Çopurlu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Çopurlu
Ölkə

ÇopurluAzərbaycan Respublikasının Kəlbəcər rayonunun Qızılqaya kənd inzibati ərazi dairəsində kənd.[1]

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Tarixi

Kənd Lev çayının sahilində, Murovdağ silsiləsinin ətəyindədir. Keçmiş adı Çopur Hüseynlidir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Daşkəsən rayonunun Qabaqtəpə kəndindən köçmüş Çopur Hüseyn adlı şəxs saldığına görə belə adlandırılmışdır. Qazax rayonunun Qaymaqlı kəndində çopurlular tayfası qeydə alınmışdır. Bu səbəbdən oykonimin etnotoponim olması da mümkündür.[2][3]

Yaylaqlar

Ağçınqıl yurdu, Sünnət yurd, Məliyin yurdu, Xandüz yurdu, Qaraboyun yurdu.

Bulaqlar

Ağ bulaq, Portport bulaq, Soyuq bulaq, Qırxbulaq, Sarı bulaq.

Məşhur yerlər

Təkdam, Yalyeri, Armudluq, Çınqılın başı, Babamın cili, Gülalı yeri.[3]

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007
  3. 1 2 Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.