Nemətullah Naxçıvani: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 3: Sətir 3:


== Həyatı ==
== Həyatı ==
=== Naxçıvan dövrü ===
[[Naxçıvan]]da anadan olan Mövlana Nemətullah ibn Mahmud Şeyx Əlvan Naxçıvani, zamanın tanınmış xocalarından dərs alıb zahiri elmləri tamamladıqdan sonra [[təsəvvüf]]ə bağlanmışdır. Bu sahədə də mükəmməl bilik aldıqdan sonra [[1498]]-ci ildə Naxçıvandan ayrılmış, islam aləminin bir çox önəmli mərkəzlərini gəzmiş, bir müddət [[Təbriz]]də qalaraq, orada [[Dədə Ömər Rövşəni]] ilə görüşmüşdür.
[[Naxçıvan]]da anadan olan Mövlana Nemətullah ibn Mahmud Şeyx Əlvan Naxçıvani, zamanın tanınmış xocalarından dərs alıb zahiri elmləri tamamladıqdan sonra [[təsəvvüf]]ə bağlanmışdır. Bu sahədə də mükəmməl bilik almışdır.


=== Təbriz dövrü ===
Daha sonra [[Anadolu]]ya getmiş, [[Akşəhər]]də yerləşmişdir. Tarixən və hal-hazırda Ağşəhərlilər arasında, Şeyx Əlva, Nemətullah Naxçıvani, Baba Nemətullah, Baba Nemət və Nemətullah Sultan kimi adlarla xatırlanan bu böyük Türk-İslam alimi və vəlisi, zamanındakı alim və vəlilərin ən fəzilətlilərindən biri hesab olunurdu. Ağşəhərdə uzun illər elmə xidmət etmiş və çoxlu sayda müridi olmuşdur. Öz doğma dili olan türkcəylə yanaşı, ərəb və fars dillərini də bilirdi.
[[1498]]-ci ildə Naxçıvandan ayrılmış, islam aləminin bir çox önəmli mərkəzlərini gəzmiş, bir müddət [[Təbriz]]də qalaraq, orada [[Dədə Ömər Rövşəni]] ilə görüşmüşdür.

=== Ağşəhər dövrü ===
Daha sonra [[Anadolu]]ya getmiş, Ağşəhərdə yerləşmişdir. Tarixən və hal-hazırda Ağşəhərlilər arasında, Şeyx Əlva, Nemətullah Naxçıvani, Baba Nemətullah, Baba Nemət və Nemətullah Sultan kimi adlarla xatırlanan bu böyük Türk-İslam alimi və vəlisi, zamanındakı alim və vəlilərin ən fəzilətlilərindən biri hesab olunurdu. Ağşəhərdə uzun illər elmə xidmət etmiş və çoxlu sayda müridi olmuşdur. Öz doğma dili olan türkcəylə yanaşı, ərəb və fars dillərini də bilirdi.
Taşköprülüzadənin "Şəqayiqi-Numaniyyə" adlı məşhur əsərində onun haqqında "ülumi-rəbbaniyə mütəbahhir əsrari-ilahiyyə dəryalarına qəriq" ({{dil-az|ilahi elmlərdə dərin, ilahi sirlər dənizinə dalmış}}) – dediyi Nemətullah Naxçıvani [[təfsir]] elmində təsəvvüfi təfsirlər arasında mühüm bir yerə sahib olan ''"əl-Fəvatihül-İlahiyyə vəl Məfatihül-Qeybiyyə"'' adlı əsərin müəllifidir. O, bu təfsiri daha öncə yazılmış təfsirlərə müraciət etmədən, öz biliyi əsasında yazması ilə məşhur olmuşdur. Bunlardan başqa, Hidayət-ül-İxvan və Risalət-ül-Vücud adında təsəvvüflə əlaqədar iki risaləsi vardır. "Fəvatih-ul-İlahiyyə" adlı təfsirinin, öz əl yazısıyla olan nüsxəsi, Topaqapı Sarayında III Əhməd Xan kitabxanasında mövcuddur. Həmin təfsir 1908-ci ildə, Mətbey-i Osmaniyyədə iki cild halında çap olunmuşdur. Naxçıvani bu əsərini, 1498-ci ildə, Ramazani Şərif ayının ortalarında tamamlamışdır.
Taşköprülüzadənin "Şəqayiqi-Numaniyyə" adlı məşhur əsərində onun haqqında "ülumi-rəbbaniyə mütəbahhir əsrari-ilahiyyə dəryalarına qəriq" ({{dil-az|ilahi elmlərdə dərin, ilahi sirlər dənizinə dalmış}}) – dediyi Nemətullah Naxçıvani [[təfsir]] elmində təsəvvüfi təfsirlər arasında mühüm bir yerə sahib olan ''"əl-Fəvatihül-İlahiyyə vəl Məfatihül-Qeybiyyə"'' adlı əsərin müəllifidir. O, bu təfsiri daha öncə yazılmış təfsirlərə müraciət etmədən, öz biliyi əsasında yazması ilə məşhur olmuşdur. Bunlardan başqa, Hidayət-ül-İxvan və Risalət-ül-Vücud adında təsəvvüflə əlaqədar iki risaləsi vardır. "Fəvatih-ul-İlahiyyə" adlı təfsirinin, öz əl yazısıyla olan nüsxəsi, Topaqapı Sarayında III Əhməd Xan kitabxanasında mövcuddur. Həmin təfsir 1908-ci ildə, Mətbey-i Osmaniyyədə iki cild halında çap olunmuşdur. Naxçıvani bu əsərini, 1498-ci ildə, Ramazani Şərif ayının ortalarında tamamlamışdır.

