Otqışlaq — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Dalqılınclı kənd inzibati ərazi dairəsində kənd.[1]
Otqışlaq | |
---|---|
40°04′ şm. e. 45°59′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Otqışlaq kəndi dağətəyi ərazidədir. Keçmiş adi Əmiralılar olmuşdur. XIX əsrdə Keşdək kəndindən ayrılmış Əmiralılar nəslinə mənsub ailələr həmin kəndə məxsus otlaq olan qışlaq yerində saldıqlarına görə kənd belə adlanmışdır. Oykonim “otlu, otla zəngin olan qışlaq” mənasındadır.[2]