Ağdaş — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun İstibulaq kənd inzibati ərazi dairəsində kənd.[1]
Ağdaş | |
---|---|
40°10′37″ şm. e. 46°05′50″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.887 m |
Saat qurşağı | |
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Ağdaş kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı.
Kəlbəcər rayonunun Çaykənd inzibati ərazi vahidində kənd.Dağlıq ərazidədir. Kənd Ağdaş dağının döŞündə salınmışdır. Etnotoponimdir. ƏfŞarların araşlı oymağının bir qolunun ağdaş adlanması və Ağdaş rayonunun XX əsrin əvvəllərinə qədər Ərəş qəzası kimi qeydə alınması bunu bir daha subut edir. Ağdaş toponimi türk xalqlarının onomastikasında geniş yayılmışdır: Aktaş (Özbəkistanda dağ), Akdaş (Türkmənistan), Aktas (Qazaxıstan), Ağdaş (Başqırdıstan, Ermənistan), Aqtaş (Əfqanıstan), Akdaş (İran, Türkiyə) və başqaları[2].
Alagöllər yaylağı, Söyüdlü yaylağı, Hacı Ələmşaha toy olan yurd, Kürdlərin yurdu, Çınqıl yurd, Çala yurd, Qonur yurdu, Ağqaya yurdu.
Dördgözlü bulaq, Soyuq bulaq, Çınqıllı bulaq, Pir bulaq.
Çüxur yer, Böyük güney, Xanların çəpəri, İnəyi canavar yeyən, Tanrıverdinin çəpəri, Taplar biçənəyi, Kalafalı tələ biçənəyi, Ardışlı güney, Dikinəyer, Dibi kaha daş, Arı qayası, Budağın yurdu, Məstanvurulan qaya.[3]