Alaqaya (Kəlbəcər)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Alaqaya
Ölkə

Alaqaya - Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd.

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.

Tarixi

Kənd Qırxqızdağ silsiləsinin Kəlbəcər rayonunun ərazisinə daxildir. Bu ərazidə kənddən 2–3 km. məsafədə ala rəngli böyük bir qaya var. Həmin qayanın adı ilə kənd belə adlanır.[1]

Etimologiyası

Bu mürəkkəb sözün birinci komponenti olan "ala" hissəsi bir sıra mürəkkəb toponimlərin birinci komponenti kimi "alalıq", "rəngbərənglik", "ala-bulalıq", "ağ rəng, qırmızı və qara rənglərlə qarışıqlıq" mənalarını əks etdirir. İkinci komponent olan "qaya" sözü toponimik termin olub, "sıra dağlardan ayrılmış qol", "dağların müəyyən hissəsində daş süxurlardan olan çətin keçilən yer" deməkdir. Uzaqdan ala-bəzək görünən zirvəyə, qayaya, dağa, təpəyə "Alaqaya", "Aladağ" deyirlər[2].

Yaylaqlar

Sarıbaba yurdu, Turşluqaya yurdu, Xırmanlar yurdu, Yal yurdu, Vəlilər yalının yurdu, Çubuqlu yurd, Keçidüz dağının yurdu, Atağlu yurdu, Nazirli yurdu, Məşədi İslamın yurdu, Xırmandaş yurdu, Mərdandüşən yurd.

Bulaqlar

Sarı bulaq, Gur bulaq, Kasa bulaq, Cavaduçan bulaq, Mahmudun bulağı, Gilli bulaq, Toyolan bulaq.

Məşhur yerlər

Qırmızıqaya, Tilgüney, Yonca yeri, Armudun yanı, Yəhyaqazan təpə, Dikdaş, Suludərə, Axarın dərəsi, Tozluq, Uzunyurd, Kalafalıq, Cırranlı yalı, Abbas əkən həmərsinlər, Vəli əminin xırman yeri, Vəli əmi hörən, Şişqaya, Dəvəboynu, Uzunzağa, Şordaşın dərəsi, Cümşüd əminin binə yeri, Ayıölən meşə, Bərkarxac, Adamdaş, Çilgəz dağı, Qırxqız dağı, Divanxana dağı, Mamoun çayı.[1]

Binələr-Qışlaqlar

Kərbəlayı Lətifin binəsi.[1]

İstinadlar

  1. 1 2 3 Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.
  2. Alaqaya (Kəlbəcər) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 41. ISBN 978-9952-34-155-3.

Həmçinin bax