TİKMƏK

1. TİKMƏK (inşaata dair) [Qardaş:] Tozlu küçələrin, palçıq evlərin hamısını söküb təzə evlər tikəcəyik (M.İbrahimov); BİNA ETMƏK Qulu: ..nəqd pul eləyib gedəsən ziyarətə, ovdan tikdirəsən, məscid bina edəsən fəqir-füqəraya?! (N.Vəzirov); BİNA QOYMAQ Məşədi Əsgər: ..gəmiçilik şirkəti bina qoydu (Qantəmir); İNŞA ETMƏK/ELƏMƏK Qulam müəllim: Qoy bu qızlarımızdan.. birisi də bizim bu dağlı məhəlləsində yeni-yeni binalar inşa etsin (S.Rəhimov); QURMAQ Bu axır vaxtlarda Qafqazın müsəlmanları gözlərini açıb başladılar hey bir ucdan məktəb binası qurmağa (C.Məmmədquluzadə); SALMAQ ..Nahiyənin rəhbərləri.. dərənin üstündən körpü salırdılar (Ə.Əbülhəsən); YAPMAQ (köhn.) Bir imarət yapmağa min ev yıxan memar tək (Füzuli).

2. TİKMƏK (paltar və s.) [Ballı:] Kişinin yaxasını niyə cırırsan. Axır təzəcə tikmişəm (Çəmənzəminli); SIRIMAQ Gülcahan: Vay, yorğanı sırıyanda yaddan çıxıb qayçı içində qalıbdır (T.Ş.Simürğ).

TİKİNTİ
TİLOV
OBASTAN VİKİ
Tikməkürd (Maku)
Tikməkürd (fars. تيكمه‌کرد‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 298 nəfər yaşayır (51 ailə).

Digər lüğətlərdə

бессне́жно закрепости́ться зали́з кору́ндовый однокла́ссник околоти́ть рикошети́ровать упрёк аквана́втка градобо́йный подковообра́зный поставить / ставить на счётчик прибаба́хнутый фальсификацио́нный пыш devotedly group therapy indignantly ladies man nasality simurgh букварь иглотерапия припудриться разбойничать