Sırt Yengicə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Sırt Yengicə
40°51′43″ şm. e. 47°48′56″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 627 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Sırt Yengicə xəritədə
Sırt Yengicə
Sırt Yengicə

Sırt YengicəAzərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Sırt Yengicə kəndi Laza kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Sırt Yengicə kənd inzibati ərazi vahidi yaradılmışdır.[1]

Toponimikası

Yaşayış məntəqəsini rayonun ərazisindəki digər Yenicə kəndindən fərqləndirmək məqsədilə və yüksəklikdə yerləşdiyinə görə belə adlandırmışlar. Oykonim "yüksəklikdə yerləşən Yengicə kəndi" mənasındadır.[2]

Sırt Yengicə adınının toponimik araşdırmalarına görə alimlər bildirir ki, Sırt "dağın beli" və Yengicə isə "təzəcə, yenicə" sözlərinin mənasını verir. Yəni "sırtda yaranmış yeni kənd" deməkdir.[3]

Coğrafiyası və iqlimi

Kənd Dəmiraparançayın sahilində, Əyriçay-Öndağ silsiləsinin ətəyində yerləşir.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 407 nəfər əhali yaşayır.[4]

İqtisadiyyatı

Kənd əhalisinin əsas məşğuliyyətini qoyunçuluq təşki ledir. Eyni zamanda kəndin geniş taxıl sahələri də vardır.[3]

İstinadlar

  1. "Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı". 2022-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-10.
  2. Sırt Yengicə // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. 1 2 Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
  4. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax