Çünəxanlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Zopun kənd inzibati ərazi dairəsində kənd.[1]
Çünəxanlı | |
---|---|
39°10′ şm. e. 48°27′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 236 (2009) nəfər |
31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Çünəxanlı kəndi Astanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Zopun kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir.[2]
Burovar silsiləsinin ətəyindədir. Əsl adı Çumaxanlıdır. Yaşayış məntəqəsi XIX əsrin sonlarında muğanlı tayfasına mənsub çumaxanlı nəslinin məskunlaşması nəticəsində yaranmışdır.[3]
Əhalisi 236 nəfərdir (2009).[4]
Cəlilabad rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |