Xosrov (Vedibasar)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
kənd
Xosrov
40°01′20″ şm. e. 44°54′54″ ş. u.
Ölkə  Ermənistan
Region [[Vedibasar mahalı]]
Rayon [[Vedi rayonu]]
Tarixi və coğrafiyası
Saat qurşağı UTC+4
Xəritəni göstər/gizlə
Xosrov xəritədə
Xosrov
Xosrov

Xosrov — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.[1]

Tarixi

Kusqayasu çayının yanında yerləşirdi. "İrəvan əyalətinin icmal dəftəri"ndə[2] qeyd edilmişdir.

Toponim Xosrov şəxs adı əsasında yaranmışdır. Antropotoponimdir. Quruluşca sadə toponimdir.

Əhalisi

Kənddə 1873-cü ildə 155 nəfər, 1886-cı ildə 182 nəfər, 1897-ci ildə 269 nəfər, 1904-cü ildə 199 nəfər, 1914-cü ildə 388 nəfər, 1916-cı ildə 315 nəfər azərbaycanlı yaşamışdır[3].

1918-ci ildə kəndin sakinləri qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sağ qalan sakinləri öz kəndlərinə dönə bilmişdir. 1922-ci ildə 24 nəfər, 1926-cı ildə 34 nəfər, 1931-ci ildə 31 nəfər azərbaycanlı yaşamışdır[3].

Kənd 1930-cu illərin ortalarında ləğv edilmişdir. İndi xaraba kənddir.

Təbiəti

Xosrov meşəsi — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda meşə sahəsi. Bu meşəni II Xosrov ov üçün saldırmışdır[4]. Rayonda 1930-cu illərə qədər fəaliyyət göstərmiş Xosrov kəndinin ərazisində yerləşir və meşənin adı eyni adlı kəndin adi əsasında yaranmışdır. İndi dövlət statuslu qoruqdur.

İstinadlar

  1. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  2. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.104
  3. 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.86–87, 154–155
  4. 99, s.462