UŞAQ

Feildən əmələ gəlib. “Qədim türk lüğəti” kitabında uv (измельчать), uvşaq (маленький) kəlmələri var. Çağdaş türkmən dilində uşamaq feili (мельчать), uşaq sözü isə мелький mənasında işlədilir. Ufaq formasında da (ufaqdır uşağım...) rast gəlinir. Deməli, söz ovmaq (xırdalamaq) feilinin inkişafı sayəsində uşaq şəklinə gəlib çıxmışdır. Üyütmək feili də həmin sözlə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

USANMAQ
UŞAQÇI
OBASTAN VİKİ
Karateçi uşaq(2010)
Karateçi uşaq — 2010-cu ildə çəkilmiş ABŞ filmidir. Rejissor Harald Zvart, baş rollarda isə Ceki Çan, Ceyden Smitdir. Film əsasən Çinin Pekin şəhərində cəryan edir. Filmin çəkilişləri 2009-cu ilin İyul ayında başladı və həmin ilin Oktyabr ayının 16-sı qurtardı. ABŞ-də filmin premyerası 11 İyun 2010-cu il oldu. == Məzmun == Atasının ölümündən və Detroytdakı zavodun bağlanmağından sonra 12 yaşlı Dre Parker(Ceyden Smit) anası Şerri (Taraji Penda Henson) ilə birlikdə Detroytdan Çinin Pekin şəhərinə köçür. Nəzarətçi onları evlərinə aparır. Xarab olan əşyanı düzəltmək üçün anası Dreni Mr. Hanı(Ceki Çan) çağırmağa göndərir. Dre Mr.Hanı çağırdıqdan sonra parka gedir.Burada o skripkaçı Mei Yinq (Venven Han) ilə dost olur.
Uşaq
Uşaq — inkişaf mərhələsində olan, yetkin olmayan gənc bir insan. Doğulduğu andan hər bir insan həddi-büluğa çatana qədər uşaq sayılır. Azərbaycanda, adətən, uşaq ilk dişini çıxardıqda hədik bişirilir və qonum-qonşuya paylanır. == Uşaqlıq mərhələləri == == Əsas qruplar == Uşaq oyunlarından bəhs edərkən onları iki qrupa ayırır ki, onun bu fikirlərini əslində bütün uşaq folkloru nümunələrinə də aid etmək olar: "1) Böyüklərin köməyi ilə oynanan oyunlar. Bu cür oyunlar kiçikyaşlı uşaqlar arasında oynanılır… 2) Müstəqil oyunlar. Bu oyunlar nisbətən böyükyaşlı uşaqlar arasında oynanılır.
Avroviziya Uşaq
Avroviziya Uşaq Mahnı Müsabiqəsi (ing. Junior Eurovision Song Contest) — 2003-cü ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilir. Müsabiqənin əsas məqsədi gənc istedadların inkişafına yardım göstərməkdir. Müsabiqə hər il müxtəlif Avropa ölkələrində baş tutur. Lakin eyni şəhər, ölkə müsabiqəyə bir neçə dəfə ev sahibliyi edə bilər. Avroviziya Mahnı Müsabiqəsindən fərqli olaraq bu müsabiqədə ötən il qalib gələn ölkə növbəti müsabiqəyə ev sahibliyi etmir və ev sahibi ölkələr müsabiqənin təşkilat komitəsinin qərarı ilə seçilir. Müsabiqə adından da bəlli olduğu kimi Avroviziya Mahnı Müsabiqəsinə çox bənzərdir. Müsabiqədə iştirak edən hər bir ölkə Avropa Yayım İttifaqına canlı yayımda ifa olunacaq orijinal mahnı təqdim edir və qaydalara əsasən ölkə təmsilçiləri yalnız 9-14 yaş aralarında ola bilərlər. Mahnıların müddəti üçün qoyulan zaman 2 dəqiqə 45 saniyədən 3 dəqiqəyə kimidir. Müsabiqədə iştirak edən hər bir ölkədən olan izləyicilər öz bəyəndikləri ifalara SMS ilə dəstək ola bilir və eyni zamanda həmin ölkələrdən olan peşəkar münsif heyəti arasında da səsvermə keçirilir.
Uşaq (dəqiqləşdirmə)
Uşaq — yaşından asılı olmayaraq insanın balasıdır. Uşaq filmi — Uşaqlar üçün nəzərdə tutularaq çəkilən filmlərdir. Belə filmlərin qəhrəmanları da əsasən uşaqlar olur. Uşaq (film, 1921) — rejissor Çarli Çaplinin filmi.
Uşaq Bağçası
1837-ci ildə alman pedaqoqu Fridrix Föbel (Friedrich Fröbel) uşaqlar üçün maarifləndirici-tərbiyələndirici mərkəz açır, harada ki, körpələr həm oynayırlar, oxuyurlar, rəqs edirlər, həm də həyati mühüm vərdişlərə öyrədilirlər. Mərkəzi də "Kindergarten" adlandırır, hansı ki, "uşaq bağçası" mənasını verir. Bu anlayış üzərində Föbel belə bir müəssisə və adət edilmiş bağça ilə analogiya etmək istəyirdi: gərək bitkilərə necə ki, qayğı və qulluq edirlər, körpələrə də eləcə nəvaziş göstərilməlidir. Dünyanın bir çox dillərində, bugünkü günlərdə məktəbəqədərki idarələr uşaq bağçası adlandırılır.
Uşaq bizquyruğu
Uşaq bizquyruğu (lat. Enterobius vermicularis) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Uşaq bizquyruğu uzunluğu 5–10 mm olan çox balaca qurddur. Erkəyin arxa tərəfi spiralvari burulmuş, dişilərdə isə biz kimi uzun və sivridir.. Dişi qurdların uzunluğu 9–12 mm, erkəklərin 2–5 mm çatır. == Həyat tərzi == Parazit həyat tərzi keçirir. Bizquyruq insanın nazik və yoğun bağırsağında yaşayır. Çox vaxt uşaqlarda rast gəlinir. Mayalanmış dişilər anal dəliyinə tərəf enir, burada uzun müddət yaşayır və şiddətli qaşınma əmələ gətirir. Yumurtalar anal dəliyinə yaxın dəri üzərinə qoyulur..Bizquyruqlar yoluxmuş adamın əsasən nazik bağırsağının aşağı hissəsində və yoğun bağırsaqda yaşayırlar.
Uşaq doğumu
Uşaq doğumu — bir qadının hamiləliyini sona çatdıran və bu vəziyyətdə doğum kanalı adlandırılan servikal kanal və vagina vasitəsilə dölün və plasentanın uşaqlıqdan çıxarılmasından ibarət olan təbii fizioloji proses. Bir və ya bir neçə körpə vaginal doğuş və ya qeysəriyyə yolu ilə ananın daxili mühitindən çıxır. 2019-cu ildə dünya üzrə təxminən 140,11 milyon insan doğuldu. İnkişaf etmiş ölkələrdə doğuşların əksəriyyəti xəstəxanalarda, inkişaf etməkdə olan ölkələrdə isə evdə doğuşlardır.
Uşaq evi
Yetimxana — kimsəsiz uşaqların saxlanılması üçün nəzərdə tutulmuş evlər.
Uşaq folkloru
Uşaq folkloru — uşaq folkloru nəsr, qiraət, mahnı və oyun əsərlərindən ibarət çox janrlı bir sistemdir. Uşaq folkloru dedikdə, hər şeydən əvvəl, şifahi xalq yaradıcılığının böyüklər və uşaqlar tərəfindən yaradılan elə nümunələri nəzərdə tutulur ki, uşaqların məişətini, oyunlarını, əyləncəsini, istirahətini, məşğuliyyətlərini, istəklərini, arzularını ifadə etsin və əhatə etdiyi mövzuları, ideyaları, forması, məzmunu, üslubu, hətta sözlərin seçilibdüzülməsi, ifadə tərzi körpələrin zövqünə, biliyinə, dünyaya baxışına, yaş səviyyəsinə, psixikasına uyğunlaşdırılsın. == Uşaq folklorunun növləri == Azərbaycan uşaq folklorunun tarixi kökləri ən əski inamlarla bağlanır. Birbaşa körpələrə ünvanlanan nəğmələr xalq poetik yaradıcılığının ilk ünsürləri- fallar, alqışlar, qarğışlar, dualar, yuxuyozmalarla yaşıddır. Uşaqlara təbii qüvvələrdən, fəlakətlərdən (soyuqdan, istidən, tufandan, yanğından), xəstəliklərdən qorunmağın, maddi nemətlər əldə etməyin yollarını göstərmək, yırtıcı heyvanların və yağıların qəfil hücumları zamanı ov alətlərindən, silahlardan istifadə etmək bacarığını aşılamaq folklor vasitəsi ilə həyata keçirilmişdir. Azərbaycan folklorunun uşaqlarla bağlı inanclarının ən əski yazılı mənbəsi "Avesta" və Herodotun "Tarix" kitabıdır. Astiaq və Tomiris haqqında xalq söyləmələri əsasında tarixi hadisələri qələmə alan yunan tarixçisi Azərbaycanda (Midiyada) uşağın doğulması, bəslənməsi, oyunları, dünyabaxışı barədə maraqlı epizodlara müraciət etmişdir. Uşaq folkloru həm uşaqların öz yaradıcılığını, həm də böyüklər tərəfindən uşaqlar üçün tərtib edilmiş əsərləri əhatə edir. Bu bölgü uşaqların oyun və ritmik-intonasiya bacarıqlarının yaşdan asılı olması səbəbindən meydana gəlir. Erkən yaşda (doğuşun ilk günlərindən 3–3,5 yaşına qədər) bir uşağın emosional, motor və zehni inkişafı tamamilə böyüklərdən asılıdır.
Uşaq hüquqları
Uşaq hüquqları — dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduqları, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısının birdən təyinində istifadə edilən universal anlayışdır. Uşaq hüquqları insan hüquqları anlayışının bir hissəsi kimi dəyərləndirilməlidir. Bu gün, dünyanın bir çox yerində mövcud olan insan hüquqları pozuntuları, uşaq ölçüsündə daha geniş əhatəli və böyüyərək, müdaxilə edilməsi daha çətin bir şəkildə iştirak etməkdədir. Beynəlxalq Əfv Təşkilatının bildirdiyinə görə, az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə əmək istismarı, pornoqrafiya, şiddət, qanundankənar mənfi faktorların daxilində, uşaq hüquqlarının pozulması daha böyük ölçülərdə olur. Uşaqların yeniyetmələrdən fərqli fiziki, fizioloji, davranış və xüsusiyyətləri olduğu, davamlı böyümə və inkişaf göstərdiyi şüurunun yerləşməsi, uşaqların baxımının bir cəmiyyət problemi olduğu və elmi yanaşmalarla hər kəsin bu məsuliyyəti yüklənməsi lazım olduğu düşüncəsi, Cenevrə Uşaq Hüquqları Bəyannaməsi ilə təsbit edilmişdir. Hazırda uşaq hüquqları ilə əlaqədar olan beynəlxalq sənəd 20 noyabr 1989-cu ildə BMT tərəfindən qəbul edilən və 193 ölkə tərəfindən təsdiq edilmiş olan Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Haqqında Konvensiyasıdır. == Konseptual çərçivə == === Uşaq və uşaq hüquqları konsepsiyası === Uşaqlar üzərində aparılan tədqiqatlarda ilk növbədə uşaq anlayışından nəyin başa düşülməsi, uşaqların anlayışını böyüklərdən necə fərqləndirməsi göstərilməlidir. İnkişaf etməmiş ölkələrdə mövcud olan anlayışa görə, uşaq potensial olaraq ailənin fenomenindən kənarda ailənin iqtisadi inkişafına töhfə verə biləcək potensial işçi qüvvəsi və ailənin sonrakı çağlarında sosial təminat vasitəsi olaraq görülür.Başqa sözlə, kənd təsərrüfatı cəmiyyətlərində uşaq iqtisadi cəhətdən səmərəli bir vasitədir. Belə cəmiyyətlərdə uşaq bir tərəfdən istehsala töhfə verir və qocalıq dövründə sığorta rolunu oynayır. Uşaq anlayışının sonrakı dövrlərdə dəyişdiyi görülür.
Uşaq nikahı
Uşaq nikahı — UNICEF-in qərarına əsasən 18 yaşına çatmamış bir şəxslə qeyri-rəsmi birliyin ya da rəsmi bağlanmış nikahın olması. Bu zaman müxtəlif mədəniyyətlər və dinlərdə, müxtəlif xalqlarda və müxtəlif dövrlərdə hansı nikahın nə üçün çox erkən hesab edilməsi barədə bənzəməyən məlumatlar tapmaq olar. Müasir təsəvvürlərə görə uzun əsrlər boyu nikah tamamilə adi bir iş idi; din, qanun və adətlərə görə icazə verilirdi. İndi ayrı-ayrı ölkələrdə və regionlarda nikaha daxil olmanın qanunla müəyyən edilmiş minimal yaşı 18 yaşdan az təşkil edir; digərlərinə – 18 yaşdan əvvəl nikaha daxil olma valideynlərin icazəsi ilə, hamiləliklə bağlı və ya digər xüsusi hallarda icazə verilir; üçüncüsü – mədəni ənənələr və dini qayda-qanunlar rəsmi hüquq normalarından daha güclü ola bilər. XX əsrin sonu - XXI əsrin əvvəlində uşaq nikahları ən çox inkişaf etməkdə olan yoxsul ölkələrdə və aztəminatlı ailələrdə bağlanıb. Son mövcud məlumatlara görə, uşaq nikahı ən çox Afrikanın bəzi yerlərində, Cənubi, Cənub-Şərqi və Qərbi Asiya, Latın Amerikası və Okeaniyada yayılmışdır. Əksər yerlərdə uşaq nikahlarının faiz nisbəti mütəmadi olaraq azalır, amma Nigeriya, Çad, Mali, Banqladeş, Qvineya və Mərkəzi Afrika Respublikasında çox yüksək olaraq - 60%-dən yuxarı qalır. Ən erkən nikahlar kütləvi şəkildə Nigeriya, Çad, Banqladeş, Mali və Efiopiyada müşahidə olunur - evliliklərin 20%-dən çoxu 15 yaşından əvvəl baş verir (2003–2009-cu illərin tədqiqatlarına əsasən). Uşaq nikahlarının bağlanmasının səbəbləri arasında yoxsulluq, gəlinin satın alınması adəti və cehiz vermə, yerli mədəniyyət ənənələri, erkən nikahlara icazə verən qanunlar, dini və sosial təzyiqlər, dini qaydalar, yetkinlik dövründə ərə getməmək/evlənməmək qorxusu, savadsızlıq, qadınları ödənişli işlə təmin etməyin (mövcud olan və ya gözlənilən) qeyri-mümkünlüyünü qeyd etmək olar. Həm oğlanlar, həm də qızlar erkən yaşda nikaha daxil olurlar, amma azyaşlı gəlinlər daha çoxdur və onların əksəriyyəti ağır sosial-iqtisadi vəziyyətdə yaşayan ailələrin qızlarıdır.
Uşaq parkı
Uşaq meydançası; Uşaqların oynaması üçün hazırlanmış bir parkdır. Ümumiyyətlə açıq havada tapılsa da, qapalı yerlərdə də tapıla bilər. Uşaq bağçalarında ən çox yayılmış oyuncaqlar; sürüşdürün, mişar mişarını və yellənmək . Həm də müxtəlif kiçik ölçülü gimnastika, zəncir nərdivanları, ip körpüləri və labirintlər ola bilər . Bu hovuz oyuncaqların əhatə etdiyi ərazidən daha böyükdür. Oyun meydançaları uşaqların fiziki və zehni inkişafına kömək edir, yaradıcılıqlarını artırır; onları ictimailəşdirir və əyləndirir. Əsasən xalqa açıq olsa da, oyun meydançaları da xüsusi mülkiyyətdə ola bilər. Şəhər parklarındakı və dövlət məktəblərindəki oyun meydançaları ictimai parklara nümunədir.
Uşaq pornoqrafiyası
Uşaq pornoqrafiyası — ümumilikdə 18 yaşından kiçik qız və oğlanların cinsi istismarını özündə əks etdirən film və fotoşəkillərdən ibarət olan və beynəlxalq səviyyədə qadağan edilmiş pornoqrafiya növüdür. Bu cür filmləri və fotoşəkilləri çəkmək, hazırlamaq, yükləmək, yaymaq və paylaşmaq ağır cinayət işi hesab olunur. Uşaq pornoqrafiyası isə uşaqların pornoqrafiya vasitəsi kimi istifadə edildiyi nəşrlərdir. Bir çox ölkələrdə bu cür nəşrlərin yayılmasının qanunsuz olmasına baxmayaraq adıçəkilən sənaye sahəsi çox böyük sürətlə inkişaf etməkdədir. Hər il 2 milyon uşağın seks köləsi edildiyi və bu bazarın ümumi dəyərinin 20 milyard dollara çatdığı təxmin edilir. Bu işdə təkcə polisin gördüyü tədbirlər yetərli deyildir.
Uşaq qalası
Uşaq qalası — Laçın rayonu Quşçu kəndi ərazisində yerləşən orta əsrlər (XV əsr) qalası. Uşaq qalası Laçın rayonunun Quşçu kəndinin "Qalacıq" adlanan ərazisində inşa edilib. Qala çox-çox əvvəllər uçub dağılmış, 4-5 daş hündürlüyündə özülü qalmış qalanın heç bir təsviri günümüzə qədər gəlib çıxmamışdır.
Uşaq ədəbiyyatı
Uşaq ədəbiyyatı — Uşaqlar üçün nəzərdə tutulmuş ədəbiyyat. == Azərbaycan uşaq ədəbiyyatı == Ədəbiyyatın digər sahələri kimi uşaq ədəbiyyatının da əsası uşaq folkloruna (xüsusən,nağıllara, laylalara, oxşamalara və s.-yə) söykənir. Ancaq Azərbaycanda peşəkar uşaq ədəbiyyatının yaranması XX əsrin əvvəllərinə təsadüf edir. XX əsrin əvvəllərindən başlayaraq maarif və mədəniyyət sahəsində ciddi canlanma əmələ gəldi: bir sıra maarif ocaqları, xeyriyyə cəmiyyətləri, nəşriyyatlar, kitabxanalar yaradıldı. Uşaq ədəbiyyatı ilə məşğul olan yazıçılar ilk növbədə yeni üsullu məktəblər üçün hazırlanan dərsliklərin səhifələrində, dövri mətbuatda, xüsusilə, uşaq dövri mətbuatında öz əsərlərini çap etdirirdilər. Bu sahədə cəsarətli addımlar atan Nəriman Nərimanov hələ 1899-cu ildə "Türk Azərbaycan dilinin müxtəsər sərf-nəhvi" kitabını yazmış, sabit ədəbi dil və vahid imla qaydalarından bəhs etmişdir. O, həmçinin, Sultan Məcid Qənizadə ilə birlikdə "Sovqat" (1896) adlı şəkilli uşaq jurnalı və "Məktəb" (1900) adlı elmi-pedaqoji aylıq jurnal nəşr etmək təşəbbüsündə olmuşdur. Rəşid bəy Əfəndiyev də "Uşaq bağçası" (1898) kitabında təlim və tərbiyənin vəhdətinə (K. D. Uşinskinin təlimi – Q. N.) əsaslanaraq orijinal və tərcümə əsərləri, coğrafiya, tarixi hadisələrə və kainatın quruluşuna dair materiallar vermişdir. Uzun müddət mükəmməl vəsait kimi istifadə olunan ("Birinci il", "İkinci il"; "Üçüncü il") dərsliklərdə istər milli uşaq ədəbiyyatının, istərsə tərcümə ədəbiyyatının ən yaxşı nümunələri seçilib toplanmışdı. Bunlardan başqa, A. Şaiqin "Uşaq gözlüyü", "Gülzar", İrəvan müəllimlərinin hazırlayıb Tiflisdə çap etdirdikləri iki hissədən ibarət "Ana dili" və b.
Uşaq cərrahiyyəsi
Uşaq cərrahiyyəsi və ya pediatrik cərrahiyyə — döllərin, körpələrin, uşaqların, yeniyetmələrin və gənclərin cərrahiyyəsini əhatə edən cərrahiyyənin alt ixtisası. == Tarix == Uşaq cərrahiyyəsi 1879-cu əsrin ortalarında ortaya çıxdı və anadangəlmə qüsurların cərrahi müalicəsi yeni texnika və üsullar tələb etdiyi üçün daha çox uşaq xəstəxanalarında yer almağa başladı. Bu yeniliyin baş verdiyi yerlərdən biri Filadelfiya Uşaq Xəstəxanası olub. Çarlz Everett Koopun cərrahi rəhbərliyi altında 1940-cı illərdən etibarən körpələrin endotraxeal anesteziyasının yeni üsulları əvvəllər sağalmayan anadangəlmə qüsurların cərrahi yolla bərpasına imkan verdi. 1970-ci illərin sonlarına qədər bir çox əsas anadangəlmə qüsur sindromlarından uşaq ölüm nisbəti demək olar ki, sıfıra endirildi. == İxtisaslar == Uşaq cərrahiyyəsinin alt ixtisaslarına aşağıdakılar daxildir: neonatal cərrahiyyə və fetal cərrahiyyə.
Uşaq endokrinologiyası
Uşaq endokrinologiyası (ing. pediatric) — uşaqlarda fiziki böyümə və cinsi inkişaf dəyişiklikləri, şəkərli diabet və bir çox digər endokrin vəzilərin pozuntuları ilə məşğul olan tibbi ixtisas. == Müalicə etdiyi xəstəliklər == Uşaq endokrinoloqları yaş qrupundan asılı olaraq — körpəlikdən gec yeniyetməlik və gənc yetkinlik dövrünə qədər xəstələri müalicə edirlər. İxtisas üzrə ən çox rast gəlinən xəstəlik — 1-ci tip diabetdir, adətən tipik klinik praktikanın ən azı 50%-nı təşkil edir. Növbəti çox rast gəlinən problem — böyümə pozuntularıdır, xüsusən də böyümə hormonu müalicəsi uyğun olanlar üçün. Uşaq endokrinoloqları adətən interseks pozuntusu olan körpə və uşaqlara tibbi yardım göstərən əsas həkimlərdir. İxtisas həmçinin uşaqlarda hipoqlikemiya və hiperqlikemiyanın digər formaları, yetkinlik dövründəki dəyişikliklər, eləcə də böyrəküstü vəzilər, qalxanabənzər vəzi və hipofiz vəzinin digər problemləri ilə məşğul olur. Bir çox uşaq endokrinoloqu sümük metabolizması, lipid metabolizması, yeniyetmə ginekologiyası və ya anadangəlmə metabolik pozuntularla maraqlanır və təcrübəyə malikdir. ABŞ və Kanadada pediatrik endokrinologiya Amerika Pediatriya Şurasının və ya Amerika Pediatriya Osteopatik Şurasının təcrübə təlimindən sonra şuranın sertifikatına malik olur. Bu, bir neçə prosedura və diaqnostik qiymətləndirməyə diqqət yetirən nisbətən kiçik və ilk növbədə koqnitiv ixtisasdır.
İçimizdəki uşaq
İçimizdəki Uşaq — Doğan Cüceloğlunun 1992-ci ildə nəşr olunan kitabı. Kitabda ailə münasibətlərinin uşaq tərbiyəsinə necə təsir etdiyi ilə bağlı psixologiya sahəsində işlənmiş anlayışlar vasitəsilə və gündəlik nümunələrdən istifadə etməklə sadə şəkildə izahatlar verilir. Kitabdakı anlayışların əksəriyyəti müəllif tərəfindən “Cumhuriyet Bilim Teknik” jurnalında silsilə məqalələrdə araşdırılmış, böyük marağa səbəb olduğu üçün kitab halına gətirilmişdir. İçimizdəki uşaq kitabı altı hissədən ibarətdir. Müəllifin böyük bacısı Lütfiyə Mətinə həsr edilmişdir. Onun 62-ci nəşri 2021-ci ilin yanvarında nəşr edilmişdir.
Uşaq xəstəxanası
Uşaq xəstəxanası — yalnız doğuşdan yetkinlik yaşına çatmış şəxslər, körpələr, uşaqlar, yeniyetmələr və gənclər üçün xidmətlərini təklif edən xəstəxana. Müəyyən xüsusi hallarda onlar böyükləri də müalicə edə bilərlər.
Uşaq evləri
Yetimxana — kimsəsiz uşaqların saxlanılması üçün nəzərdə tutulmuş evlər.
Uşaq bağçası
1837-ci ildə alman pedaqoqu Fridrix Föbel (Friedrich Fröbel) uşaqlar üçün maarifləndirici-tərbiyələndirici mərkəz açır, harada ki, körpələr həm oynayırlar, oxuyurlar, rəqs edirlər, həm də həyati mühüm vərdişlərə öyrədilirlər. Mərkəzi də "Kindergarten" adlandırır, hansı ki, "uşaq bağçası" mənasını verir. Bu anlayış üzərində Föbel belə bir müəssisə və adət edilmiş bağça ilə analogiya etmək istəyirdi: gərək bitkilərə necə ki, qayğı və qulluq edirlər, körpələrə də eləcə nəvaziş göstərilməlidir. Dünyanın bir çox dillərində, bugünkü günlərdə məktəbəqədərki idarələr uşaq bağçası adlandırılır.
SOS Uşaq kəndləri
Sos Uşaq kəndləri (alm. SOS-Kinderdorf‎;ing. SOS Children's Villages) — Beynəlxalq və müstəqil fəaliyyət göstərən təşkilat. Sos Uşaq kəndləri beynəlxalq təşkilatının əsas hədəfi valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün ailələr yaratmaq, onların öz gələcəklərini formalaşdırmalarında kömək etməkdir. İlk Sos Uşaq kəndi 1949-cu ildə Herman Qmayner tərəfindən Avstriyada yerləşən kiçik İmst şəhərində yaradılmışdır. Sonralar bu ardıcılığı Vyetnam, Hindistan kimi ölkələrdə və Avropa, Afrika kimi qitələrində yerləşən uşaq kəndləri davam etdirmişdir. Fransa, Almaniya və İtaliyada yaradılan yerli dərnəklərdən sonra 1960-cı ildə bütün ölkələrdə yerləşən Sos Uşaq kəndlərini birləşdirən OS-Kinderdorf International adlı təşkilat yaradıldı. Təşkilatın Azərbaycan üzrə rəsmi nümayəndiliyi olan Sos Uşaq kəndləri - Azərbaycan təşkilatı 1999-cu ildə yaradılmışdır. == Tarixi == == Fəaliyyət sahəsi == == Azərbaycanda == Azərbaycanda Sos Uşaq kəndləri 1999-cu ildə valideyn himayəsindən məhrum olmuş və digər problemləri olan uşaqlarla qayğı göstərilməsi məqsədi ilə yaradılmışdır.
Tək uşaq siyasəti
Tək uşaq siyasəti – ailə planlama siyasətinin bir hissəsi kimi Çinin əhali planlama siyasəti olmuşdur. Bu 1979-dan tətbiq edilməyə başlamış və rəsmi olaraq 2015-də mərhələli şəkildə ləğv edilmişdir. Bu siyasət etnik azlıqlar da daxil olmaqla bəzi qruplar üçün istisnalar təşkil edirdi. 2007-də, Çin əhalisinin 36%-i bir uşaq siyasətinə məruz qalarkən, 53%-nə birinci uşağın qız olması hallarında, ikinci uşağının olması icazəsi verilmişdir. Əyalət hakimiyyətləri bu siyasətin pozulmasına qarşı cərimələr tətbiq etmiş və milli hakimiyyətlər isə nəzarət və qeydiyyat işlərini aparmaq və əhalinin məlumatlılığını artırmaq üçün komissiyalar yaratmışdır. Çin hökumətinin yaydığı məlumata əsasən 400 milyon doğumun qarşısı alınmışdır. Tədqiqatçılar bu iddianın "yanlış" olduğunu bildirmişdir, çünki "1970-dən bəri əhali artımında bir uşaq siyasətinin tətbiqindən əvvəl 3/4 dəfə azalma müşahidə edilmişdir; və 1980-dən bəri müşahidə olunan digər azalma isə iqtisadi inkişafla əlaqələndirilmişdir." Tailand və İranda, həmçinin Hindistanın Kerala və Tamil Nadu ştatlarında da bir uşaq siyasəti tətbiq olunmasa da əhali artımında oxşar azalmalar olmuşdur. 2008-də aparılan sorğuya əsasən Çinlilərin 76%-i bu siyasəti dəstəkləsə də, Çinin xaricində bu mövuya mübahisəli yanaşılmışdır.
Uşaq (film, 1921)
Uşaq (ing. The Kid) — rejissor Çarli Çaplinin filmi. == Məzmun == Tənha ana yeni doğulmuş körpəsini ona gözəl həyat gətirəcəyi ümidi ilə varlı bir avtomobilə qoyub gedir. Həmin maşın iki soyğunçu tərəfindən oğurlanır. Maşında körpəni görən soyğunçular onu xarabalığa atıb gedirlər. Uşaq təsadüfən Avaranın (Çarli Çaplin) gəzdiyi xarabalıqda atılır. Onu tapan avara uşaqla nə edəcəyini bilmir. Ağlına gələn isə onu yad bir uşaq arabasına qoymaq olur, lakin onun bu fikri baş tutmur. Hər yandan əli üzülən avara uşağı öz kasıb daxmasına aparmağı qərarlaşdırır. 5 il keçir.
Uşaq Hüquqları Konvensiyası
Uşaq hüquqları Konvensiyası (ing. Convention on the Rights of the Child) — 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmişdir. Uşaq hüquqları Konvensiyası – BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Konvensiyanın ratifikasiya etmiş bütün dövlətlər bu öhdəlikləri yerinə yetirməlidirlər. Onlar daimi xüsusi təşkil edilmiş Uşaq Hüquqları Komitəsinə hesabat və həyata keçirdikləri bütün işlər haqda məlumat verirlər. Bu Konvensiya uşaqların hüquqlarını təmin edən birinci universal kodeksdir. O, uşaq hüquqlarına dair bütün məsələləri bir sənəddə cəmləşdirib. Konvensiya uşaqların iqtisadi, sosial, mədəni və hətta siyasi hüquqlara malik olmasını vurğulayır. Əsasən uşaq hüquqlarının qeyri-formal tədris prosesi vasitəsi ilə öyrədilməsi üçün yazılmasına baxmayaraq, bu vəsait çox asanlıqla və müvəffəqiyyətlə məktəblərdə də istfiadə edilə bilər.
Harri Potter və Lənətlənmiş Uşaq
Harri Potter və Lənətlənmiş Uşaq (ing. Harry Potter and the Cursed Child) — Cek Torn tərəfindən Coan Roulinqin, Con Tifani birgə Harri Potter seriası əsasında yazılmış və serianın səkkizinci kitabı sayılan iki hissəlik pyesdir. Kitabın təqdimatının 30 iyul 2016-cı ildə İngiltərənin Palas Teatrında baş tutacağı gözlənilir. Kitabda hadisələr Harri Potter və Ölüm Hədiyyələrindən sonrakı Harri Potterin Maqiya Nazirliyindəki rolundan və kiçik oğlu Albus Severus Potterdən bəhs edir. == Qısa məzmun == Pyesin rəsmi qısa məzmunu 23 oktyabr 2015-ci ildə ictimayyətə açıqlandı. Harri Potter olmaq hər zaman çətin olmuşdur eləcə də Maqiya Nazirliyində işləmək, ər və üç uşaq atası üçün də heç də asan deyildir. Harri keçmişin izlərindən xilas olmaq üçün hara aid olduğunu inkar etdiyi bir vaxt, kiçik oğlu Albus istəmədiyi bu ailə mirası əfsanəsi ilə mübarizə aparmalıdır. Ata və oğul narahat edici həqiqətlər ilə qarşılaşırlar. Təbii olaraq qara qüvvələr gözlənilməyən yerdən qayıdırlar. == İnkişaf == 2013-cü ilin dekabr ayında Harri Potter haqqında tamaşaya qoyulacaq pyes üçün hazırlıq işlərinin getdiyi xəbəri verildi, və bunu 2016-cı ildə baş tutacağı bildirildi.
Kapitan Qrantın uşaqları
"Kapitan Qrantın uşaqları" (fr. Les Enfants du capitaine Grant) — fransız yazıçısı Jül Vern tərəfindən 1867-1868-ci illərdə yazılmış roman. Bu roman fırtına nəticəsində gəmiləri qəzaya uğramış kapitan Qrant və iki matrosun axtarışından bəhs edir. Əsərdə müəllif dəniz və okeanları, Avstraliya, Yeni Zelandiya və Cənubi Amerikanın zəngin, gözəl və təkrarsız təbiətini təsvir etmişdir. Oxucu romanda maraqlı macəraların, süjet xəttindəki kəskin dönüşlərin şahidi olur. Əsərə incə yumor və nikbin ruh hakimdir. == Məzmun == === Səfərin başlanması === Lord Eduard Qlenarvana məxsus "Dunkan" gəmisi Şotlandiya sularında üzərkən matroslar çəkic balığı tuturlar. Onun qarnını yararkən balığın mədəsindən butulka tapılır. Butulkada hansısa vacib sənədin ola biləcəyini ehtimal edən Qlenarvan və digər göyərtədə olanlar onu ehtiyatla sındırırlar. Həqiqətən də, butulkadan 3 dildə – ingilis, alman və fransız dillərində yazılmış məktub tapılır.
Kapitan Qrantın uşaqları (dəqiqləşdirmə)
Kapitan Qrantın uşaqları (roman)
Kapitan Qrantın uşaqları (film, 1913)
Kapitan Qrantın uşaqları — 1913-cü ildə Fransada çəkilmiş səssiz film.
Kapitan Qrantın uşaqları (film, 1936)
Kapitan Qrantın uşaqları — Jül Vernin eyni adlı romanı əsasında 1936-cı ildə çəkilmiş film.
Kapitan Qrantın uşaqları (roman)
"Kapitan Qrantın uşaqları" (fr. Les Enfants du capitaine Grant) — fransız yazıçısı Jül Vern tərəfindən 1867-1868-ci illərdə yazılmış roman. Bu roman fırtına nəticəsində gəmiləri qəzaya uğramış kapitan Qrant və iki matrosun axtarışından bəhs edir. Əsərdə müəllif dəniz və okeanları, Avstraliya, Yeni Zelandiya və Cənubi Amerikanın zəngin, gözəl və təkrarsız təbiətini təsvir etmişdir. Oxucu romanda maraqlı macəraların, süjet xəttindəki kəskin dönüşlərin şahidi olur. Əsərə incə yumor və nikbin ruh hakimdir. == Məzmun == === Səfərin başlanması === Lord Eduard Qlenarvana məxsus "Dunkan" gəmisi Şotlandiya sularında üzərkən matroslar çəkic balığı tuturlar. Onun qarnını yararkən balığın mədəsindən butulka tapılır. Butulkada hansısa vacib sənədin ola biləcəyini ehtimal edən Qlenarvan və digər göyərtədə olanlar onu ehtiyatla sındırırlar. Həqiqətən də, butulkadan 3 dildə – ingilis, alman və fransız dillərində yazılmış məktub tapılır.
Karateçi uşaq (film, 2010)
Karateçi uşaq — 2010-cu ildə çəkilmiş ABŞ filmidir. Rejissor Harald Zvart, baş rollarda isə Ceki Çan, Ceyden Smitdir. Film əsasən Çinin Pekin şəhərində cəryan edir. Filmin çəkilişləri 2009-cu ilin İyul ayında başladı və həmin ilin Oktyabr ayının 16-sı qurtardı. ABŞ-də filmin premyerası 11 İyun 2010-cu il oldu. == Məzmun == Atasının ölümündən və Detroytdakı zavodun bağlanmağından sonra 12 yaşlı Dre Parker(Ceyden Smit) anası Şerri (Taraji Penda Henson) ilə birlikdə Detroytdan Çinin Pekin şəhərinə köçür. Nəzarətçi onları evlərinə aparır. Xarab olan əşyanı düzəltmək üçün anası Dreni Mr. Hanı(Ceki Çan) çağırmağa göndərir. Dre Mr.Hanı çağırdıqdan sonra parka gedir.Burada o skripkaçı Mei Yinq (Venven Han) ilə dost olur.
Kipr Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Kipr 2003-cü ildən etibarən Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirak edir. Kipr adası iştirak etdiyi illər ərzində müsabiqədə heç vaxt qələbə qazanmamışdır. Müsabiqədə Kiprin indiyədək qazandığı ən yaxşı nəticə 2004 və 2006-cı ildə əldə etdikləri 8-ci yerdir.
Kupidon və Psixeya uşaq ikən
Kupidon və Psixeya uşaq ikən (ing. Cupid and Psyche as Children, fr. L'Amour et Psyché, enfants) — Vilyam Buqronun ən məşhur əsərlərindən biri. Əsər 1999 – cu ildə isə Nyu-Yorkda, Kristi auksionunda $1,760,000 – a satılmışdır. Əsər 1890-cı ildə Fransanın Salon şəhərində tamamlanmışdır. Bəzən əsər yanlış olaraq "İlk Öpüş" (ing: The First Kiss, fr: Le Premier Baiser) də adlandırılır. Kətan üzərində yağlı boya ilə çəkilmiş şəkil 119.5 x 71 mm (47 x 27 7/8) ölçüyə malikdir və hal – hazırda şəxsi kolleksiyada saxlanılır. Şəklin mövzusu qədim Roma şairi Apuleyin "Qızıl arxa" əsərindəki "Kupidon və Psixeya" hekayəsindən götürülmüşdür. == Yanlış adlandırma == İnternetdə ilk virtual muzeylərdən biri olan "Web Museum"də əsər yalnız olaraq "L'Amour et Psyche, enfants" adıyla deyil "The Firs Kiss" (İlk öpüş) adıyla yerləşdirilmiş, sayt hələ də bu yanlışını aradan qaldırmamışdır. == Buqronun Kupidon və Psixeya təsvir edilmiş digər əsərləri == Buqro müxtəlif zamanlarda Kupidon və Psixeya təsvir edilmiş başqa əsərlər də yaratmışdır: Psyché et l'Amour (Psixeya və Kupidon, Salon, 1889, No.
Madonna və Uşaq (Rafael)
Madonna və Uşaq (it. Madonna di Pasadena) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1503-cü ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur.Madonna və Uşaq əsəri hal-hazırda Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Pasadena şəhərində yerləşən Norton Simon mədəniyyət evində saxlanılır. Əsərdə Müqəddəs Məryəm və qucağında uşaq təsvir olunub.
Makedoniya Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Şimali Makedoniya 2003-cü ildən etibarən Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirak edir. Ölkə iştirak etdiyi illər ərzində müsabiqədə heç vaxt qələbə qazanmamışdır. Müsabiqədə Şimali Makedoniyanın indiyədək qazandığı ən yaxşı nəticə 2007 və 2008-ci ildə əldə etdikləri 5-ci yerdir.
Malta Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Malta Avroviziya Uşaq Mahnı Müsabiqəsində 2003-cü ildən bəri iştirak edir. Ölkə müsabiqədə iştirak etdiyi illər ərzində iki dəfə qalibiyyət əldə edib. Malta adası uşaq Avroviziyasında ilk qələbəsini 2013-cü ildə Qaya Kaukinin ifa etdiyi "The Start" adlı mahnı ilə qazanıb. Müsabiqədə ikinci qələbəsini isə Malta 2015-ci ildə Destini Çukunyerenin ifa etdiyi "Not My Soul" adlı mahnı ilə qazanmışdır.
Moldova Avroviziya Mahnı Müsabiqəsində Uşaq
Moldova Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Monteneqro Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Müharibə Uşaqlığı Muzeyi
Müharibə Uşaqlığı Muzeyi (bosn. Muzej ratnog djetinjstva) ― 2017-ci ilin yanvar ayında Bosniya-Herseqovinanın Sarayevo şəhərində açılan tarixi muzey. Muzeydə əşyalar, video ifadələri və hekayələrin vasitəsi ilə Bosniya müharibəsindən sağ çıxan uşaqların həyatlarından bəhs olunur. 2018-ci ildə muzey sənayesinin ən prestijli mükafatlarından biri olan Avropa Şurası Muzey Mükafatı bu muzeyə təqdim olundu. Hadisə 2018 "Avropada ilin muzeyi" müsabiqəsi çərçivəsində baş verdi. Layihə 2010-cu ildə Sarayevolu təşəbbüskar, aktivist və “müharibə övladı” Yasminko Haliloviçin Bosniya müharibəsi illərində uşaq olmuş gənc yetkinlərin qısa xatirələrini toplamaq üçün onlayn platformadan istifadə etməsindən başladı. 1000-dən çox gənc yetkin öz xatirələri ilə bölüşmüşdür. Haliloviç bu xatirələrini 2013-cü ildə nəşr olunan kitabda paylaşdı. Kitab sonradan alman və yapon dillərinə tərcümə olundu. Haliloviç xatirələrini təqdim edən gənc yetkinlərlə yazışmağa başladıqda, keçmiş "müharibə uşaqları"nın bir çoxunun hələ də xatirələri ilə əlaqəli xüsusi obyektlərə sahib olduğunu başa düşdü.
Naxçıvan Dövlət Uşaq Teatrı
Naxçıvan Dövlət Uşaq Teatrı — Naxçıvanda teatr Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 4 oktyabr 2006-cı il tarixli, 57-03/S nömrəli Sərəncamı ilə yaradılmışdır.
Naxçıvan uşaq dəmir yolu
Naxçıvan uşaq dəmir yolu— Azərbaycanda, Naxçıvan MR-ın Naxçıvan şəhərində 1978-ci ildə daxili istismara verilmişdir. == Ümumi məlumat == Yolun uzunluğu təxminən 700 metr (digər yol maksimum uzunluğuna görə 1,6 km idi).) olmuşdur. Dəmir yolu "Sovetabad" adlı 1 platformadan və "Pionerlər sarayı", "İdman" (digər mənbələrə görə həmçinin "Gənclik") adlı stansiyalardan ibarət olmuşdur. 2 lokomativ və 3 vaqon fəaliyyət göstərirdi. Lokomotivlərdən biri dizel lokomativi TU-7 digəri isə TU-2 idi. == Tarixi == 1978-ci ildə TU2-099 Naxçıvan Uşaq Dəmir Yoluna göndərildi. Əvəzində Naxçıvandan, Bakıya TU2-206 gətirildi. 1987-ci ildə Bakıya yeni teplovoz TU7-0204 gətirildi. Həmin ildə bu teplovoz Naxçıvan Uşaq Dəmir Yoluna göndərildi.2000-ci ildə Naxçıvan UDY-nin fəaliyyəti dayandırıldı. == Mənbə == Нахичеванская ДЖД на сайте Д. Сутягина «Детские железные дороги СССР — История и современность».
Niderland Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Niderland Avroviziya Uşaq Mahnı Müsabiqəsində 2003-cü ildən iştirak edir. Ölkə müsabiqədə iştirak etdiyi illər ərzində bir dəfə qalibiyyət əldə edib. Niderland uşaq Avroviziyasında ilk qələbəsini 2009-cu ildə Ralf Makenbaxın ifa etdiyi "Click Clack" adlı mahnı ilə qazanıb. Ölkə Avroviziya uşaq mahnı müsabiqəsində hər il iştirak edib.
P. İ. Çaykovski adına Taqanroq uşaq musiqi məktəbi
P. İ. Çaykovski adına Taqanroq uşaq musiqi məktəbi — Taqanroqda musiqi məktəbi 1887-ci ildə təsis edilmişdir. == Tarixi == 1887-ci ildə Taqanroqda musiqi məktəbi açılır ki, onunda ilk müəllimi Vyaçeslav İvanoviç Suk olmuşdur. O, Böyük teatrın dirijiro kimi bir nüddət fəaliyyət gödtərmişdir. Üstəlik RSFSR xalq artisti olmuşdur. 1897-cu ildə məktəbin direktoru istedadlı dirijor Valeri Qaentoviç Molla təyin edilir. 1938-ci ildə məktəbə Petr İliç Çaykovskinin adı verilmişdir. 1930-1950-ci illərdə burada çalışan müsiqiçilər:pianoçular Anna və Qalina Neverovna, Raisa və Olqa Muxina, Yelizaveta Danilina, kripksçılar А. Parxomenko, Yakov Lvoviç Blank, L. Lisov, violonselistlər А. Qonçarov, D. Belıx, bəstəkarlar Nikolay Stepanoviç Ponomarenko. == Məktəb Direktorları == 1984-cü ildən bu günə qədər — Viktot Fediroviç Svorsov 1945 - 1984 — Pavel Aleksandroviç Nodkov 1897 - ? — Valeri Qaentoviç Molla == Məşhur əməkdaşları == Vladislav Vladimiroviç Vetrov (1964) — sovet və rus teatr aktyoru, rejisor və senarist. Rusiyanın əməkdar artisti.
Polşa Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Polşa ilk dəfə 2003-cü ildə Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirak etmişdir. Lakin ölkə 2003 və 2004-cü illərdə müsabiqədə qazandığı uğursuz nəticələr səbəbindən növbəti illərdə müsabiqədə iştirakdan imtina etmişdir. Polşa bir daha Avroviziya Uşaq Mahnı Müsabiqəsinə 11 illik fasilədən sonra 2016-cı ildə geri dönmüşdür. Ölkə ilk dəfə 2018-ci ildə Roksana Veqelin ifa etdiyi "Anyone I Want To Be" mahnısı ilə qələbə qazanmışdır. Polşa Avroviziya Uşaq Mahnı Müsabiqəsində ikinci qələbəsini 2019-cu ildə əldə etmişdir.
Portuqaliya Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Portuqaliya Avroviziya Uşaq Mahnı Müsabiqəsində ilk dəfə 2006-cı ildə iştirak etmişdir. Ölkə 2006 və 2007-ci illərdə müsabiqədə qazandığı uğursuz nəticələr səbəbindən növbəti illərdə müsabiqədə iştirakdan imtina etmişdir. Portuqaliya bir daha Avroviziya Uşaq Mahnı Müsabiqəsinə doqquz illik fasilədən sonra 2017-ci ildə geri dönmüşdür.
Qara Qarayev adına Uşaq Musiqi Məktəbi (Sumqayıt)
Qazaxıstan Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Qazaxıstan Avroviziya Uşaq Mahnı Müsabiqəsində ilk dəfə 2018-ci ildə qoşulmuşdur. Belarusun Minsk şəhərində keçirilən müsabiqədə Daneliya Tuleşova ifa etdiyi "Òzińe sen" mahnısı ilə Qazaxıstanı təmsil etmiş və nəticədə 20 təmsilçi arasında 171 xalla 6-cı yeri tutmuşdur. 2019-cu ildə Qazaxıstanı Yerjan Maksim "Armanyńnan qalma" mahnısı ilə təmsil edərək, ölkəyə 2-ci yeri qazandırmışdır.

Digər lüğətlərdə