Tatar dilində tozırqa sözü var və “köhnəlmiş” deməkdir. Toz bizdə isim kimi işlənir. Tozumaq şəklində feil yerində də çıxış edir. Bəzi dillərdə toz həm də feildir. Toz sözünün qədim mənası elə “köhnə” deməkdir (köhnələn şeylər çürüyür və toza çevrilir). Köhnə isə alınma sözdür. Doğma toz kəlməsi ilə alınma köhnə sözü arasındakı mübarizə tozun öz mənasının dəyişməsinə gətirib çıxarmışdır. “Qutadqu Bilik” də bu söz toğ kimi işlədilib. Bəlkə də, “doğramaq”, “əzmək” sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)