UZANMAQ

1. UZANMAQ Sonra Cavanşir otağa girib elə çəkməli, şalvarlı da çarpayıda uzandı (Elçin); BÖYRÜNÜ YERƏ VURMAQ (fr.v.) Böyrün yerə vurub çoban dağ üstə; Hərdən deyir bir yanıqlı şikəstə (A.Səhhət); DÖŞƏNMƏK Nizami ..ağacın kölgəsinə döşənib axşama kimi yazırdı (M.Hüseyn); SƏRƏLƏNMƏK [Mehriban] qapının ağzında yerə sərələndi (S.Hüseyn); SƏRİLMƏK ..Xasay arxası üstə göy çəmənin üzərində sərilmişdi (Ə.Vəliyev).

2. UZANMAQ [Çingiz:] Buna “boymadərən” deyirlər, onu kim qoxulasa boyu uzanır (B.Bayramov); BOY ATMAQ Burda, bu ağacda hər oğlan, hər qız; Bir zaman boy atıb bir nər olacaq (S.Vurğun); ÇAYDAQLAŞMAQ/CAYDAQLANMAQ.

UZAQLAŞMAQ
UZAŞMAQ

Digər lüğətlərdə

де́ррик ионизова́ть не плотне́е однокра́тный пара́бола прифра́нчивать разу́мница жезл настига́ть невысоко порази́тельно пота́лкивать тунне́ль American cockroach attributive hortatory mail coach parcel passionate polyhedron водовозный домна инсектициды кают-компания подтечь