SİRR

SİRR [Ana:] Vallah bu sirr məni də çaşdırıb... (M.Hüseyn); HİKMƏT Biz ikilikdə bir-birimizdən bu əhvalatın sirrini soruşub düşünürdük ki, görəsən burada nə hikmət var ki, hacı birdən-birə, heç bizim xəbərimiz olmadan, belə bir işə qərar verib? (A.Şaiq); MÜƏMMA Qəndab: Onun Çingizin danışığında qəribə bir müəmma vardı (B.Bayramov).

SİRLİ
SİS
OBASTAN VİKİ
Sirr (kitab)
Sirr (ing. The Secret) — eyni adlı film əsasında Ronda Börn tərəfindən yazılan və 2006-cı ilin ən yaxşı satılan mənəvi özünə yardım kitabı.
Sirr (qrup)
Sirr — Sumqayıt şəhərində yaranmış Azərbaycan rok qruplarından biri. 2003-cü ildən 2015-ci ilə qədər fəaliyyət göstərib. 3 illik fasilədən sonra 2018-ci ildən fəaliyyətlərini bərpa ediblər. İbrahim Emin tərəfindən yaradılmış 3 qrupdan biri. Qrup 2003-cü ildə Türkiyədən geri dönən İbrahim Emin tərəfindən Sumqayıt şəhərində yaradılıb. Qrupa ilk qoşulanlar Eldəniz Mirzə, Oqtay Abdullayev və Cahangir Ağayev olub. Oqtay Abdullayev qrupa ilk olaraq zərbçi kimi daxil olsa da daha sonra vokalist kimi çıxış etməyə başlayır. Zərbçi olaraq isə Cahangir Ağayev qrupa daxil olur. İlk studiya işləri blüz janrında olan "Ömür" mahnısı olub. 2007-ci ildə isə qrupun yeni demo-mahnıları ərsəyə gəldi.
Sirr açanlar
Sirr açanlar - ABŞ-nin Discovery kanalında yayımlanan tele veriliş. Verilişin aparıcıları Ceymi Hayneman və Adam Sevic müxtəlif sirlərin üstünü açırlar. Verilişin Çəkiliş prosesi adətən San-Fransisko körfəz sahəsində olur. 2015-ci ilin Oktyabr ayının 21-də verilişin sonuncu mövsümü olan 14-cü mövsümünün yayımlanacağı deyilmişdir. Şou 248-ci seriyada bitəcək, yoxlanılmış miflərin sayı 1050-yə, keçirilmiş eksperimentlərin sayı 2950-yə çatacaqdır.
Sirr (film, 2006)
Sirr (ing. The Secret) — 2006-cı ildə Prime Time Productions tərəfindən ekranlara çıxarılan Avstraliyalı yazıçı Ronda Börnün daha sonra eyni adlı çap olunmuş kitabı əsasında çəkilmiş Avstraliya sənədli filmi. Filmdə "yeni düşüncə fəlsəfəsi" nin bəzi fikirləri, xüsusən də ümumdünya cazibə qanunu, özünü sağaltmaq bacarığı, maddiləşmə səbəbi ilə bir insanın düşüncələrinin gücü ilə ətrafdakı gerçəkliyə təsir etmə qabiliyyəti xülasə edilmişdir. Film tədris, teologiya, fəlsəfə, maliyyə, fen şuy, tibb və fərdi inkişaf sahələrində müxtəlif şəxsiyyətlərlə reportajlardan ibarətdir. Bu insanlar film boyunca təqdimatı özləri haqqında hekayələr, "sirli" biliklərinin həyatlarını necə tamamilə dəyişdirdiyinə dair şəxsi həyatlarından nümunələrlə müşayiət edərək filmin əsas fəlsəfi prinsiplərini ortaya qoyurlar. Filmdə kvant mexanikasının çox dünyəvi təfsiri və antropik prinsip kimi çoxsaylı sitatlar və elmi fikirlərə istinadlar var.
Sirr (musiqi qrupu)
Sirr — Sumqayıt şəhərində yaranmış Azərbaycan rok qruplarından biri. 2003-cü ildən 2015-ci ilə qədər fəaliyyət göstərib. 3 illik fasilədən sonra 2018-ci ildən fəaliyyətlərini bərpa ediblər. İbrahim Emin tərəfindən yaradılmış 3 qrupdan biri. Qrup 2003-cü ildə Türkiyədən geri dönən İbrahim Emin tərəfindən Sumqayıt şəhərində yaradılıb. Qrupa ilk qoşulanlar Eldəniz Mirzə, Oqtay Abdullayev və Cahangir Ağayev olub. Oqtay Abdullayev qrupa ilk olaraq zərbçi kimi daxil olsa da daha sonra vokalist kimi çıxış etməyə başlayır. Zərbçi olaraq isə Cahangir Ağayev qrupa daxil olur. İlk studiya işləri blüz janrında olan "Ömür" mahnısı olub. 2007-ci ildə isə qrupun yeni demo-mahnıları ərsəyə gəldi.
Sirr (serial, 2012)
"Sirr" — Azərbaycan teleserialı. İyirmi ildən artıqdır ki, iki həkim arasında bir sirr saxlanılır. Nə vaxtsa, tibb bacısı Sevilin diqqətsizliyi ucbatından xəstəxanadan iki yeni doğulmuş uşaq oğurlanır. Baş həkim Xalidə iş yoldaşı və rəfiqəsinin həyatını xilas etmək üçün bu hadisəni heç kimə danışmır. Bu illər ərzində çox şey dəyişib. Ancaq həmin dostluq və sirr əvvəlki kimi qalır. İllər keçəndən sonra bütün hadisələr və sirrlər açılmağa başlayır. Teleserial "Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2011-ci il tarixli Sərəncamına əsasən ayrılan maliyyə yardımı əsasında istehsal edilmişdir. Aktyor Manaf Dadaşovun adı əvvəlki seriyaların titrlərində Manaf Məcidoğlu yazılmışdır. Aktyor Tural Əhmədin adı titrlərdə səhv olaraq, Tural Mustafayev yazılmışdır.
Sirr (teleserial, 2012)

Ehtiraslı sirr (miniserial, 1978)
Ehtiraslı sirr (ing. Jane Eyre) - 1978-ci ildə çəkilən televiziya serialıdır. Bu mini-serial Şarlotte Brontenin yazdığı "Ceyn Eyr" əsəri əsasında çəkilmişdir.
Gözlərindəki sirr (film, 2009)
Gözlərindəki sirr (isp. El secreto de sus ojos) — 2009-cu ildə çəkilmiş Argentina və İspaniyanın birgə istehsalı olan cinayət-dram filmidir. Film həm də ssenari müəllifi olan Eduardo Saçerinin La pregunta de sus ojos ("Gözlərindəki sual") əsəri əsasında ekranlaşdırılıb və rejissoru Xuan Xose Kampanelladır. Film 1974-cü ildə zorlama və qətl cinayətinin araşdırılması ilə məşğul olan məhkəmə işçisi Benjamin Esposito və hakim Irene Menendez Hastingsdən, bu cinayətin hadisə ilə əlaqədar bütün şəxslərdə buraxdığı izdən, 25 ildən sonra qəhrəmanların keçmişi və dəfn etdikləri hisslərini xatırlamalarından bəhs edir. Film həm Hollivud, həm də İspaniyada bir neçə mükafatın sahibi olub. Bunlardan ən əhəmiyyətlisi “«Xarici dildə ən yaxşı film» kateqoriyasında Oskar mükafatıdır. Bununla da Argentina 1985-ci ildə istehsal olunmuş “Rəsmi hekayə” filmindən sonra bu mükafatı iki dəfə qazanan ilk Latın Amerikası dövləti olub. Film həm də “İspan dilində ən yaxşı xarici film” nominasiyasında Qoya mükafatının qalibidir. Argentina tarixində 1975-ci il istehsallı “Nazareno Kruz və Canavar” filmindən sonra ən çox gəlir gətirən filmdir. 2016-cı ildə BBC tərəfindən təşkil olunan səsverməyə əsasən 177 tənqidçi tərəfindən 21-ci əsrin ən yaxşı 100 filmindən biri seçilib.
Skubi-Du: Sirr ovçuları
Skubi-Du: Sirr ovçuları (ing. Scooby-Doo! Mystery Incorporated) — detektiv janrında amerikan cizgi-serialı. Serial Warner Bros. tərəfindən hazırlanmışdır. 5 aprel 2010-cu ildə premyerası olmuşdur. Şegi ilk seriyada Metyu Lillard tərəfindən səsləndirilmişdir. Lillard ayrıca serialın iki canlı filmində Şeggi rolunu da oynamışdır: Scooby-Doo və Scooby-Doo 2: Canavarlar tükəndi (2004). Hal-hazırda Casey Kasem Şegginin atasını səsləndirmişdir. Scooby Doo Mystery Hunters filmi ABŞ-də 12 iyul 2010-cu ildə Cartoon Network-da təqdim edildi.
