VƏCH
VƏD
OBASTAN VİKİ
Vəcihə Qaşqa
Vəcihə Qaşqa(1 iyul 1935 – 23 noyabr 2017, Simferopol) — krım tatar ictimai xadimi, krım tatar milli hərəkatının fəallarından biri. "Novaya qazeta" və digər krım tatar fəalları onu "vətənə yol açmış" "simvol" adlandırırdılar. Vəcihə Qaşqa 1 iyul 1935-ci ildə Üsküt kəndində anadan olub. 9 yaşında ikən digər krım tatarları kimi sürgün edilib. Özbəkistana sürgün edilən o, 1950-ci illərdə Krım tatar milli hərəkatına qoşulub. 1960-ci illərin sonunda Krıma gəlməyə cəhd göstərib, lakin qeydiyyatının olmadığına görə buradan qovulub. 1969-cu ildə hadisə yenidən təkrarlanıb. 1974-cü ildə Andrey Saxarovun işə müdaxilə etməsindən sonra Krıma qayıda bilir. Sovet işğalı dövründə krım tatar milli fəalları daima öz toplantılarını Vəcihə xanımın evində keçirirdilər. Vəcihə xanım hərəkatda fəallıq göstərmiş müxtəlif tapşırıqları icra etmək üçün Moskvaya və Türkiyəyə yollanmışdır.
Vəcihə Səmədova
Vəcihə Əli qızı Səmədova (24 noyabr 1924, Bakı – 24 oktyabr 1965, Bakı) — Azərbaycanın ilk peşəkar qadın rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1964). Vəcihə Səmədovanın vəfatından az sonra adı əbədiləşdirilib - Azərbaycan Rəssamlar İttifaqının sərgi salonuna verilib. Hal-hazırda Vəcihə Səmədovanın 4 əsəri Azərbaycan Dövət Rəsm Qalereyasının fondunda qorunub saxlanmaqdadır. Vəcihə Əli qızı Səmədova 1924-cü ildə şirniyyatçı Kərbəlayi Əli ilə evdar qadın Rübabə Səmədovanın ailəsində anadan olmuşdur. Vəcihənin atası Kərbəlayi Əli Qars azərbaycanlısı idi. O, qardaşı ilə birlikdə İrəvana, oradan da Bakıya köçərək burada Rübabə xanımla tanış olur. Rübabə xanım isə İranın Qum şəhərindən gəlmiş azərbaycanlı ailəsindən idi. Cütlüyün Vəcihədən başqa övladları olsa da, sadəcə Vəcihə və bacısı Solmaz yetkinlik yaşına çata bilmişdir. Vəcihə Səmədovanın uşaqlı illəri İçərişəhərdə keçib. Kiçik yaşından rəsmə marağı olduğu üçün atası ona məşhur rəssamların çizimlərindən ibarət rəsm kitabları alır.
Vəcihə Zöhrabova
Vəcihə Ramazan qızı Zöhrabova — Azərbaycanlı alim, Geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent. Vəcihə Ramazan qızı Zöhrabova – 20 may 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1960-cı ildə "qaz yataqlarının geologiyası və kəşfiyyatı" ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun (hazırda ADNA) geoloji-kəşfiyyat fakültəsini bitirmiş və Geologiya İnstitutunda işləməyə başlamışdır. Geologiya-mineralogiya üzrə fəlsəfə doktorudur, elmi rütbəsi dosentdir. Vəcihə Zöhrabovanın elmi fəaliyyəti qeyri-filiz faydalı qazıntıların litologiyası və mineralogiyasının öyrənilməsi ilə bağlıdır. O, 1989-cu ildə "Şamaxı-Qobustan bölgəsinin eosen bentonit təzahürlərinin əmələ gəlmə şəraiti və maddi tərkibi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Şixandağ yatağını kəşf və tədqiq etmişdir. Əmbizlər, Qabandağ, Ağdərə, Yunusdağ-Ağburun, Kemçi və s. qələvili bentonit təzahürlərini aşkar etmişdir. Vəcihə Zöhrabova 1973-1978-ci illərdə "Qeyri-metallik faydalı qazıntıların geologiyası və mineralogiyası" laboratoriyasının əməkdaşları ilə birlikdə Tovuz və Qazax rayonları ərazisində yerləşən seolitləşmiş tuflar (Aydağ və Yuxarı Öksürlü yataqları), bentonit gilləri (Daşsalahlı və Qaymaqlı yataqları) və kaolinləşmiş süxurların (Kotandağ və Kəmərli yataqları) tədqiqatı ilə məşğul olmuşdur.

Digər lüğətlərdə