasir memar tərəfindən Nyu-Yorkdakı ən gözəl bina hesab olunur. 2007-ci ildə Amerikanın AİA tərəfindən nəşr olunan "Ən sevimli memarlıq siyahıları" adlı siyahıda doqquzuncu yeri tutdu. Bu göydələnin bir hissəsi 1930-cu ildən 1950-ci illərin ortalarına qədər Kraysler şirkətinin ofisləri olaraq istifadə olunsa da, şirkətin binanın tikilməsində heç bir rolu olmayıb.
Kulpinin binası
Kulpinin binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində iki mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bunun haqqında № 124 qərar 31 dekabr 2002-ci ildə qəbul olunmuşdur. Bina Dmitri Feodoroviç Kulpinə mənsub olmuşdur. Adres: Taqanroq ş, Petrovskaya küçəsi, 30. == Tarixi == Bina 1870-ci ildə inşa edilmişdir. Taqanroq şəhəri Nekrasov xiyabanının kəsişməsində, Petrovskata küçəsi ev 30 ünvanında yerləşir. Ən əvvəllərdən binada zabit Pavl Buyanovskinin ailəsi yaşayırdı. ХIХ əsrin 80-ci illərindən 1918-ci ilə qədər binada onların yaxın qohumu olan Anton yaşayırdı. Binanın ilk sahibi türk xidmətçisi olan İvan Kontemirov olmuşdur.
Lakierovların binası
Lakierovların binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina tarixi və mədəni bina olaraq yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bina İvan Alekseyeviç Varvasinin mülkiyyətində olmuşdur. Bina 1830-cu illərdə inşa edilmişdir. Bina Qreçeskaya 42 ünvanında yerləşir. Bina klassizm stilinə stilinə sahibdir == Tarixi == XIX əarin əvvəllərindı inşa edilən bina kərpiç stilinə malik olmuşdur. Bina İvan Alekseyeviç Varvasinin mülkiyyətində idi. I Aleksadrın Taqanroqu ziyarəti zamanı burafa at tövləsi vardı. Onlar şəhər vəsaiti hesabına inşa edilmişdir. Burada kazaklata aid leyb qvardiya yerləşirdi. Bu binanın sahibləri baxımından zəngin tarixi vardı.
Lloyds binası
Lloyds binası — Londonda inşası 8 il davam edən paslanmayan poladdan bina. Riçard Rocers tərəfindən 1986-cı ildə hazırlanmışdır. == Tarixi == 1978-ci ildə tikintisinə başlanılmış, 1986-cı ildə istifadəyə verilmişdir. Futuristik dizaynı ilə bu bina diqqət çəkən binalardan biridir. Bina Almaniyanın əmlak idarəetmə fondu Commerz Reala aid olmuşdur. 2013-cü ildə Çinin Ping An sığorta sərmayə şirkəti Lloyds Binasını 260 milyon funt-sterlinqə satın alıb.
Lobanovun binası
Lobanovun binası həmcinin Şukin binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina tarixi və mədəni bina olaraq yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bina Matvey Yakovleviç Lobanovun vəsaiti ilə inşa edilmişdir. Bina 1897-ci ildə inşa edilmişdir. Bina Qreçeskaya 32 ünvanında yerləşir. Bina klassizm stilinə stilinə sahibdir == Tarixi == Matvey Yakovleviç Lobanov 1897-ci ildə Taqanroq şəhəri, Qreçeskaya küçəsi 32 ünvanında bir mərtəbəli bina inşa etdirmişdir. 1906-cı il məlumatına görə bina hələ də Matvey Yakovleviç Lobanov mülkiyyəti olaraq qalırdı. Bir fəziyəyə görə 1910-cu il, digər fəziyyəyə görə isə 1915-ci ildən binaya Natali Dmitrievna Şuçkina sahinlənmişdir. Onun həkim əri İvan Pavloviç Şuçkin XX əsrin əvvəllərində Taqanroqda hərbi həkim vəzifəsində çalışmışdır. Onların üç övladı olmuşdur. Yeganə oğlu otuz yaşında Şərqi Prusiyada gedən döyüşlərin birində faciyəli şəkildə həlak olmuşdur.
Lukinlərin binası
Lukinlərin binası— Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitekur bina. Bina Taqanroq şəhəri Anton Qluşko küçəsi ev 15 ünvanında yerləşir. == Tarixi == Tarixi mənbələr onu göstərirki, Anton Qluşko ev 15 ünvanında yerləşən bina hələ 1827-ci ildən mövcuddur. Bilinməyən səbəblərdən bina tamamən dağıdılmışdır. Onun yerində yeni bina isə 1910-cu illərdə inşa edilmişdir. Bu binanın ilk sahibləri Lukinlər ailəsi olmuşdur. Bina iki mərtəbədən ibarət idi. Statistik məlumatlara görə binanın qiyməti 28 min rulb olaraq göstərilirdi. Vasili Pavloviç Lukin XIX əsrin sonları Dənizçilik məktəbi binasının sahibi olmuşdur. Üstəlik «Naviqasiya» kitabının müəllifi idi.
Maksimov binası
Maksimov binası - Rostov-na-Donu şəhərinin ərazisində yerləşən, XIX əsrin ortalarında klassizm memarlıq üslubunda inşa edilən bina. Bu Rostov-na-Donu şəhərində daşdan inşa edilmiş və günümüzə qədər gəlib çatan ən qədim binalardan biridir. Binanın iık sahibi tacir P. R. Maksimov Maksimov binası Rusiyanın mədəni irs obyekləri siyahəsına daxildir. Regional əhəmiyyətliyi ilə seçilir. == Tarixi == 1867-ci ildə Köhnə (Bazarnoy) meydanda iki mərtəbəli gəlir evi inşa edilir. Bu bina taxıl satışını həyata keçirən tacir P. R. Maksimova məxsus olmuşdur. O, üstəlik dəyirmanlara sahib idi. Dəqiq olmayan məlumatlara görə binanın layihəsi Trof Şarjinski olmuşdur. 1868-ci ildə binada yeni bir müəsisə açılır. Şəhər duması ora köçürülür.
Maqulonun binası
Maqulonun binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində iki mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bunun haqqında № 124 qərar 31 dekabr 2002-ci ildə qəbul olunmuşdur. Bina Dmitri Feodoroviç Kulpinə mənsub olmuşdur. Adres: Taqanroq ş, Petrovskaya küçəsi, 70. == Tarixi == XIХ əsrin əvvəllərində iqtisadi məsləhətçi Mark Spiridonoviç Maqulo qardaşı ilə birlikdə Petrovski küçəsi ev 46 (hazırda 70) ünvanında bina işşa etdirmişlər. Binanın tavanı italiyalı rəssamlar tərəfindən işlənmişdir. 1825-ci ildə binanı imperator I Aleksadr ziyarət etmişdir. Varlı yunanlar onun şərəfinə Maqulonun binasında yığıncaq yeçirmişdir. Gecədə hətta imperator I Aleksadr belə çıxış etmişdir.
Masalitin binası
Masalitin binası - Rostov-na-Donu şəhərinin ərazisində, Bölşoy Sadovnya küçəsi və Kirovskaya prospektində yerləşən bina. Bina mühəndis Qriqori Nikolayeviç Vasilevin layihəsi əsasında 1890-cı ildə Eklektika stilinə yaxın inşa edilmişdir. XX əsrin əvvələrində bina qadın tacir P. K. Masalitinaya məxsus olmuşdur. Hazırda binada «Nyu-York» restoramı yerləşir. Masalitin binası Regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == Gəlirli ev olaraq bina K. A. Vorojein tərəfindən 1890-cı ildə Qriqori Nikolayeviç Vasilevin layihəsi əsasında inşa edilmişdir. 1913-14-cü illər ərzində bina P. K. Masalitinə məxsus olmuşdur. Burada bir çox müəsissələr yerləşirdi: X. Mermelşteynə məxsus mağaza, halva ustehsal edən N. M. Masalitinaya məxsus fabrik, Beytlan və Kyonselmə məxsus kolbasa fakriki, N. İ. Kravçenkoya məxsus konvert fabriki, F. Voroşilova məxsus saat mağazası. 1920-ci ildə sovet hökuməti qurulduqdan sonra bina milliləşdirilmişdir. İkinci mərtəbə yaşayış yeri kimi istifadə olunmağa başlanılır.