Ehtiraslı sirr (mini-serial, 1978)
Ehtiraslı sirr (ing. Jane Eyre) - 1978-ci ildə çəkilən televiziya serialıdır. Bu mini-serial Şarlotte Brontenin yazdığı "Ceyn Eyr" əsəri əsasında çəkilmişdir.
Sirr
Sirr (teleserial, 2012) — Azərbaycan teleserialı. Sirr (qrup) — Sumqayıt şəhərində yaranmış Azərbaycan rok qruplarından biri. Sirr (kitab) — eyni adlı film əsasında Ronda Börn tərəfindən yazılan və 2006-cı ilin ən yaxşı satılan mənəvi özünə yardım kitabı. Sirr (film, 2006) — Avstraliya sənədli filmi.
Sənə bir sirr verəcəyəm
Serialda Sevgi adında bir qadının qızı Dərya oğurlanır. Çünki qızının xüsusi bacarığı olur və Dəryanın bu gücündən yararlanmaq üçün istifadə etmək istəyirlər. Dəryanın gələcəyi görəbilmə bacarığından nə özünün, nə də anasının xəbəri olmur. Beləliklə, Sevgi təşvişə düşmüş və 3 ay boyunca hər gün polisə gedib bir xəbər olacağı ümidi ilə gözləyirdi. Bu vaxt qarşısına Mehmet çıxır, ona arxa olaraq Dəryanı tapmağa kömək edir və digər xüsusi bacarıqlı valideynsiz uşaqları da gizli dağətəyi evdə gizlədirlər.
Gəmi saatının sirri (film, 1983)
== Məzmun == Filmin əsas süjet xəttini köhnə gəmi saatı və qiymətli xəzinənin axtarışı ilə əlaqədar məktəbli oğlanın başına gələn əhvalatlar təşkil edir. Əsl səyyah olmağı arzulayan 10 yaşlı Alik (Anar Tağızadə) valideynlərsiz, təkbaşına Kiyevə əmisinin yanına gedir. Oğlan istəyirdi ki, əmisi boşanmağa hazırlaşan valideynlərini barışdırsın. Alik Ukraynanın kiçik şəhərlərindən birində çox adamla tanış olur. Mühəndis Aleksandr İvanoviçin (Nikolay Volkov) evində onun diqqətini köhnə gəmi saatı cəlb edir. Sən demə bu saat təkcə Aliki deyil, qarətçiləri də maraqlandırırmış. Nə üçün? Oğlan gəmi saatının sirrini açır: o, saatın içindən yazılı kağız tapır. Bu kağızda qiymətli daş-qaşların saxlanıldığı yer göstərilirdi. Milis qarətçiləri həbs edir.
Külək:Bozqurdun sirri
Külək - Bozqurdun sirri - Azərbaycanlı yazıçı Xülya Cəfərova tərəfindən yazılmış Azərbaycan ədəbiyyatında süjet xəttində superqəhrəmanların yer aldığı Külək trilogiyasından olan sayca ikinci romandır. Bu əsərdə seriyanın ilk kitabı olan Külək - Yel kürəsinin şahzadəsi romanında təsvir olunan mübarizə fərqli məkanda davam edir. Əsərin əsas qəhrəmanı Külək artıq böyüyüb və indi təkcə vətəni Yel kürəsini yox, həm də buzların əsir aldığı anası Umayı, Mirvari planetini də xilas etməlidir. Bütün kainatı gözləyən təhlükədə isə ona ən böyük himayədarı və qoruyucusu Bozqurd, şahzadə İnci və fövqəlgüclərə malik insan - Qaya kömək edəcək. == Kitab haqqında fikirlər == Qənirə Paşayeva, millət vəkili - Bu roman insanlara daxillərindəki superqəhrəmanı üzə çıxarmağa kömək edir. Ədəbiyyatımızda ilk milli superqəhrəman olan Külək Azərbaycan və ümumtürk dəyərlərini özündə ehtiva edir. Roman gənclərimiz üçün özünükəşfə çağırışdır.
Külək - Bozqurdun sirri

Mavi qatarın sirri
Mavi qatarın sirri (ing. The Mystery of the Blue Train) — Aqata Kristi tərəfindən yazılmış detektiv janrda roman. == Mövzu == Aqata Kristinin detektiv əsərlərindən Mavi Qatarın Sirri adlı əsəri uşaqlar və eyni zamanda gənclər tərəfindən olduqca bəyənilərək oxunur.Əsərdə hadisələr Amerika milyonçusu Van Aldinin qızı Rutun Mavi qatarda ölümü ilə bağlıdır.Rut Derek ilə evlidir.Lakin o Qraf Roşu sevir və Qraf Roşun yanına Fransaya getmək üçün Mavi qatara minir.Qatarda bir gecənin içində qətlə yetirilir.Əvvəlcə hər kəs Derek və Qraf Roşdan şübhələnir.Lakin əsərin sonunda Erkül Puaro qatilin kim olduğunu üzə çıxarır. == Mənbə == Aqata Kristi haqqında kitab.
