SƏDİD
SƏDPARƏ
OBASTAN VİKİ
Hüseyn Məhəmmədzadə Sədiq
Hüseyn Məhəmmədzadə Sədiq (15 iyul 1945, Təbriz, Pəhləvilər İranı[d] – 21 avqust 2022, Tehran, Tehran ostanı, İran) — alim, dilçi, şair, türkoloq, professor. == Həyatı və təhsili == 1945-ci ildə Təbrizin Sürxab məhəlləsində anadan olmuşdur. Tehrana gedib orada Tehran Universitetində fars ədəbiyyatı üzrə bakalavr dərəcəsi, daha sonra Türkiyənin İstanbul Universitetində türk dili və ədəbiyyatı üzrə bakalavr dərəcəsi almışdır. Təhsilini Türkiyədə davam etdirərək, 1983-cü ildə həmin universitetdə fars, ərəb və türk dillərinin müqayisəli ədəbiyyatı üzrə doktorluq dərəcəsi almışdır. === Vəfatı === Tehranın Firuzgər xəstəxanasında avqustun 24-də beyin fəsadı xəstəliyindən dolayı vəfat edib. 25 avqust 25, 2022-ci ildə Təbriz şəhərinin "Vadi rəhmət" qəbristanlığında dəfn edilmişdir. == Fəaliyyəti == Müxtəlif dövrlərdə siyasi, ədəbi və ictimai fəaliyyətlə məşğul olub. 1979-cu il inqilabından sonra müxtəlif ədəbi nəşrlərin, o cümlədən türkcə buraxılan "Yoldaş" , "Yeni Yol", "Inqilab yolunda" ve "Bulleten" dərgisinin baş redaktoru olub. === Siyasi fəaliyyəti === İnqilabın ilk illərindən sonra ağır siyasi başqılar nəticəsində Hüseyn Düzgün siyasi fəaliyyətlərini dayandırıb və ədəbi-mədəni fəaliyyətlərlə məşğul olub. === Ədəbi-mədəni fəaliyyəti === İnqilabdan sonra ədəbi-mədəni fəaliyyətlərlə məşğul olub.
Şəhriyar Sədiq Əfşar
Şəhriyar Sədiq Əfşar (1971, Takab, Qərbi Azərbaycan ostanı) — ABŞ azərbaycanlılarından olan fizik və bir çox mükafat qazanan ixtiraçı.O,2004-cü ildə Harvard Universitetində Əfşar təcrübəsinin hazırlanması və həyata keçirilməsi ilə tanınır.