Yanşaqbinə — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yanşaq kənd inzibati ərazi dairəsində kənd.[1]
Yanşaqbinə | |
---|---|
40°14′09″ şm. e. 46°12′41″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Kəlbəcər rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Yanşaqbinə kəndi Murovdağ silsiləsinin cənub yamacındadir. Yaşayış məntəqəsi XIX əsrdə Yanşaq kəndinə məxsus pay torpağında həmin kənddən olan ailələrin məskunlaşmasi nəticəsində yaranmışdır. Oykonim "Yanşaq kəndinin binəsi" mənasındadır.[2]