Barmaqbinə

BarmaqbinəAzərbaycan Respublikasının Kəlbəcər rayonunun Dalqılınclı kənd inzibati ərazi dairəsində kənd.[1]

Barmaqbinə
Ölkə

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Barmaqbinə kəndi Dikyurd dağının ətəyindədir. Keçmışdə binə yeri olan bu əraziyə XIX əsrdə qonşu Dalqılınclı kəndindən bir qrup ailə köçüb məskunlaşmışdı. Oykonim barmaq və binə komponentlərindən düzəlib. Türkdilli arealda barmaq/barmak/barmax/bormax "zirvə", "ŞiŞ uclu zirvə" mənası daşıyır, binə komponenti isə toponimiyada "müvəqqəti yaşayış məskəni", "koc" mənalarında işlənməkdədir. Oykonim "zirvədə yaşayış məskəni" mənasını ifadə edir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Barmaqbinə // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.