13:49, 14 may 2019 tarixindəki versiya

Nemətullah Naxçıvani
Doğum tarixi 1452
Doğum yeri
Vəfat tarixi 1514
Vəfat yeri
Fəaliyyəti alim

Nemətullah Naxçıvani (tam adı: Nemətullah Mahmud oğlu Şeyx Əlvan Naxçıvani[1]; 1452, Naxçıvan1514, Türkiyə) — Mənşəcə Azərbaycan türklərindən olan böyük sufi alimi. Xacə Məhəmməd Parsanın məşhur tələbələrindəndir. Nemətullah Naxçıvani nəqşibəndilik təriqətinin Azərbaycanda ilk təmsilçilərindən olmuş, məşhur bir müfəssirdir.

Həyatı

Naxçıvan dövrü

Naxçıvanda anadan olan Mövlana Nemətullah ibn Mahmud Şeyx Əlvan Naxçıvani, zamanın tanınmış xocalarından dərs alıb zahiri elmləri tamamladıqdan sonra təsəvvüfə bağlanmışdır. Bu sahədə də mükəmməl bilik almışdır.

Təbriz dövrü

1498-ci ildə Naxçıvandan ayrılmış, islam aləminin bir çox önəmli mərkəzlərini gəzmiş, bir müddət Təbrizdə qalaraq, orada Dədə Ömər Rövşəni ilə görüşmüşdür.

Ağşəhər dövrü

Daha sonra Anadoluya getmiş, Ağşəhərdə yerləşmişdir. Tarixən və hal-hazırda Ağşəhərlilər arasında, Şeyx Əlva, Nemətullah Naxçıvani, Baba Nemətullah, Baba Nemət və Nemətullah Sultan kimi adlarla xatırlanan bu böyük Türk-İslam alimi və vəlisi, zamanındakı alim və vəlilərin ən fəzilətlilərindən biri hesab olunurdu. Ağşəhərdə uzun illər elmə xidmət etmiş və çoxlu sayda müridi olmuşdur. Öz doğma dili olan türkcəylə yanaşı, ərəb və fars dillərini də bilirdi.

Taşköprülüzadənin "Şəqayiqi-Numaniyyə" adlı məşhur əsərində onun haqqında "ülumi-rəbbaniyə mütəbahhir əsrari-ilahiyyə dəryalarına qəriq" (azərb. ilahi elmlərdə dərin, ilahi sirlər dənizinə dalmış‎) – dediyi Nemətullah Naxçıvani təfsir elmində təsəvvüfi təfsirlər arasında mühüm bir yerə sahib olan "əl-Fəvatihül-İlahiyyə vəl Məfatihül-Qeybiyyə" adlı əsərin müəllifidir. O, bu təfsiri daha öncə yazılmış təfsirlərə müraciət etmədən, öz biliyi əsasında yazması ilə məşhur olmuşdur. Bunlardan başqa, Hidayət-ül-İxvan və Risalət-ül-Vücud adında təsəvvüflə əlaqədar iki risaləsi vardır. "Fəvatih-ul-İlahiyyə" adlı təfsirinin, öz əl yazısıyla olan nüsxəsi, Topaqapı Sarayında III Əhməd Xan kitabxanasında mövcuddur. Həmin təfsir 1908-ci ildə, Mətbey-i Osmaniyyədə iki cild halında çap olunmuşdur. Naxçıvani bu əsərini, 1498-ci ildə, Ramazani Şərif ayının ortalarında tamamlamışdır.

