Namiq İslamzadə
Namiq İslamzadə | |
---|---|
Vəzifədədir | |
18 may 2024-cü ildən | |
Əvvəlki | Ramiz Tahirov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 may 1974 (50 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | pilot |
Hərbi xidmət | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Hərbi Hava Qüvvələri |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi |
Rütbəsi |
General-mayor |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Namiq Sərəfruz oğlu İslamzadə (7 may 1974, Yeni Daşkənd, Bərdə rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, İkinci Qarabağ müharibəsinin komandanlarından biri, Vətən Müharibəsi Qəhrəmanı.
Həyatı[redaktə | mənbəni redaktə et]
Namiq İslamzadə 7 may 1974-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. 1981–1988-ci illərdə Bakı şəhəri Hövsan qəsəbəsindəki 76 nömrəli orta məktəbində, 1988–1991-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi liseydə oxumuşdur. 1991-ci ildə Minsk Ali Hərbi Siyasi Ümumqoşun məktəbinə qəbul olmuş, 1992-ci ilin aprel ayına qədər həmin məktəbdə təhsil almışdır. SSRİ dağıldıqdan sonra Azərbaycana qayıtmış, 1992-ci ilin sentyabr ayına qədər Bakı Ali Hərbi Birləşmiş Komandanlıq məktəbində təhsil almışdır. 1992-ci ilin sentyabr ayında təhsilini davam etdirmək üçün Türkiyə Respublikasının Ali Hərbi Təyyarəçilik Məktəbinə göndərilmiş və 1996-cı ildə həmin məktəbdən təyyarəçi ixtisası üzrə məzun olmuşdur.[1]
Namiq İslamzadə 2016-cı ildən Azərbaycan Silahlı Qüvvələrinin Kürdəmir rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edir.
Polkovnik Namiq İslamzadəyə Azərbaycan Prezidenti İlham Əliyevin 7 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "general-mayor" ali hərbi rütbəsi verilmişdir.[2]
2019–2021-ci illərdə Azərbaycan Hərbi Hava Qüvvələri komandanın aviasiya üzrə müavini — Aviasiya rəisi vəzifəsində xidmət etmiş və 2021-ci ilin sentyabr ayında Hərbi Hava Qüvvələri Komandanının müavini — Hava Döyüş komandiri vəzifəsinə təyin olunmuşdur. 2024-cü il may ayının 18-dən etibarən Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı təyin olunmuşdur.[3]
İngilis və rus dillərini bilir.
Təltifləri[redaktə | mənbəni redaktə et]
Mayor Namiq İslamzadə Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2005-ci il tarixli 860 nömrəli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.[4]
Polkovnik-leytenant Namiq İslamzadə Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2008-ci il tarixli 2905 nömrəli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.[5]
Polkovnik Namiq İslamzadə Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2020-ci il tarixli 2127 nömrəli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.[6]
9 dekabr 2020-ci ildə İslamzadə Namiq Sərəfruz oğluna "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir.[7]
Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu general-mayor İslamzadə Namiq Sərəfruz oğlu 25 dekabr 2020-ci ildə ""Füzulinin azad olunmasına görə"" medalı ilə təltif edilmişdir.[8]
Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu general-mayor İslamzadə Namiq Sərəfruz oğlu 25 dekabr 2020-ci ildə "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.[9]
Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Yaquboğlu, Araz. Daşkənddən Yeni Daşkəndə (PDF) (az.). Bakı: Elm və təhsil. 2023. səh. 217. ISBN 978-9952-568-22-6.
- ↑ "Azərbaycan Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına "general-mayor" ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) ( (az.)). 07.12.2020. 2020-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 07.12.2020.
- ↑ "Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ". Oxu.Az (az.). 2024-05-18. İstifadə tarixi: 2024-05-18.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24 iyun 2005-ci il tarixli 860 nömrəli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) ( (az.)). 24.06.2005. 2021-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25 iyun 2008-ci il tarixli 2905 nömrəli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) ( (az.)). 25.06.2008. 2020-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25 iyun 2020-ci il tarixli 2127 nömrəli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) ( (az.)). 25.06.2020. 2021-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.12.2020.
- ↑ "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 2020-12-09. 2020-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-11.
- ↑ "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamı" (az.). president.az. 2020-12-25. 2021-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-05.
- ↑ "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamı" (az.). president.az. 2020-12-25. 2021-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-05.
- 7 mayda doğulanlar
- 1974-cü ildə doğulanlar
- Yaşayan insanlar
- Yeni Daşkənddə doğulanlar
- Cəmşid Naxçıvanski adına hərbi liseyin məzunları
- Türkiyə Hərbi Hava Qüvvələri Akademiyasının məzunları
- Azərbaycan Silahlı Qüvvələrinin general-mayorları
- Vətən Müharibəsi Qəhrəmanları
- "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilənlər
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilənlər
- "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı ilə təltif edilənlər
- "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı ilə təltif edilənlər
- "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı ilə təltif edilənlər
- "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə təltif edilənlər
- "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- 2023 Xankəndi Zəfər Paradının iştirakçıları
- 2020 Bakı Qələbə Paradının iştirakçıları
- Azərbaycan generalları
- Azərbaycanlı generallar
- Azərbaycan hərbçiləri
- Azərbaycanlı hərbçilər
- Azərbaycan tərəfindən İkinci Qarabağ müharibəsi iştirakçıları