VANƏFSA
VAPOR
OBASTAN VİKİ
Vanna
Vanna və ya ləyən – yuyunmaq üçün nəzərdə tutulmuş su tutan konteyner. Vannalar, adətən, 2 üslubda olur: Qərb üslubunda – içindəndə uzanılan. Belə vannalar çox vaxt qayıq kimi yastı və uzun olur. Şərq üslubunda – içində oturulan. Belə vannalar qısa və dərin olur. Məsələn, Yaponiyada furo vannaları bu üsluba aiddir. Hazırkı dövrdə, əsasən, çuqun vannalardan istifadə olunur. Lakin, qranit və taxta vannalar da geniş yayılmışdır.
Mona Vanna
Mona Vanna (it. Monna Vanna) və ya Çılpaq Cakonda (fr. La Joconde nue) — bəzən "ikiqat erotika" da adlandırılan, 72,4 × 54 sm ölçülü ikiqat yapışdırılmış kağız üzərində kömürlə çəkilmiş çılpaq qadın portretidir. Əsər Uaza departamentindəki Şantiyi qəsrində yerləşən Konde muzeyində saxlanılır. Əsərin Leonardo da Vinçiyə aid edilməsinin mənşəyi kardinal Luici d'Aragonun yazarı Antonio de Betisin məlumatlarına əsaslanır. Onun sözlərinə görə, 10 oktyabr 1517-ci ildə kardinalın Klo-Lüse qəsrində Leonardonu ziyarət etməsi zamanı, rəssam ona II Culiano de Mediçinin sifarişi ilə "florensiyalı xanımın sağlığında çəkilmiş portretini" hədiyyə etmişdir. Ehtimal ki, rəssam sifarişi 1513–1516-cı illərdə Mediçinin himayəsində olduğu dövrdə almışdır. Bu əsər dövrümüə çatmasa da, onun eskizi saxlanmışdır. Ehtimal ki, qısa müddət sonra "La fornarina" əsərini işləyərkən Rafael Santi də məhz həmin portretdən ilhamlanmışdır, lakin bu nəzəriyyəni şübhə altına alan tədqiqatçılar Antonio de Betisin verdiyi məlumatda hazırda Luvrda saxlanan "Mona Liza"dan bəhs etdiyini və məlumatda istifadə edilən "au naturel" ifadəsinin "Mona Liza"ya aid edilə biləcəyini qeyd edirlər. Əsəri təsvir edən ikincə mənbə isə Leonardoya yaxınlığı illə seçilən onun tələbəsi Salaiyə məxsusdur: onun 21 aprel 1525-ci ildə ölümündən sonra tərtib edilmiş invertarında yarıçılpaq "Mona Liza" portreti də qeyd edilir.
Vanna (müğənni)
Ivana Vrdoljak-Vanna (1 sentyabr 1970, Kоprivniçа) – daha çox səhnə adı ilə tanınan Vanna, xorvat pop müğənnisidir.
Vanna Buakeva
Vanna Buakeva – İqtisadçının şərəfini qoruyan təcrübəli qadın libero. Avropada oynayan ilk tailandlı voleybolçudur. 18 ildir ki, Tailand milli voleybol komandasının şərəfini qoruyur. Milli komandadakı debüt matçı 1996-cı ildə Malayziyaya qarşı olmuşdu. Vanna Buakeva karyerasına 1996-cı ildə məktəb səviyyəsində başlamışdı. 1999-cu ilə qədər Tailand millisinin müxtəlif yaş qruplarında oynamış, daha sonra isə 2002-ci ilə qədər Pepsi şirkətinin Banqkok şəhərindəki komandası olan Pepsi Bangkokda oynamışdı. 2001-ci ildə milli komanda ilə birlikdə Asiya çempionatında bürünc medal qazanmışdı. 2002-03 mövsümünü İtaliyada keçirən voleybolçu Volley Spezzano ilə ilk legioner macərasını da yaşamışdı. 2003-2008 illəri arasında onun öz deyimi ilə "Bütün gücümü milli komandaya həsr etmişdim" sözləri tam doğru idi. Belə ki, bu illərdə o heç bir klubda oynamamış, ancaq milli komanda ilə birlikdə bir çox turnirdə iştirak etmişdi.
Meşə vannası
Şinrin-yoku (森林浴) və ya meşə vannası – meşədə vaxt keçirərək təbiətlə əlaqə qurmaqdan ibarət olan terapevtik rahatlaşma praktikası və ya prosesi. Şinrin-yoku konsepsiyası ilk dəfə Yaponiyada ortaya çıxsa da, 2010-cu illərdən etibarən ABŞ-də populyarlıq qazanmağa başlamışdır. "Şinrin-yoku" termini ilk dəfə 1982-ci ildə Yaponiya Meşə Agentliyinin direktoru Tomohide Akiyama tərəfindən ortaya atılmışdır. O, meşə ziyarətlərini sağlamlıq ekoturizmi ilə əlaqələndirmək üçün belə bir konsepsiya yaratmaq istəmişdir. 2004-cü ildə Yaponiyada Meşələrin Terapevtik Effektləri Assosiasiyası, 2007-ci ildə Yaponiya Meşə Tibbi Cəmiyyəti yaradılmışdır. Şinrin-yoku ilə məşğul olmaq ağacların və otların arasında olmaq, meşənin atmosferi ilə əlaqə qurmaq deməkdir. Şinrin-yoku ilə məşğul olarkən mobil telefon və kamera kimi elektronika cihazları qıraqda qoyulur. Praktika meşədə sakitcə gəzərək yerinə yetirilir. Şinrin-yoku zamanı beş duyğudan istifadə etmək vacibdir. Praktika zamanı bunları etmək olar: Meşənin səsinə (quşların və böcəklərin) qulaq asmaq Ağaclara, yarpaqlara, otlara toxunmaq Çiçəkləri və ya ağaclardan ifraz olunan efir yağlarını qoxlamaq Ətrafı və mənzərəni müşahidə etmək Nəfəs dərərək meşə havasının qoxusunu hiss etmək Aparılmış elmi tədqiqatlara əsasən şinrin-yoku ilə məşğul olmaq kortizol konsentrasiyasını azaldır, qan təzyiqini aşağı salır, sinir sisteminə müsbət təsir göstərir.

Digər lüğətlərdə