Miras: Bakının sirri
Miras: Bakının sirri (kitab)
Nindza tısbağalar 2: Zığın sirri (film, 1991)
Nindza tısbağalar 2: Zığın sirri (ing. Teenage Mutant Ninja Turtles II: The Secret of the Ooze və ya TMNT 2) — Nindza tısbağalar seriyasının ikinci filmidir. Rejissoru Maykl Pressman tərəfindən 1991-ci ildə çəkilmişdir. Teenage Mutant Ninja Turtles II Nindza tısbağalar 2: Zığın sirri — Internet Movie Database saytında.
Qaraciyər sirrozu
Sirroz — Qaraciyər löbüllerinin bağ toxumaları vasitəçiliyi ilə köçürülməsi. Sirroz qaraciyər toxumasının çapıqlaşmasını təsvir edən bir anlayışdır. Sirroz zamanı qaraciyərin normal fəaliyyətini təmin edən hüceyrələrin miqdarı azalır və onların yerini çapıq toxuması tutur. Qaraciyərdə çapıqlaşma fərqli səbəblərdən baş verən iltihabi proses nəticəsində formalaşır. Sirrozun ilkin mərhələlərində qaraciyər öz normal funksiyalarını yerinə yetirir. Amma sirrotik dəyişikliklər artdıqca qaraciyər orqanizm üçün həyati vaciblik daşıyan funksiyalarının həyata keçirə bilmir. Sirroza bir çox fərqli təriflər verilmişdir. Bunlar arasında ən yaxşı tərif "Qaraciyərin böyük bir sahəsini əhatə edən, normal qurluşunun yerində anormal nodüllerin görünməsi ilə xarakterizə olunan bir dəyişmə" olaraq təyin edən Dünya Sağlamlıq Təşkilatına aid tərifdir. Bu tərifin içinə regenerator ilə damarlanmada və qan axınındakı dəyişikliklər daxildır. Çünki, düyünlərdə hər vaxt regenerator tapıntıları görülməyə bilər; həqiqi regenerator düyünlər xəstəliyin irəli mərhələlərində rast gəlinər.
Sirri adası
Sirri adası (fars. جزیره سیری‎) — Fars körfəzində İrana məxsus adalardan biri. Əbumusa adasından bir qədər qərbdə yerləşir. Hündürlük baxımından da ondan hündürdür. Ada trapesiya formasına malikdir. Onun sahəsi 17 km² təşkil edir. Farorv adası ondan şimalda yerləşir. Uzun zaman Sirri adası ilə əlaqədar olaraq Fars körfəzinin ərəb ölkələrilə İran arasında konflikt yaşanmışdır. Ancaq hazırda ada rəsmən İran ərazisi kimi tanınır. Adanın farsca adı Razdır.
Sirrimi bilirsən (film, 2002)
Sirrimi bilirsən (hind: Humraaz) — Abbas-Mustan ikilisinin rejissorluğu ilə 2002-ci ildə hind dilində çəkilmiş musiqili romantik triller filmidir. Baş rollarda Bobby Deol, Akshaye Khanna və Amisha Patel çəkilmişdirlər. Film 1998-ci ildə çəkilmiş Mükəmməl Cinayət filmindən ilhamlanaraq çəkilmişdir. Film Soham Çakraborti, Om və Mahiya Mahinin baş rollarda oynadığı 2018-ci il istehsalı olan Benqal filmi Tui Sudhu Amaar üçün də ilham mənbəyi olmuşdur. Film həmçinin Tamil dilində Girivalam adı altında yenidən işlənmişdir.
Sirrli və müəmmalı Dədə-Qorqud
Sirroz
Sirroz — Qaraciyər löbüllerinin bağ toxumaları vasitəçiliyi ilə köçürülməsi. Sirroz qaraciyər toxumasının çapıqlaşmasını təsvir edən bir anlayışdır. Sirroz zamanı qaraciyərin normal fəaliyyətini təmin edən hüceyrələrin miqdarı azalır və onların yerini çapıq toxuması tutur. Qaraciyərdə çapıqlaşma fərqli səbəblərdən baş verən iltihabi proses nəticəsində formalaşır. Sirrozun ilkin mərhələlərində qaraciyər öz normal funksiyalarını yerinə yetirir. Amma sirrotik dəyişikliklər artdıqca qaraciyər orqanizm üçün həyati vaciblik daşıyan funksiyalarının həyata keçirə bilmir. Sirroza bir çox fərqli təriflər verilmişdir. Bunlar arasında ən yaxşı tərif "Qaraciyərin böyük bir sahəsini əhatə edən, normal qurluşunun yerində anormal nodüllerin görünməsi ilə xarakterizə olunan bir dəyişmə" olaraq təyin edən Dünya Sağlamlıq Təşkilatına aid tərifdir. Bu tərifin içinə regenerator ilə damarlanmada və qan axınındakı dəyişikliklər daxildır. Çünki, düyünlərdə hər vaxt regenerator tapıntıları görülməyə bilər; həqiqi regenerator düyünlər xəstəliyin irəli mərhələlərində rast gəlinər.
