Hindistan coğrafiyası
Sahəsi və sərhədləri
[redaktə | mənbəni redaktə et]Hindistan ən qədim və böyük dövlətlərdən biridir. Hindistan Asiyanın qərbində Hindistan yarımadasında yerləşir. Sahəsi 3287,6 kv.km, 2001 - ci il siyahıya almasına əsasən əhalisi 1,028,737,436 nəfərdir.
Ərazisinə görə dünyada yeddinci (Sahəsi 3,287,240 km² [1]), əhalisinə görə isə ikinci sıradadır.
Paytaxtı Dehlidir. Böyük şəhərləri Kəlküttə, Mumbai, Çennai, Banqalor, Heydərabad və başqalarıdır.
Hindistan federativ respublikadır. 25 ştatdan,7 muxtar ərazidən ibarətdir. 1950-ci ildən konstitutsiya fəaliyyət göstəir. Dövlət başçısı prezidentdir. Konstitutsiyaya görə dövlət dili hindi dilidir. Lakin ingilis dilidə geniş istifadə edilir. Hindistan qədim,tarixi,mədəni keçmişə,ənənələrə malik olan ölkədir.
Hindistanın relyefi
[redaktə | mənbəni redaktə et]Ərazisi qərbdə,cənubda və şərqdə Hind okeanının Ərəbistan dənizi və Benqal körfəzi ilə, şimalda isə dünyanın ən hündürdağ sistemi Himalay ilə əhatə olunmuşdur.
Ölkənin İCM təsərrüfatın inkişafına əlverişli təsir göstərir. Quru sərhədləri çətin keçilən dağlıq ərazilərdən keçdiyindən ölkənin iqtisadiəlaqələrində mühüm rol oynamır. Sahil xətti həm qərb, həm də şərq ölkələri ilə iqtisadi əlaqələrin genişləndirilməsi üçün əlverişli imkanlar yaradır və ölkənin həyatında mühüm rol oynayır.
Hindistan 25 ştat və 7 müttəfiq ərazidən ibarətdir.
Əhali coğrafiyası
[redaktə | mənbəni redaktə et]Əhalisi; milli tərkibi, təbii artımı və yerləşməsi. Hindistan dünyanın ən çoxmillətli dövlətidir. “Hindli” anlayışı müxtəlif dildə danışan bir neçə yüz xalq və tayfaların birliyi kimi başa düşülməlidir. Ölkədə elə bir dil yoxdur ki,əhalinin böyük əksəriyyəti bu dildə danışsın.
Dövlət dili ölkıdı ən çox saylı hinduların dilidir. Ikinci dövlət dili kiminingilis dilindın istifadə olunur. Bununla yanaşı hır bir ştatda yerli xalqların dilində yerli hökumətlərin qərarları, qəzetlər, jurnallar dərc edilir. Əhalinin 4/5 hissəsi hinduizim 1/10-i isə islam dininə etiqad edir. Əhalinin etnik və dini tərkibinin müxtəlifliyi tez-tez millətlərarası və kastalar arası toqquşmalara səbəb olur.
Əhali ölkə ərazisi üzrə olduqca qeyri-bərabər yerləşmişdir. Dənizsahili ərazilər,məhsuldar ovalıqlar xüsusilə Hind-Qanq ovalığı, çayların vadiləri və deltaları daha çox məskunlaşmışdır. Indi ölkənin daxili hissələri Dekan yaylası sürətlə mənimsənilir. Ölkınin şimalında ucqar dağlıq ərazilər seyrək məskunlaşmışdır.
Şəhərlilərin sayına görə dünyada Çindən sonra ikinci yeri tutmasına baxmayaraq şəhər əhalisinin xüsusi çəkisinə görə (30%-ə) Hindistan urbanizasiyalaşmış ölkələr sırasına aiddir. Bununla yanaşı urbanizasiya prosesi sürətlidir. İri və milyonçu şəhərlərin sayı sürətlə artır. Hindistan ən iri şəhərləri ölkə ərazisi üzrə dördbucaq şəklində yerləşən Kəlkətə, Bombey, Dehli, Mədrəs, Əhmədabad və Heydərabaddır.
Dil coğrafiyası
[redaktə | mənbəni redaktə et]Hindistanda ən geniş yayılmış dil hindi dilidir[2] və ölkənin rəsmi dillərindən biri sayılır[3]. Biznes və inzibati işlərdə geniş yayılmış ingilis dili " yardımçı dil" statusundadır[4]; Hindistan Konstitusiyasına görə ölkənin 21 rəsmi dili var. Hindistanda dillərin 1652 dialekti vardır[5].
Təbii ehtiyatları
[redaktə | mənbəni redaktə et]Hindistan sənayenin inkişafı üçün zəngin təbii resurslara malikdir. Müstəmləkə dövründə nahaq yerə onu “Britaniya tacının mirvarisi” adlandırmırdılar. Bir çox mineral resurslar (kömür, dəmir və manqan filizləri, neft, əlvan metallar) milli sənayenin inkişafı üşün əsas bazadır. Faydalı qazıntı ehtiyatları başlıca olaraq Dekan yaylasının şimal-şərqində yerləşir. Şimal və Şərqi Qat ilə Qərbi qat dağlarının birləşdiyi yerdən axan çayların xüsusilə böyük hidroenerji əhəmiyyəti var. Ölkənin resurslarından biridə müxtəlif ağaclardan (səndəl ağacı, hind palıdı və.s) ibarət olan meşələrdir (ölkə ərazisinin 1/5-ni tutur).
Hindistanda daha güclü sənaye kompleksi Dekan yaylasının şimal-şərqində , Kəlkətədən Damador çayı vadisi boyunca uzanır. Ölkənin başlıca kömür-metallurqiya bazsı olan bu rayon adətən Hind Ruru adlandırırlar. Dekan yaylasının mərkəzi hissəsində ən iri Bhilai metallurqiya kombinatı tikilmişdir. Bombey, Mədrəs, Əhmədabad, Dehli, Heydərabad və.s şəhərlərdə iri sənaye mərkəzləridir.
Hindistanda formalaşan sənayenin ərazi strukturu digər İOÖ-lərdən fərqli olaraq çoxmərkəzli tipə malikdir.Ölkənin bütün hissələrində iri sənaya mərkəzləri yerləşir. Bunlar da nisbətən geri qalmış daxili ərazilərin inkişafına təsir edir.
Hindistanın əksər hissələrində təbii şərait kənd təsərrüfatının inkişafı üçün əlverişlidir. Ölkə geniş torpaq sahələrinə malikdir. Onun ərazisinin yarısı şumluq üçün yararlıdır. Daha məhsuldar torpaqlar Qanq,Brahmaputra və digər çayların geniş vadilərində yerləşir. Bütün əkin sahələrinin 2/5-dən çoxu suvarılır.
Hindistanda iki başlıca kınd təsərrüfatı mövsümü-yay və qış mövsümləri mövcuddur. Yay mövsümü (xarif) mayın axırından sentyabr-oktyabr aylarınadək uzanır. Qış mövsümü (rabi) sentyabr aylarından mart-aprelədək davam edir. Bu, günləri, quru mövsümdür və suvarma tələb edir.
Əkinsahələrinin 4/5-dən çoxunda ərzaq bitkiləri becərilir. Çəltik Qanq və Brahmaputra çaylarının aşağı və orta axarlarınd, buğda isə Qanq çayının yuxarı axarında, quraqlığı ilə fərqlənən Pəncab ştatında becərilir. Suvarılan torpaqlardan yuksək məhsul yığılır.
Texniki bitkilər hər yerdə, şəkər qamışı Qanq vadisində, pambıq əsas etibarilə Dekan yaylasında, cüt Qanq deltasının və Brahmaputra vadisinin daha rütubətli rayonlarında (Qərbi Benqalda) , çay Şərqi Himalay dağətəyində becərilir. Ölkənin kənd təsərrüfatında heyvandarlıqikinci dərəcəli yer tutur. Qaramalda kənd təsərrüfatında işlək qüvvə kimi istifadə olunur. Yalnız bəzi rayonlarda əmtəəlik heyvandarlıq inkişaf etmişdir. Hinduizim qaydalarına riayət edərək, kəndlilər heç əldən düşmüş qaramalıda ətlik üçün kəsmirlər, yalnız həyətdən qovmaqla kifayətlənirlər. “Müqəddəs” inəklər” yollarda və şəhərin küçələrində gəzib dolaşırlar.
Hindistanın nəqliyyatı nisbətən yüksək inkişaf etmişdir. Dəmir yolunun uzunluğuna görə Hindistan dünyanın beş başlıca ölkəsindən biridir. Lakin ensiz dəmir yolu xətləri üstünlük təşkil edir. Yük və sərnişin daşımasında dəmir yolları başlıca rol oynayır. Çox yerlərdə bərk örtüklü avtomobil yolları yoxdur. Dəniz donan masının tonnajı getdikcə artır. Çay nəqliyyatının əhəmiyyəti artır.
İqlimi və hidroqrafiyası
[redaktə | mənbəni redaktə et]Hindistanın iqlimi Himalayın və Tar səhrasının təsiri altındadır, hər ikisi, hansı ki, musson tiplidir.
Subekvatorial qurşaq- musson iqlim tipli olub, Hindistan və Hind-Çin yarımadalarını əhatə edir. Musson küləklərinin təsiri nəticəsində şimalda tropik yox, subtropik iqlim qurşağı ilə həmsərhəddir. Bu qurşaqda musson tipli meşələr və savannalar formalaşıb.
Torpaq, bitki örtüyü
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Office of the Registrar General & Census Commissioner , India : Area of India : 3,287,240 Sq km.*". 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-09.
- ↑ "Languages by number of speakers according to 1991 census". Central Institute of Indian Languages. 2008-04-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-09.
- ↑ Mallikarjun, B. (Nov., 2004), Fifty Years of Language Planning for Modern Hindi-The Official Language of India Arxivləşdirilib 2008-12-24 at the Wayback Machine, Language in India Arxivləşdirilib 2008-12-12 at the Wayback Machine, Volume 4, Number 11. ISSN 1930—2940.
- ↑ "Notification No. 2/8/60-O.L. (Ministry of Home Affairs), dated 27 April, 1960". 2007-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-09.
- ↑ Matthew, K.M. Manorama Yearbook 2003. Malayala Manorama. 2006. g 524. ISBN 81-89004-07-7.