CinemaPlus

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
CinemaPlus
Loqosu
ÖlkəAzərbaycan Azərbaycan
Kinoteatr sayı8
Ekran sayı38
Oturacaq sayı3802
RəhbərlikZaur Darabzadə
cinemastercard.az

CinemaPlus və ya sponsorluq razılaşmasına əsasən CineMastercard[1]Azərbaycanda fəaliyyət göstərən kinoteatrlar şəbəkəsi. 2012-ci ildə 28 Cinema adı ilə yaradılmışdır.[2]

Tarixi

Kinoteatr şəbəkəsinin əsası 17 dekabr 2012-ci ildə 28 Cinema adı ilə qoyulmuşdur.[3] 2015-ci ildə adını CinemaPlus olaraq dəyişdirmişdir. 2020-ci ildə Azərbaycanca başlamış COVİD-19 pandemiyası səbəbilə 2021-ci ilin oktyabrına qədər fəaliyyətinə fasilə verməli olmuşdu.[4] 2024-cü ildə Mastercard ilə əldə olunmuş razılaşmaya əsasən adını CineMastercard olaraq dəyişdirmişdir.[1]

Haqqında

Kinoteatrlar şəbəkəsinə 9 kinoteatr, 50-dən çox ekran və 5000-dən çox oturacaq daxildir. 3D-kontentini nümayiş etdirmək imkanı olan rəqəmsal proyeksiya sistemi və kinoekranlar ilə təchiz olunub. Həmçinin gücləndirilmiş parlaqlıq və Enhanced 4K Barco təsvirinə malikdir.[5]

Kinoteatrlar şəbəkəsində Platinum Movie Suites konsepsiyası əsasında tamaşaçılara dəridən hazırlanmış, söykənəcəyi arxaya açılan italyan kreslolarda film izləmək və kinoseans zamanı qida və içkilərin sifariş etmək imkanı yaradılmışdır.[5] Azərbaycanda Dolby Atmos texnologiyası ilk dəfə CinemaPlus tərəfindən tətbiq edilmişdir.[5]

CinemaPlus Azərbaycanda yerli dublyajın inkişafı ilə məşğul olur və gündəlik olaraq bu filmlərə bir neçə seans ayırır. Dublaj Cinemazadeh studiyası tərəfindən hazırlanır.[5] Bundan əlavə, açıq havada kino nümayişləri,[6] kino həftələri,[7] filmlər üçün xüsusi nümayişlər[8] keçirilir.

Kinoteatrlar

İstinadlar

  1. 1 2 "Mastercard and CinemaPlus announce strategic partnership: Launching "CineMastercard"". Report (ingiliscə). 27 fevral 2024. 2024-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2024.
  2. ""28 Cinema" rebrendinq etdi – FOTO". Ucarliyiq (az.). 18 dekabr 2015. 2017-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2017.
  3. ""CinemaPlus" 10 yaşını qeyd edir! - FOTO/VİDEO". Oxu.az. 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-28.
  4. ""CinemaPlus" qayıtdı! - FOTOLAR - VİDEO". Azərbaycanın xəbər saytı - NEWS24.AZ (az.). 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-28.
  5. 1 2 3 4 "Haqqımızda". CinemaPlus rəsmi saytı (az.). 28 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2023.
  6. ""CinemaPlus" Şamaxıda açıq havada filmlərin nümayişini keçirir". AzadMedia.az (az.). 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-28.
  7. ""CinemaPlus"da Azərbaycan Kino Klassikləri Həftəsi keçiriləcək: Giriş pulsuzdur - FOTO". 1news.az (az.). 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-28.
  8. "CinemaPlus held the grand screening of "Joker" [PHOTO]". Azernews.Az (ingilis). 2019-10-11. 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-28.
  9. "Arzu Əliyeva oğlu ilə "Cinema Plus"da olub". BAKU.WS - Azərbaycanın xəbər saytı (rus). 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-28.
  10. "Gəncə Mall-da "CinemaPlus" kinoteatrının rəsmi açılışı baş tutub". Milli.az (az.). 2018-06-21. 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-28.
  11. ""​CinemaPlus" впервые в регионах - В Гяндже открывается первый кинотеатр". Report İnformasiya Agentliyi (rus). 2020-06-21. 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-28.
  12. "Prezident Sumqayıtda "CinemaPlus" kinoteatrının açılışında". kaspi.az (az.). 2019-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-28.

Xarici keçidlər