Bağırsaq — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qamışlı kənd inzibati ərazi dairəsində kənd.[1]
Bağırsaq | |
---|---|
39°56′ şm. e. 45°59′ ş. u.HGYO | |
Ölkə | |
Region | Kəlbəcər rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Bağırsaq Kəlbəcər rayonunun Yanşaq inzibati ərazi vahidində kənd. Kəndin ərazisi əvvəllər yaxınlıqdakı Qamışlı kəndinin binəsi olmuşdur. Tədricən həmin kənddə ki, ağayarlı və qazıxanlı nəsillərinə mənsub ailələr burada məskunlaşdıqdan sonra daimi yaşayış məntəqəsinə çevrilmişdir. Kənd öz adını ərazidəki eyniadlı çay dərəsindən və bulaqdan almışdır. Burada dərənin relyef formasının əyri-üyrülüyünə, bağırsaqşəkilli olmasına görə belə adlandırılmışdır. 1917-ci ildə Baqarsıx variantında qeydə alınmışdır[2].
Kəlbəcər rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |