Yaşar Mirağa oğlu Əhmədov (24 sentyabr 1990, Xatınlı, Tovuz rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsinin qazisi, Vətən Müharibəsi Qəhrəmanı.
Yaşar Əhmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 sentyabr 1990 (33 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Uşağı | 2 |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2008-ci ildən |
Rütbəsi | Gizir |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi |
Təltifləri | |
|
Yaşar Əhmədov 1990-cı il sentyabrın 24-də Tovuz rayonunun Xatınlı kəndində anadan olmuşdur. 1997–2008-ci illərdə şəhid Firudin Qasımov adına Xatınlı kənd orta məktəbində təhsil almışdır. 2008–2010-cu illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir.
2013-cü ildən MAHHXHQ kursuna qatılıb N saylı h/h ön cəbhədə xidmətə başlamışdır. 2015-ci ildən Xüsusi Təyinatlı Qüvvələr təməl XT kursuna daxil olmuş və kursu bitirdikdən sonra N saylı XT h/h də kəşfiyyatçı snayper kimi xidmətə başlamışdır.
Ailəlidir, 1 oğlu, 1 qızı var.
Azərbaycan Ordusunun kiçik giziri olan Yaşar Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli, Xocavənd və Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Yaşar Əhmədova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.[1]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Yaşar Əhmədov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Yaşar Əhmədov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
26 iyun 2022-ci ildə Gizir rütbəsi verilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.