Aşağı Xac — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çaykənd inzibati ərazi vahidində kənd.
Aşağı Xac | |
---|---|
Ölkə |
Aşağı Xac kəndi Tərtər çayının sahilində, dağətəyi ərazidədir. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi movqeyi ilə bağlıdır. İkinci komponent isə abidələrin dilində "xristianlığın rəmzi işarəsi"; "kilsə bayrağı"; "kilsə" mənalarında işlənmişdir. Ərazidəki Sınıqkilsə yer adı bu sözün məhz "kilsə" mənasını qəbul etməyə əsas verir.[1]
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Kəlbəcər rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |