Bozlu — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Təkəqaya kənd inzibati ərazi dairəsində kənd.
Bozlu | |
---|---|
Ölkə | |
Region | Kəlbəcər rayonu |
Kənd XIX əsrin sonlarında Babaşlar kəndindən çıxmış bozlu adlı nəslin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir.[1]
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Bozlu kəndi mahalın bir hissəsi olmuşdur.[2] Kürdüstan qəzası ləğv edildikdən sonra Bozlu Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir.[3]
Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Lev kənd Sovetindən Bozlu kəndi Təkəqaya kənd Sovetinin tərkibinə verilmişdir.[4]
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[5] Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.[6]
Kənd Murovdağ silsiləsinin yamacında yerləşir.[1]
Kəndin əhalisi Azərbaycan Türk mənşəli[7] şahsuvarlı tayfasına mənsubdur.[8]
2022-ci ildə "Azərişıq" ASC tərəfindən 17 km-lik 35 kV-luq "Bozlu–Pircahan" hava xəttinin tikintisi yekunlaşdırılmışdır.[9]
The towns' capture came at staggering human costs, creating 250,000 new Azerbaijani refugees. Civilians fled Kelbajar in April through high mountains still covered with snow. Refugees claimed that hundreds of people froze to death attempting to flee.
Kəlbəcər rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |