Bilgəh qalası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Bilgəh qalası
Xəritə
40°34′13″ şm. e. 50°02′02″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir Bilgəh
Aidiyyatı Şirvanşahlar dövləti
Tikilmə tarixi XIV əsr
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Material kirəc daşı
Vəziyyəti xarabalıqları qalıb
İstinad nöm.131
KateqoriyaQala
ƏhəmiyyətiÖlkə əhəmiyyətli

Bilgəh qalası

Bilgəh qalası — Abşeron qalalarından biri də Bakının Bilgəh qəsəbəsində yerləşir.

Tarixi

Qala XIII–XIV əsrlərdə Şirvanşahlar dövründə ağ daşdan tikilib. Yalnız bir hissəsi dövrümüzə gəlib çatmış bu müdafiə və müşahidə qalasından uzun müddət mayak kimi istifadə olunub. Vaxtilə gəmilərin gecə saatlarında sahili tapması, yolu azmaması üçün qalaçanın üzərində məşəl yandırılırmış. Elə bu səbəbdən abidə "Tonqal qalası" da adlandırılır. "Məlum məsələdir ki, o dövrdə tikinti materialları çox deyildi. Bu səbəbdən qalanın palçıq və yumurta sarısından tikildiyini deyirdilər. Hazırda hündürlüyü 21 metr, diametri isə, 17 metrdir. Qalanın sol tərəfi dəniz istiqamətinə düşdüyü üçün şoranlıqdan, nəmdən ağarıb, sağ tərəfi isə, demək olar ki, uçub. Qalanın üzərinə çıxmağa çalışsaq da, külək buna mane törətdi. Üç mərtəbəsi, geniş zirzəmisi, yanında şirin su quyusu və gizli tuneli olduğu deyilən qalanın giriş qapısı olub. Lakin həmin qapı artıq uçub-dağılıb. Su quyusunun aqibəti barədə isə heç bir məlumat yoxdur. Qala əvvəllər gəmilərə yol göstərən mayak rolunu oynayıb: "Qalanın yalnız gördüyümüz bu uçuq-sökük bir hissəsi dövrümüzə gəlib çatıb. Bu qala müdafiə və müşahidə qalası olub. Böyüklərimiz deyirdi ki, o vaxt işıq olmayıb. Qalanın başında tonqal qalayıb mayak kimi uzun illər gəmilərə yol göstəriblər. Gecə saatlarında gəmilərin sahili tapması çətin olduğundan bu üsulla onlara kömək ediblər. Adına tez-tez "Tonqal qalası" deməklərinin səbəbi budur. Qala o qədər hündür olub ki, yandırılan tonqalın (məşəl) tüstüsü hətta Ramana qalasından da görünüb".

İstinadlar

Həmçinin bax

Xarici keçidlər