Nemətullah Naxçıvaninin bu əsəri o qədər diqqəti cəlb etmişdir ki, XIX əsrdə İstanbul üləması aralarında pul toplayaraq bu əsəri (əl-Fəvatihül-İlahiyyə vəl Məfatihül-Qeybiyyə) nəşr etdirmişdir.

Nemətullah Naxçıvani Qazı Beyzavinin "Ənvarüt-tənzil" adlı təfsirinə və Mahmud Şəbüstərinin "Gülşəni-raz" əsərlərinə də şərhlər yazmışdır. "Hədiqətül-ixvan" adında təsəvvüfi bir əsəri də olan Nemətullah Naxçıvani 1514-cü ildə Akşəhərdə vəfat etmişdir. Türbəsi bir neçə dəfə təmir olunmuşdur. Türbəsinin qarşısında bir hovuz vardır. Baba Nemetin qəbrinin yanında irili-xırdalı 4 ayrı daş kitabə vardır. İkinci daş kitabənin üzərində belə yazılmışdır: “Hu Dost. Kibar - ı əhlullahdan və müfəssirlərin - i izâmdan Xacə Nemətullah həzrətlərinin məzarı-i münəvvərləridir.”

Məhəmmədəli Tərbiyət isə onun ölüm tarixini 1497 olaraq qeyd etmişdir.

Türbəsi

Nemətullah Naxçıvaninin qəbri ağşəhərlilərin ən çox ziyarət etdikləri yerlərdən biridir[2]. Əsasən də ziyarətçilər hər il may ayının 4-5-ində – Xıdırəlləz bayramı günlərində məzarın ətrafında toplaçaraq, dualar, diləklər edirlər[2].

Qəbrin olduğu türbə Türkiyədəki Ağşəhərdə – vaxtilə Köycəcəyiz məhəlləsində, hazırda isə Çimənli məhəlləsi adlanan ərazidə – Təkkə kəndinə gedən yolun sağında, Ağşəhər çayının solunda yerləşir[2]. Bir neçə dəfə təmir edilmiş bu türbənin önündə bir hovuz olmuşdur[2]. Lakin sonradan türbə inşaatı ləğv olunaraq, sərdabə normal məzar şəklinə salınmışdır[2].

Onun məzar sənduqəsində böyüklü-kiçikli 5 ayrı daş kitabə vardır. İkinci daşın kitabəsində belə yazılmışdır:

“Ey dost. Kibari-əhlullahdan və müfəssirini-izamdan xacə Nimətullah kuddisə həzrətlərinin mübarək, nurlu qəbirləridir”.[2]

Üçüncü daşın kitabəsində isə 5 beytdən ibarət şeir yazılmışdır. Bu şeirin ilk misrası belədir:

“Həqiqət(ən) sərəfraz övliyadır Həzrət Nemət baba”[2]

Xatirəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 29 oktyabr 2018-ci ildə "Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında" Sərəncam imzalamış və onunla əlaqədar Tədbirlər Planını təsdiq etmişdir[1]. Həmin Tədbirlər Planına uyğun olaraq, 5-7 iyul 2019-cu il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin təşkilatçılığı ilə Naxçıvanda "Görkəmli Azərbaycan mütəfəkkiri Nemətullah Naxçıvani" mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir[3].

Hazırda Türkiyədəki Ağşəhərdə bir küçəyə onun adı verilib; şəhər mərkəzində isə Nemətullah Naxçıvani adını daşıyan məscid və orta məktəb fəaliyyət göstərir[2].

2003-cü ildə Konya valiliyinin təşəbbüsü ilə Ağşəhərdə onun adına məktəb tikilmişdir[4].

Həmçinin bax

İstinadlar

Xarici keçidlər