Rumıniya–Türkiyə münasibətləri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Rumıniya—Türkiyə münasibətləri
Rumıniya və Türkiyə
 Rumıniya  Türkiyə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rumıniya—Türkiyə münasibətləri — Rumıniya ilə Türkiyə arasında ikitərəfli diplomatik münasibətlər.

Tarixi

1878-ci ilin noyabrında Rumıniya ilə Osmanlı İmperiyası arasında diplomatik münasibətlər quruldu. 30 avqust 1916-cı ildə Osmanlı İmperiyası Rumıniyaya müharibə elan etdi. 9 fevral 1934-cü ildə Rumıniya, Türkiyə, Yuqoslaviya və Yunanıstanla birlikdə Balkan sazişinin hərbi-siyasi birliyini qurdu. Bu birliyin yaradılmasından əvvəl 1933-cü ildə Rumıniya-Türk müqaviləsi imzalandı.

1938-ci ildə ölkələrin Buxarest və İstanbuldakı diplomatik nümayəndəlikləri səfirlik səviyyəsinə qaldırıldı. 1939-cu ildə Balkan Antantası, hərbi-siyasi bir birlik olaraq II Dünya Müharibəsinin başlaması ilə mövcudluğunu dayandırdı. Soyuq müharibə dövründə Rumıniya ilə Türkiyə arasında praktiki olaraq heç bir diplomatik təmas yox idi. 1989-cu ildə Rumıniyadakı inqilabdan sonra Rumıniya-Türkiyə münasibətləri xeyli dərəcədə istiləşdi. Türkiyə, Rumıniyanın NATO-ya üzv olmaq üçün namizədliyini dəstəklədi və Rumıniya da Türkiyənin Avropa Birliyinə üzv olmaq istəklərini dəstəklədi[1].

  • Prezident Əhməd Necdet Sezer 8-9 iyul 2004-cü il tarixlərində Rumıniyanı ziyarət etdi.
  • Prezident Trayan Besesku 28-29 sentyabr 2005-ci il tarixlərində Türkiyəyə səfər etdi.
  • Baş nazir Rəcəb Tayyib Ərdoğan, 24-26 oktyabr 2007-ci il tarixlərində Rumıniyada səfərdə olub.
  • Baş nazir Kelin Popesku-Teriçanu, 1-2 fevral 2006-cı il tarixlərində Türkiyəyə səfər etdi.

Ticarət

Ölkələr Balkanlarda bir-birlərinin ən böyük ticarət tərəfdaşlarıdır. 2015-ci ildə Türkiyənin Rumıniyaya ixracatı 2.8 milyard ABŞ dolları, Türkiyənin Rumıniyadan ithalatı 2.6 milyard ABŞ dolları oldu. 2015-ci ildə ölkələr arasındakı ticarət həcmi 5.4 milyard dollara çatdı. 2015-ci ildə Türkiyəni təxminən 440.000 Rumıniyalı turist ziyarət etdi[2].

Diplomatiya

Həmçinin bax

İstinadlar

  1. "Arxivlənmiş surət". 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-22.
  2. "Relations between Turkey and Romania / Rep. of Turkey Ministry of Foreign Affairs". 2012-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-22.

Xarici keçidlər