Bir qalanın sirri
Bir qalanın sirri tammetrajlı bədii filmi rejissor Əlisəttar Atakişiyev tərəfindən 1959-cu ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film-nağılda xalqın əlindən torpağını və suyunu almış amansız və qəddar hökmdara qarşı kasıb, lakin namuslu və qeyrətli insanların mübarizəsindən danışılır. Əsas rolları Gündüz Abbasov, Tamara Kokova, Məmmədrza Şeyxzamanov, Əli Qurbanov, Andrey Fayt və Əli Zeynalov ifa edirlər. == Məzmun == Film-nağılda xalqın əlindən torpağını və suyunu almış amansız və qəddar hökmdara qarşı kasıb, lakin namuslu və qeyrətli insanların mübarizəsindən danışılır. Alim-həkim Eldostu (Məmmədrza Şeyxzamanov), onun sədaqətli və sevimli şagirdi Mətanət (Tamara Kokova), igid və cəsur gənc usta Elşən (Gündüz Abbasov), Kamran baba (Əli Qurbanov) bu mübarizənin önündə gedirlər. Filmdə göstərilir ki, el gücü və xalqın birliyi, elmlə gücün birliyi şər üzərində zəfər çalır, minlərlə adama sevinc, xoşbəxtlik bəxş edir. == Film haqqında == Film Məmmədhüseyn Təhmasibin "Çiçəkli dağ" pyesi əsasında ekranlaşdırılmışdır. Pyesin əsasını isə Azərbaycan xalq nağılları təşkil edir. Demək olar ki, 1958-ci ildə Əlisəttar Atakişiyev kinematoqrafımızda yaddan çıxmış bir janr, nağıl janrını yenə dirçəltdi və ilk dəfə çəkiliş meydançasına quruluşçu rejissor kimi gəldi.
Bir xalanın sirri
Bir xalanın sirri — tammetrajlı bədii filmi rejissor Emil Quliyev tərəfindən 2018-ci ildə ekranlaşdırılmışdır. Film Azad Azərbaycan Televiziyası və İlk medianın birgə məhsuludur. "Bir xalanın sirri" macəra komediyası "Bozbash Pictures" qəhrəmanları, Şəmi, Şöşü, Fəlakət, Şirin, Qılman və Ağsaqqalın başına gələn maraqlı əhvalatdan bəhs edir. Filmdə əsas rolları İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Azər Baxşəliyev, Nicat Rəhimov və İlkin Misgərli ifa edirlər. == Məzmun == Hadisələr "Bozbash Pictures"in 6 əsas qəhrəmanının başına gəlir. Bacısına toy eləmək istəyən Şöşü toya iki gün qalmış təzə kürəkəni də götürüb öz qohumları ilə birlikdə paytaxda toyqabağı istirahət üçün gəlirlər. Paytaxtdakı əyləncə mərkəzlərinin birində spirtli içki qəbul edən qohumlar bir də gözlərini səhər hoteldə açırlar. Bundan sonra qəhrəmanlarımız hərəsi bir yerdə bir vəziyyətdə aşkar olunur.
Sənə bir sirr verəcəyəm (teleserial, 2013)
Serialda Sevgi adında bir qadının qızı Dərya oğurlanır. Çünki qızının xüsusi bacarığı olur və Dəryanın bu gücündən yararlanmaq üçün istifadə etmək istəyirlər. Dəryanın gələcəyi görəbilmə bacarığından nə özünün, nə də anasının xəbəri olmur. Beləliklə, Sevgi təşvişə düşmüş və 3 ay boyunca hər gün polisə gedib bir xəbər olacağı ümidi ilə gözləyirdi. Bu vaxt qarşısına Mehmet çıxır, ona arxa olaraq Dəryanı tapmağa kömək edir və digər xüsusi bacarıqlı valideynsiz uşaqları da gizli dağətəyi evdə gizlədirlər.

Digər lüğətlərdə