Astanlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Astanlı kənd inzibati ərazi dairəsində kənd.[1]
Astanlı | |
---|---|
39°09′18″ şm. e. 48°25′02″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 569 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 1530 |
31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Zopun, Cəfərli, Çünəxanlı, Həsənli və Məşədi Hüseynli kəndləri Astanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Zopun kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir.[2]
Əsası 19-cu əsrdə Astan tərəfindən Astanlıbazarda(Cəlilabadda) yaradılmışdır.[mənbə göstərin]
Həmşirə çayı sahilində, Burovar silsiləsinin ətəyindədir. XIX əsrin axırlarında kəndin əsasını Musabəyli kəndindən çıxmış astanlı nəsli qoymuşdur. Kənd həmin nəslin adı ilə adlanmışdır. 1933-cü ildə r-nda Astanabad adlı başqa bir kənd də qeydə alınmışdır.[3] Yardımlı rayonunda yerləşən Aşağı və Yuxarı Astanlı kəndlərilə əlaqəlidir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 569 nəfər əhali yaşayır.[4]
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Cəlilabad rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |