VƏKALƏT
VƏLİƏHD
OBASTAN VİKİ
Bəhaəddin Vələd
Bəhaəddin Vələd (1148, 1152 və ya 1149, Bəlx, Xarəzmşahlar dövləti – 1231, Konya, Rum Səlcuqlu dövləti) — fəqih, filosof. == Haqqında == Xarəzmşah hökmdarları Bəhaəddin Vələdin xalq üzərindəki təsirindən hər zaman narahat idi; çünki o, insanlarla son dərəcə mülayim davranır, onların anlaya biləcəkləri fikirləri irəli sürür, dərslərində heç vaxt fəlsəfi mübahisələrinə yol vermirdi. Bəhaəddin Vələd ilə Xarəzmşah Əlaəddin Məhəmməd Tökiş arasında olan bir hadisə: Bəhaəddin Vələd bir gün dərsində, fəlsəfəni və filosofları şiddətlə tənqid edir, onları İslam dinində var olmayan şeylərlə (bidətlə) məşğul olmaqda günahlandırır. Buna çox hirslənən məşhur İslam filosofu Fəxrəddin Razi onun haqqında Məhəmməd Tökişə şikayət edir. Razinin hökmdarın yanından xüsusi hörmət və etibarı var idi. Razinin xəbərdarlıqları və xalqın Bəhaəddin Vələdə göstərdiyi maraq ve hörmət bir araya gəlincə, öz yerini itirməkdən qorxan Tökiş, Bəlx qəsəbəsinin açarlarını ona göndərdi. Bu, mənim yerimə hakimiyyəti sən idarə et, anlamına gələn bir davranış idı. Deyilənlərə görə bu davranışı "bir yerdə iki sultan olmaz" deyə qarşılayan Bəhaəddin Vələd, dərhal köç hazırlıqlarına başladı, ailəsini, kitablarını, sadid müridlərini yanına alaraq ölkədən ayrıldı (1212 ya da 1213). Nişapur şəhərində məşhur şeyx Feridüttin Attar onları qarşıladı. Aralarında önəmli söhbətlər oldu.
Sultan Vələd
Sultan Vələd (1226, Karaman – 19 noyabr 1312, Konya) — sufi, şair. Sultan Vələd Mevlana Cəlaləddin Ruminin oğludur. Fars dilində bir divanı, üç məsnəvisi vardır. Sultan Vələdin türkcə yazdığı sətrlər türk şerinin ilk dəyərli örnəklərindəndir. Anadolu Səlcuqlular dövləti zamanında bugünkü Karaman Larənəd adı ilə tanınırdı. Bir gün Laləndəyə xoş bir xəbər çatdı. Ailəsi ilə birlikdə Xorasının Bəlx şəhərindən yola çıxan və bir çox yerləri dolaşdıqdan sonra Anadoluya yol alan Sultan'ül-Üləma Bəhaəddin Vələd oğlu Mövlanə Cəlaləddinlə birlikdə Laləndə gələcəkdi. Xəbər qısa vaxtda bütün şəhərə yayıldı. Larəndə valisi Əmir Musa şəhərin başbilənləri ilə birlikdə Bəhaəddin Vələdi qarşılamağa çıxdı.
Koroğlu Vələdov
Koroğlu Namiq oğlu Vələdov – keçmiş azərbaycanlı futbolçu. == Həyatı == 1980-ci il avqustun 24-də Qazax şəhərində anadan olub. 1986–1997-ci illərdə şəhərin 1 saylı Tam Orta Məktəbində təhsil alıb.18 yaşından həvəskar futbola başlayan Koroğlu Vələdov 21 yaşından etibarən isə peşəkar futbola başlayıb. 2000-ci ildə Bosniyada UEFA-nın keçirdiyi Həvəskarlararası yarışda iştirak edib. Koroğlu 2002–2007-ci illərdə Qazaxın Göyəzən FK-da oynayıb. 2007–2008-ci illərdə isə Slovakiyada keçirilən Futbol yarışında Avey Ağstafa FK-nu təmsil edib.
Molla Vələdli türbəsi
Molla Vələdli türbəsi — Azərbaycanın Goranboy rayonunun Şəfəq kəndi ərazisində yerləşən tarixi-memarlıq abidəsi.

Digər lüğətlərdə