İlyaslar (Kəlbəcər)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İlyaslar
40°14′21″ şm. e. 46°06′29″ ş. u.
Ölkə  Azərbaycan
Region Kəlbəcər rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.518 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
İlyaslar xəritədə
İlyaslar
İlyaslar
İlyaslar xəritədə
İlyaslar
İlyaslar

İlyaslar, ElyasalılarAzərbaycan Respublikasının Kəlbəcər rayonunun Çəpli kənd inzibati ərazi dairəsində kənd.[1]

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb.

Tarixi

Elyasalılar Kəlbəcər rayonunun Seyidlər inzibati ərazi vahidində kənd. Murovdağ silsiləsinin ətəyindədir. Yerli əhalinin dilində Ellazalılar variantında işlənən bu oykonim haqqında belə ehtimal edilir ki, Elyasalı (Ellazalı) adlı bir Şəxs XIX əsrdə indiki Gədəbəy rayonunun Anqdam kəndindən gələrək Güneydamı adlanan bu yerdə kəndin bünövrəsini qoymuşdur. Kənd də onun adı ilə adlanmışdır. 1917-ci ildə kəndin adı Ellazallar variantında qeydə alınmışdır. Qeyd edək ki, qazax tayfalarının içərisində ellazalı nəslinin adına təsadüf edilir. Gürcüstanın Bolnisi rayonunda keçmış El kəndinin 1948-ci ildən adı Elias Sopeli adlanır. Oykonim butun hallarda etnotoponimdir[2].

Yaylaqlar

Qaraqaya yurdu, Ocaq dərəsinin yurdu, Xəlyarlı dərəsinin yurdu, Üçtəpə yurdu, Gölyeri yurdu, Taxtadüz yurd, Kürd güneyi yurdu.

Bulaqlar

Yeddibulaq, Üçtəpə bulağı, Buz bulaq, Güney bulağı, Göl bulağı, Qanqallı bulaq, Çoban bulağı.

Məşhur yerlər

Gölün güneyi, Üçtəpənin başı, Kürd güneyinin başı.[3]

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı: Şərq-Qərb, 2007.
  3. Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.