Qazaxıstan–Türkiyə münasibətləri — Qazaxıstan Respublikası ilə Türkiyə Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Qazaxıstan–Türkiyə münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
16 dekabr 1991-ci il tarixində öz dövlət müstəqilliyini elan edən Qazaxıstanı bir dövlət kimi Türkiyənin elə həmin gün dərhal tanıması münasibətlərin müsbət məcrada inkişaf etməsinə təkan vermişdir.
Qazaxıstan və Türkiyə arasında qarşılıqlı inam münasibətləri inkişaf edib.[1] Siyasət sahəsində isə hərtərəfli əməkdaşlığa mane ola biləcək və bunu məhdudlaşdıracaq heç bir ziddiyyət yoxdur.[1]
Türkiyə Qazaxıstanın ən yaxın və etibarlı tərəfdaşlarından biridir. Hazırda Qazaxıstan Türkiyənin Orta Asiyada regionundakı ən böyük siyasi və iqtisadi partnyorudur. Türkiyə Qazaxıstanın həm xarici siyasətində mövcud olan türkçülük inteqrasiyasının güclənməsində, həm də Qazaxıstanla praqmatik iqtisadi əməkdaşlıqda maraqlıdır.[1] Qazaxıstanın Türk Dövlətlərinin Dövlət Başçılarının Zirvə toplantılarındakı aktiv fəaliyyəti Türkiyə Respublikası tərəfindən çox müsbət xarakterizə olunur.
Türkiyə Qazaxıstan vasitəsilə Çinə, Şərqi və Cənub-Şərqi Asiya ölkələrinə dəniz daşımalarından asılı olmayan birbaşa quru əlaqəsi əldə edir.[2] Qazaxıstan üçün isə Türkiyə vasitəsilə Avropaya, Yaxın Şərqə çıxış vacibdir.[2]
Bu iki ölkə arasında mütəmadi olaraq baş tutan ikitərəfli səfərlər zamanı Qazaxıstan–Türkiyə strateji əməkdaşlığının daha da möhkəmləndirilməsi, əməkdaşlığın müxtəlif əlaqələr üzrə inkişafı, ticari-iqtisadi, sərmayə, sənaye, tranzit-nəqliyyat və mədəni-humanitar sahələrdə əlaqələrin dərinləşdirilməsi yolları, bir sıra digər ölkələrdə də birgə iqtisadi layihələrin reallaşdırılması, türkdilli ölkələrin gömrük ittifaqının yaradılması imkanlarından Trans-Anadolu qaz boru kəmərində Qazaxıstanın türk payı əldə etməsinədək kifayət qədər geniş məsələlər müzakirə olunmuşdur.[1] Bir sıra məsələlərlə bağlı müxtəlif sənədlər imzalanmışdır. Bunun ən bariz nümunəsi isə 2009-cu ildə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Türkiyəyə etdiyi səfəri zamanı iki ölkə arasında Strateji Əməkdaşlıq Razılaşmasının imzalanması olmuşdur.
Hazırda Türkiyənin Astanada səfirliyi[3], Almatıda baş konsulluğu[4], Aktauda[5] isə konsulluğu fəaliyyət göstərir.