Kürdlər (Cəlilabad)

KürdlərAzərbaycan Respublikasının Cəlilabad rayonunun Kürdlər kənd inzibati ərazi dairəsində kənd.[1]

Kürdlər
39°11′39″ şm. e. 48°23′58″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Cəlilabad rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 729 (2009) nəfər
Xəritəni göstər/gizlə
Kürdlər xəritədə
Kürdlər
Kürdlər

31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Sərhədabad, Məşədivəlli və Əliabad kəndləri Kürdlər kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Sərhədabad kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir.[2]

  • Kürdlər oyk., sadə.
  • Ağcabədi r-nunun eyniadlı i.ə.v.-də kənd. Qarqar çayının sahilində, Qarabağ düzündədir. Kənd musanlı tayfasının kürdlər tirəsinin məskunlaşması nəticəsində yaranmışdır;
  • Ağdam r-nunun Əlimədədli i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, vaxtilə kürddilli ailələrin məskunlaşması nəticəsində yarandığına görə belə adlandırılmışdır;
  • Cəbrayıl r-nunun Sirik i.ə.v.-də kənd. Qarabağ silsiləsinin ətəyindədir. Yerli əhalinin məlumatına görə, keçmiş adı Hacıisaqlı olmuşdur. Əvvəllər bu ərazidə Zəngəzur qəzasındakı şotlanlı kürd tayfasına məxsus qışlaq yeri (Kürdlər qışlağı adlanırdı) olmuşdur. Sonralar burada salınmış yaşayış məntəqəsi köhnə qışlağın adı ilə tanınmışdır. Əslində isə kənd sakinlərinin kürdlərlə heç bir etnik əlaqəsi yoxdur. 1922-ci ildə çap edilmiş yaşayış məntəqələrinin siyahısında da kəndin adı Hacıisaqlı kimi qeydə alınmışdır;
  • Burovar silsiləsinin şm.-ş. ətəyindədir. Yaşayış məntəqəsi XIX əsrin ortalarında panavand tayfasının kürdlər tirəsinin oturaqlaşması nəticəsində yaranmışdır;
  • Füzuli r-nunun Əbdürrəhmanlı i.ə.v.də kənd. Düzənlikdədir. Mehdibəy Kürdü də adlanır. Yaşayış məntəqəsi Mehdibəy adlı şəxsə məxsus kürd ailələrinin məskunlaşması nəticəsində yaranmış və məskunlaşan ailələrin ümumi adını qəbul etmişdir. Etnotoponimdir.[3]

İlk əvvəllər bu ərazidə İrandan gəlmiş kürd tayfaları məskunlaşmış, daha sonra yerli türk tayfaları tərəfindən buradan sıxışdırılıb çıxarılmışdır. Ona görə kəndin adı Kürdlər olaraq qalmışdır, ancaq hal hazırda əhali yerli türk tayfalarından təşkil olunub. Kəndin adı Qurdlar olub. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 729 nəfər əhali yaşayır.[4]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 31 may 2013-cü il tarixli Qanunu" (az.). president.az. 27 iyun 2013, 21:25. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-16.
  3. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  4. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  5. "Arxivlənmiş surət". 2011-03-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-07-13.