Sərhədabad — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Sərhədabad kənd inzibati ərazi dairəsində kənd.[1]
Sərhədabad | |
---|---|
39°14′08″ şm. e. 48°26′34″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 69 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1799 (2009) nəfər |
31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Sərhədabad, Məşədivəlli və Əliabad kəndləri Kürdlər kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Sərhədabad kəndi olmaqla Sərhədabad kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.[2]
Burovar silsiləsinin ətəyindədir. Keçmiş adı Parıx olmuşdur. Kəndin əsasını alar tayfası qoymuşdur. 1870-ci ilin məlumatına görə, əvvəllər dörd hissədən ibarət olan alarlar parçalanmış, onların ikinci hissəsi sərhəd zonasında Parıx (əsli Paraq olub, “çəpərlənmiş yer” deməkdir) adlı yerdə yaşayış məntəqəsinin əsasını qoymuşdur. Oykonim “sərhəddə yerləşən kənd, sərhəd kəndi” mənasındadır.[3]
Səhrədabad kəndi Cəlilabad rayonunun ən böyük kəndlərindən biridir və rayonun 7 km-liyində yerləşir. Hal-hazırda 1000 hektara yaxın əkin torpağı vardır. Torpağı orta və zəif parçalanmış dağarası düzənliklərin və ovalıqların yarımsəhra landşaftıdır.
Kənd əhalisi əsasən taxılçılıqla və heyvandarliqla məşğul olur. SSRİ dövründə Səhrədabad kəndi üzümçülüyü ilə məşhur olmuşdur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1799 nəfər əhali yaşayır.[4]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Səhrədabad kəndində bir orta məktəb, xəstəxana və kənd icra nümayəndəliyi yerləşir.