Tirkeşəvənd (Kəlbəcər)

TirkeşəvəndAzərbaycan Respublikasının Kəlbəcər rayonunun Tirkeşəvənd kənd inzibati ərazi dairəsində kənd.[1]

Tirkeşəvənd
39°58′11″ şm. e. 46°13′05″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Kəlbəcər rayonu
Xəritəni göstər/gizlə
Tirkeşəvənd xəritədə
Tirkeşəvənd
Tirkeşəvənd
Tirkeşəvənd xəritədə
Tirkeşəvənd
Tirkeşəvənd

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Tirkeşəvənd kəndi Tutqunçayın (Tərtər çayının qolu) sahilindədir. Əsli Tirkeşəvənddir. Yerli məlumata görə, yaşayış məntəqəsi keçmiş Böyük kəndinə məxsus qışlaq yerində salınmışdir. Sonralar qonşu Qazıxanlı kəndindən və Ağzıbir binəsindən köçmüş ailələr burada məskunlaşmışlar. Kəndin yaxınlığındakı Tirkəşəvənd qəbiristanı və ya Türk qəbiristanı adlanan məzarlıq burada çox qədimdən yaşayış məntəqəsi olduğundan xəbər verir. Oykonim tirkaş (etn.) və vənd (oğlu, uşağı, nəsli) komponentlərindən düzəlib, “tirkeş nəsli” mənasındadır.[2]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Tirkeşəvənd (Kəlbəcər) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.