Almalıq (Kəlbəcər)

AlmalıqAzərbaycan Respublikasının Kəlbəcər rayonunun Almalıq kənd inzibati ərazi dairəsində kənd.[2]

Almalıq
40°05′38″ şm. e. 46°14′32″ ş. u.HGYO
Ölkə
Region Kəlbəcər rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.498 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 65 nəf. (2005)[1]
Xəritəni göstər/gizlə
Almalıq xəritədə
Almalıq
Almalıq
Almalıq xəritədə
Almalıq
Almalıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, 2020-ci il noyabrın 25-də işğaldan azad olunmuşdur.

Almalıq kəndi Tutqunçayın sahilində, Laçın dağının (Kiçik Qafqaz) ətəyindədir. Kəndin ərazisi XIX əsrin ortalarında sarallı tayfasına mənsub səkkiz evdən ibarət elatın qışlaq yeri olmuşdur. Qışlaq cır alma ağacları olan ərazidə yerləşdiyi üçün belə adlandırılmışdır. 1934–1940-cı illərdə yaxınlıqdakı Otaqlar, Gözlübulaq, Ortakənd və Çayqışlaq kəndlərindən köçmələrin bu ərazidə məskunlaşması ilə Almalıq kəndi yaranmışdır. Almalıq "alma ağacları ilə zəngin olan yer; alma bağı" deməkdir. Quba r-nunun DavudobaHacıqaib kəndlərində Almalıq adlı iki sahə, Yardımlı r-nunun Vəlixanlı kəndində Almalıq adlı yer qeydə alınmışdır. Almalıq adına Muq dağından tapılmış VIII əsrin əvvəllərinə aid sənədlərdə rast gəlmək olar. Orta əsrlərdə Türkmənistan ərazisində bir neçə Almalık toponimi qeydə alınmışdır. Özbəkistanın Daşkənd vilayətində Almalıq adlı şəhər, Dağıstanda Almalıq kəndi, Almalıqçay adlı çay var.[3]

Digər bir yerli məlumata görə- kəndin sakinləri əvvəlki dövrlərdə kəndin "Gözlü bulaq>> və <<Otaqlaɾ" adlanan ərazilərində yaşayıblar. Sonralar kənd sakinləri hər tərəfdən alma ağacları ilə bol olan meşə örtüyü ilə əhatə olunan ərazidə məskunlaşıb və həmin ərazini də Almalıq adlandırıblar.[4]

Qaratellər yurdu, İsrafilin yurdu, Yəhər yurd, Nəsir bəyin yurdu, Paşanın yurdu, Taplar yurdu, Hərizəqaya yurdu, Oyuq yurdu, Göyqum yurdu.

Novlu bulaq, Qoşa bulaqlar, Pırpır bulaq, Qırmızı bulaq, Şırşır bulaq, Mirzəxanın bulağı, Qaçaq Nəbinin bulağı, Pir bulağı.

Məşhur yerlər

[redaktə | mənbəni redaktə et]

Qarasu, Gözlü bulaq suyu(çay), Çayqışlaq, Arıxana, Cəbrayılın düzü, Türbəndənin dəyirmanının düzü, Uzunyal, Darın dərəsi, Qaraqaya, Dimdikqaya, Çirişli dağı, Usubun yeri, Sultanın dəyirmanı, Təkağaç, Böyüksu, Kəkli daş, Uzunburun, Qaranın düzü, Qumlugüney, Baldırğanlıdərə, Qətlağacı, Rustökülən, Ardışlı, İldırımvuran qaya, Qurugöl, Sultanın baxacağı, Salmanın yurdu, Oyuq, Gölübulaq, Qaranlıqdərə, Gölyeri, Qamışlı, Məmmədin darı, Çuxuryurd̟, Küləşlər, Laçınqaya, Rəhimin düzü, Davaolan, Arxacyeri, Otaqlar, Arpayeri, Öküzuçan, Dərəyeri, Donuz damı.[5]

Binələr-Qışlaqlar

[redaktə | mənbəni redaktə et]

Otaqlar binəsi, Gözlü bulaq binəsi.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq təşkil etmişdir.

  1. http://census.stat-nkr.am/nkr/1-1.pdf.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  3. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  4. Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.
  5. Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]