Təkəqaya

TəkəqayaAzərbaycan Respublikasının Kəlbəcər rayonunun Təkəqaya kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Təkəqaya kəndi Lev kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Təkəqaya kənd Soveti yaradılmışdır.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Təkəqaya
40°15′57″ şm. e. 46°07′43″ ş. u.HGYO
Ölkə
Xəritəni göstər/gizlə
Təkəqaya xəritədə
Təkəqaya
Təkəqaya

Yerli məlumata görə, yaşayış məntəqəsini Qabaqtəpə (Daşkəsan rayonu) və Arıqdam (Gədəbəy rayonu) kəndlərindən köçmüş ailələr salmışlar. Kənd Təkqaya adlı oroqrafik obyektin yaxinlığında yerləşdiyinə görə belə adlandirılmışdır. Oronim isə təkə (dağ keçisi) zoonimindan və qaya coğrafi terminindən ibarət olub, "təkə olan qaya" mənasındadır.[2]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Təkəqaya çayının sahilində, dağətəyi ərazidə yerləşir.

  1. "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2022.
  2. Təkəqaya // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.