SİYASİYYUN
SİYƏHBƏXT
OBASTAN VİKİ
Siyəhçeşmə
Siyahçeşmə (fars. سیَه‌چـِشمه‎) və ya Qaraeyni— İranın Qərbi Azərbaycan ostanında şəhər, ostana bağlı olan Çaldıran şəhristanının inzibati mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 14,189 nəfər və 3,024 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Şəhərin əski adı Qaraeyni olsa da adı farşlaşdırılıb Siyahçeşməyə dəyişdirilmişdi, və şəhərə indiki adı verilmişdir. Şəhərin Azərbaycan türkcəsindəki adı olan Qaraeyni adı Azərbaycan türkcəsindəki "qara" (bu söz yer adlarında istər qara rəng, istər "böyük, əzəmətli, [bəzən] uca" mənalarını verir) və ərəbcə "göz, bulaq" mənalarını verən "eyn / əyn" sözlərindən ibarətdir. Lakin şəhərin hazırkı rəsmi farsca adı olan Siyahçeşmə bu şəhərin əsl doğma adının (Qaraeyni) farscaya sözbəsöz tərcümə edilməsiylə yaranıb; belə ki, "qara" sözü "siyah" sözü ilə, "eyni" (bulaq) sözü isə "çeşmə" sözü ilə (hər iki söz xalis fars sözləridirlər) əvəz olunub.