SVET
SVETLANA
OBASTAN VİKİ
Kray Sveta
Kray Sveta burnu — Rusiya, Saxalin vilayəti, Şikotan adasında yerləşən burun. Sakit okeanın daxilinə uzanan və 40-50 metr pilləvari şəkildə alçalan bir qayalı ərazidir.. XX əsrin ikini yarısında rəssam və turisrtlər arasında məşhurluq qazanmışdır. Burundan digər quru parçasına olan məsafə 5400 km-dir. Aydın havada Kunaşir və İturup adalarında olan vulkan və dağları görmək mümkündür. Burunun özünü isə adanın şərq nöqtəsində yerləşən Krab burnundan müşahidə etmək mümkündür. Burunun pillələri ilə hərəkər etmək üçün 10 km məsafə qət etmək lazım gəlir buruna bu adı bölgənin RSFSR tərkibinə keçdikdən sonra 1946-cı ildə adanı tətqiq etmiş Yuri Efremov vermişdir.
Georgi Svetaçov
Georgi Georgiyeviç Svetaçov (25 noyabr 1922, Kalaçev rayonu[d] – 22 noyabr 1943, Qorodnya[d], Çerniqov vilayəti) — Sovet İttifaqı Qəhrəmanı (15 yanvar 1944) == Həyatı == Georgi Svetaçov 25 noyabr 1922-ci ildə Rusiyanın Voronej vilayətinin Kalaçev rayonunun Blaqoveşşensk xutorunda rus ailəsində anadan olub. 1941-ci ildə Bakı şəhər Hərbi Komissarlığından orduya çağırılmışdır. Leytenant 1942-ci ildə Oryol tank məktəbini bitirmişdir. 65-ci ordunun 1-ci taqım korpusunun 95-ci tank briqadasının taqım komandiri olmuşdur. Belarusiyanın Qomel vilayətinin Loyev yaşayış məntəqəsinin alınmasında fərqlənmişdir. 22 noyabr 1943-cü ildə Ukraynada aldığı yaralardan vəfat etmişdir. Ukrayna Respublikasının Çerniqov vilayətinin Qorodnya şəhərində dəfn edilmişdir. 15 yanvar 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. "Lenin" ordeni ilə təltif edilmişdir. == İstinadlar == == Ədəbiyyat == Юные герои Витебщины.
Marina Svetayeva
Marina Svetayeva — (rus. Марина Ивановна Цветаева) ( 26 Sentyabr vəya (8 oktyabr) 1892-ci ildə Moskva,Rusiya imperiyası dövlətində doğulub. Rus şairi, roman yazarı, tərcüməçi, XX əsrin ən böyük şairlərindən biri. == Həyatı == Marina Svetayeva 1892-ci ildə Moskvada doğulub. Atası məşhur filoloq, alim Moskva Universitetinin professoru, A.S.Puşkin adına Dövlət təsviri incəsənət muzeyinin yaradıcısı və ilk direktoru İvan Vladimiroviç Svetayev idi. İvan Svetayev xoşxasiyyət insan olsa da, işi ilə həddən çox vaxt keçirər, ailəsinə məsafəli davranardı. Bu soyuqluğun digər səbəbi birinci arvadını hələ də unuda bilməməsi idi. Anası Polşa-alman əsilli pianist, qızını da özü kimi musiqiçi görmək istəyirdi. Marina isə şair olacaqdı. Artıq 6 yaşında rus, fransız və alman dillərində şeirlər yazırdı.
Anastasiya Svetayeva
Anastasiya İvanovna Svetayeva (rus. Анастаси́я Ива́новна Цвета́ева ; 14 sentyabr 1894, Moskva – 5 sentyabr 1993, Moskva) — rus, sovet yazıçısı, filoloq, alim Moskva Universitetinin professoru, A.S.Puşkin adına Dövlət təsviri incəsənət muzeyinin yaradıcısı və ilk direktoru İvan Vladimiroviç Svetayevin qızı, Marina Svetayevanın kiçik bacısı. == Həyatı == Anastasiya Svetayeva (ailədə onu Asya adlandırırdılar) 14 (26) sentyabr 1894-cü ildə Moskvada anadan olub. Onun atası məşhur filoloq, alim Moskva Universitetinin professoru, A.S.Puşkin adına Dövlət təsviri incəsənət muzeyinin yaradıcısı və ilk direktoru İvan Vladimiroviç Svetayev idi. İvan Svetayev xoşxasiyyət insan olsa da, işi ilə həddən çox vaxt keçirər, ailəsinə məsafəli davranardı. Bu soyuqluğun digər səbəbi birinci arvadını hələ də unuda bilməməsi idi. Böyük bacısı Marina kimi o, ibtidai təhsili evdə alıb, sonra isə M. T. Bryukhonenkonun özəl qadın gimnaziyasında oxuyub. 1902–1905-ci illərdə qızlar Qərbi Avropada yaşayıb, İsveçrə və Almaniyada özəl internat məktəblərində oxuyublar. Sonra bir müddət Yaltada yaşayıblar. 1906-cı ildə analarının ölümündən sonra onlar Moskvaya dönüblər.
İvan Svetayev
İvan Vladimiroviç Svetayev (rus. Ива́н Влади́мирович Цвета́ев; 4 (16) may 1847, Şuya qəzası[d], Vladimir quberniyası[d] – 30 avqust (12 sentyabr) 1913, Moskva) — Rusiya alimi, tarixçi, arxeoloq, filoloq və sənətşünası. Sankt-Peterburq Elmlər Akademiyasının müxbir üzvü (1904-cü ildən — klassik filologiya və arxeologiya kateqoriyası üzrə), Moskva Universitetinin professoru (1877-ci ildən), məxfi məsləhətçi. Moskva İmperator Universitetində İmperator III Aleksandr adına İncəsənət Muzeyinin (hazırda A.S.Puşkin adına Dövlət təsviri incəsənət muzeyi) yaradıcısı və ilk direktoru. Marina və Anastasiya Svetayevanın atası. == Həyatı == İvan Svetayev kənd keşişi Vladimir Vasilyeviç Svetayevin (1818–1884) və həyat yoldaşı Yekaterina Vasiliyevnanın (1824–1859) ailəsində anadan olub. Anası erkən yaşlarda vəfat edib, ata dörd oğlunu tək böyüdüb. O, övladlarını ruhani təhsili istiqaməti üzrə yönləndirib. İvan altı il Şuy İlahiyyat Məktəbində, sonra daha altı il Vladimir İlahiyyat Seminariyasında təhsil alıb. Bundan sonra o, Tibb-Cərrahiyyə Akademiyasına daxil olur, lakin səhhətinə görə oranı tərk edərək İmperator Sankt-Peterburq Universitetinin Tarix-filologiya fakültəsinin klassik şöbəsinə keçir.
бро́сить до́кторская ика́ние порыхле́ть проша́ть ра́ус бенга́льский огонь обтёска похвала́ промёрзлый разверте́ться усуши́ть четырёхле́тний экскла́в багай фундаментальный commune embrown grass widower ill kinematical open university platitudinous выплясывать поковка