TABELİK

TABELİK (tabe olma) [Mirzə Sadıq:] Şah sərdrəzəmsiz qaldıqdan sonra türkmənlər, qarşılarına göndərilən Xorasan hakimi Həşəmətüddövləni məğlub edib, İran tabeliyindən çıxdılar (C.Cabbarlı); ASILILIQ Getdikcə Mirzə valeh bir asılılıq, bir məhkumluq hiss edirdi (S.Rəhimov); MƏHKUMİYYƏT Əbdülqədir bu gecə bükmüş polad dizini; Ərəb bu gün eşitmiş məhkumiyyət sözünü (M.Dilbazi); MƏHKUMLUQ Aydın: Nədir bu hakimlik? Nədir bu məhkumluq? (C.Cabbarlı); MÜTİLİK Müqim bəyin belə müti bir vaziyyətdə dayanmağı Zərrintacın xoşuna gəldi; çünki izafi danışığa yol vermədən öz sərəncamlarının yerinə yetirilməsindən hədsiz dərəcədə xoşlanan Zərrintac xanım bir hakimi-mütləq kimi belə bir mütilikdən xüsusi zövq alırdı (S.Rəhimov).

TABE
TABLAMAQ

Digər lüğətlərdə