Qalaboyun (Kəlbəcər)

Qalaboyun, Qalaboynu — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Tirkeşəvənd kənd inzibati ərazi dairəsində kənd.[1]

Qalaboyun
Ölkə

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.

Qalaboynu kəndi Qalaboynu çayının sahilindədir. Yaşayış məntəqəsi şişqala və Dəyirman (qədim adi Salsal) adlı qalaların boynunda (keçidində) yerləşdiyinə görə belə adlanmışdır. Oykonim Qalaboyun variantında da qeydə alınmışdır.[2]

Bu kənd hər birinin başında qala olan iki dağın arasında yerləşdiyinə görə Qalaboyun adlanır.[3]

Qaragöl yurdu, Buzxana yurdu, Güngörməz yurd, Yelligədik yurdu, Sarıbirçək yurdu, Çövrüm yurd, Qaraarxac yurdu, Çiçəkli yurd, Yəhərdaş yurdu, Sünnətolan yurd, Dərə yurdu, Göllər yurdu, Qaraölən yurd, Biçənəyin düzü yurd, Abdultəpə yurdu.

Əlif bulağı, Şahmar bulağı, Məryəm bulağı, Turş su, Beədəf bulaq, Qulanuçan bulaq, Atlargedən bulaq, Qaynar bulaq, Quzey bulağı, Qalanın bulağı, Quru bulaq, Sarı bulaq.

Məşhur yerlər

[redaktə | mənbəni redaktə et]

Aralıq yalı, Dəmirçi, Gözəlölən, Qırxınyurdu, Qırmızıqaya, Darıyeri, Böyükdüz, Çaxnaq, Binnətin təpəsi, Çeyil, Dəligədənin qəbri, Seyid Teyfənin biçənəyi, Şahpələngdüşən yurd, Yaz yurdu, Daştəpə, Uşaq qəbirstanlığı, Orta kalafalıq, Bərkdərə, Pirinboynu, Saat daş qıran yer, Zalınqəbri, Ağdaşın dərəsi, Barmaqlar, Çaxçaxlı, Allahverdinin yeri.[3]

Binələr-Qışlaqlar

[redaktə | mənbəni redaktə et]

Kalafalıq binəsi, Damın yanı binə.[3]

Qalaboynu çayı

[redaktə | mənbəni redaktə et]

Kəlbəcər rayonu ərazisində çay. Xaçın və Şahmar adlı kiçik çayların birlaşməsi nəticəsində yaranmışdır. Qalaboynu kəndinin adi ilə adlanmışdır.[2]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. 1 2 Qalaboyun (Kəlbəcər) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. 1 2 3 Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.