Mavrokordatonun binası
Mavrokordatonun binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində zirzəmiyə sahib bir mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bunun haqqında № 301 qərar 18 noyabr 1992-ci ildə qəbul olunmuşdur. Bina Matvey Stomateviç Mavrokordatoya mənsub olmuşdur. Adres: Taqanroq ş, Qreçeskaya küçəsi, 101 == Tarixi == Zirzəmiyə sahib olan bir mətəbədən ibarət olan binanım fasadı yarım kolonnalar ilə bəzədilmişdir. Bina 1830-cu illərdə inşa edilmişdir. Binanın fasadımda olan elementləri böyük hissəsi mavi, kiçik elementlər isə ağ rəngdədir. 1870-ci illərdə bonanın sahibi taqanroqlu tacir Anton Sarandiaki olmuşdur. Sonradan isə yunan tabelesi Yekaterina Mixaylovna Kalvokoresi olmuşdur. 19 yaşında Yekaterina Mixaylovna Kalvokoresi yunan Mixal İvanoviçlə nişanlanmışdır.
Merdeka Binası
Merdeka Binası (ind. Gedung Merdeka) — İndoneziyanın Bandunq şəhərində "Calan Asiya-Afrika"dakı art-deko binası. Bu gün 1955-ci ildə orada keçirilmiş Asiya-Afrika Konfransının ilk Qoşulmama Hərəkatının kolleksiyaları və fotoşəkillərini əks etdirən bir muzey olaraq xidmət edir. Hazırkı bina 1926-cı ildə o dövrün məşhur memarları, həm də Bandunq Texnologiya İnstitutunun (bu gün ITB) iki professoru Van Qalen və Ç. D. Volff Şumaxer tərəfindən 1926-cı ildə hazırlanmışdır . 7500 m²-lik binada İtalyan mərmər mərtəbələr, bəzi salonlar və otaqlar taxta örtüklə işlənib və tavandakı kristal lampaları ilə bəzədilmişdir. Braqa Küçəsi və Calan Asiya-Afrikanın kəsişməsindəki ilk bina 1895-ci ildə Sociëteit Concordia üçün tikilmişdir. 1926-cı ildə Volff Şumaxer, Albert Aalbers və Van Qallen tərəfindən yenidən qurulmuşdur. Sociëteit Concordia Bandunq və ətrafındakı zəngin insanlar üçün rəqs salonu, əyləncəli və sosial toplantı yeri idi. Bura heyvandarlıq sahəsinin sahibləri və ya əməkdaşları, zabitlər, vəzifəli şəxslər və zəngin iş adamı daxildir. Həftə sonlarında bina incəsənət nümayişlərindən, ictimai rəqslərdən və axşam yeməyindən zövq alan insanlar ilə dolu idi.
Mnasakanovanın binası
C. N. Mnasakanovun binası - Rostov-na-Donu şəhərinin ərazisində, Kuşkinskaya küçəsi, ev 65 ünvanında yerləşən bina. Bina 1911-1915-ci illərdə modern stilində inşa edilmişdir. Rəsmi sənədlətə görə bina Sepuq Nikoxosyanova Mnasakanovaya mənsub olmuşdur. Məlumata görə burafa Nessarın texniki kontoru yerləşirdi. Hazırda binanın birinci mərtəbəsində ticarət obyektləri yerləşir. İkinci və üçüncü mərtəbələrdə isə yaşayış mənzilləri qərarlaşır. Binada yerləşən kintirların böyük qismi Kurinov Aleksadr Qennadeviçə məxsusdur. Mnasakanovanın binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Puşkinskaya küçəsində, Budyonnovski prospekti və Sobornaya xiyabanı arasındakı ərazidə 1911-15-ci illər ərzində arxitektor E. Qulin və S. Polipinin layihəsi ərazidə inşa edilmişdir. Polipin şəhər dumasının deputatı (1903-1913), tikinti üzrə komisiyanın üzvü, şəhərin texniki və telefon komisiyasında iştirak etmiş bir şəxs olmuşdur.
Palasovun binası
Palasovun binası — Rostov vilayəti, Taqanroq şəhəri ərazisində bir mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bunun haqqında № 301 qərar 18 noyabr 1992-ci ildə qəbul olunmuşdur. Bina Mixail Dmitrieviç Alferakiyə mənsub olmuşdur. Bir mərtəbəli villa zirzəmiyə sahibdir. Bina Taqanroq şəhəri, Qreçeskaya ev 61 ünvanında yerləşir. Taqanroqda ХIХ əsrin üçüncü hissəsində inşa edilmişdir. Binanın sahibi Nikolay Dmitrieviç öldükdən sonra evin sahibi onun oğlu bəstəkar Axiles olmuşdur. Ondan sonra isə evin sahibliyi Sergey və Mixaila keçmişdir. Binanın korpusu enişdə, Ukraynski xiyabanı, Qreçeskaya küçəsində ucaldılmışdır.
Papanaqioti binası
Papanaqioti binası— Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitekur bina. Bina Taqanroq şəhəri İtalyanski xiyabanı ev 18 ünvanında yerləşir. 1992-ci ilin 18 dekabr tarixli № 301 qərarı ilə regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. XIX əsrin ikimxi yarısında Taüanroq şəhəri İyalyanski küçəsi ev 18 ünvanın iki mərtəbəli villa inşa edilmişdir. 1860-cı illərdə bina yunan əsilli Dmitri Papanaqiotinin vərəsələrinə mənsub olmuşdur. 1880-ci illərdə vərədələr binanı Yelena Çanqli-Çanykinskiyə satmışdır. . Bu soyad təmsilçiləri binaya 1890-cı illərə qədər dahib olmuşlar. Sonradan binaya I gildiya taciri Pavloviç Sifneo sahiblənmişdir. O, ağ çiyərində olan soyuqdəyşədən 71 yaşında həyatını itirmişdir. Tacir Xumsomale İvanovna ilə ailə həyatı qurmuşdur.
Papkovun binası
Papkovun binası - Taqanroq şəhərinin mərkəzində, XIX əsrin əvvəllərindı inşa edilən bina. Papkovun binası Taqanroq şəhəri Şmidt küçəsi, ev 17 ünvanında yerləşir. Bina klassizm stilində inşa edilmişdir. Binanın kompazisiyası olduqca sadədir. Fasadı simmetrikdir, altı hamar kolonna ilə bəzədilmişdir. Kolonnalar aşağıdan balistrlərlə birləşir. Birinci mərtəbədə pəncərələr kvadrat formadadır. İkinci və üçüncü mərtəbələrin pəncərələri düzbucaqlıdır. Bina 1808-ci ildə rus vilayətlərinə xas klassizm stilində inşa edilmişdir. Bina Taqanroq şəhər rəhbəri Pyotr Afanaseviç Papkovun xüsusi mülkiyyəti olmuşdur.
Paqonatın binası
Paqonatın binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində iki mərtəbədən ibarət olan bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bunun haqqında № 301 qərar 18 noyabr 1992-ci ildə qəbul olunmuşdur. Adres: Taqanroq ş, Qreçeskaya küçəsi, ev 83. Paqonatın binası Taqanroq şəhərində 1850-ci illərdə yerli arxitektor Makedonskinin layihəsi əsaslnda inşa edilmişdir. Binanım sahibəsi mayorun həyat yoldaşı Varvara Paqonat (bəzi mənbələrdə soyad paqanato, Poqonat, Paqonat) olmuşdur. 1887-ci ildə şəhər duması Varvara Andreevna Paqonatın vəsiyyatnaməsini təstiqləmişdir. Bimanın sahibəsi binanı şəhər xəstəxanası cəmiyyətinə və ya yetim, kasıb uşaqlar üçün xeyriyə binası kimi istifadə olunmasına vəsiyyət etmişdir. Onun digər göstərişi isə binanın fasadında bu binanın xeyriyə məqsədləri üçün İvan və Varvara Poqanat tərəfindən iyanə edildiyi yazılan lövhənin vurulması idi. Binada aparılan uyğunlaşmalardan sonra 1890-cı ildə burada ikinci dördsinifli qızlar uçilişi açılmışdır.
Perelişinin binası
Perelişinin binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində iki mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bunun haqqında № 301 qərar 18 noyabr 1992-ci ildə qəbul olunmuşdur. Bina Pavel Aleksandroviç Perelişinə mənsub olmuşdur. Adres: Taqanroq ş, Qreçeskaya küçəsi, 63. Bina XIX əsrin üçüncü rübündə inşa edilmişdir. Taqanroq şəhəri Qreçeskaya küçəsi ev 63 ünvanında yerləşir. İki mərtəbədən ibarət olanbinanın fasadına səkkiz pəncərə açılır. Əsas girişin üzərində eyvan vardır. Binanın sol korpusunun inşası sonrakı dövrlərədə gerçəkləşdirilmişdir.