Axtaxana — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Ağdaş kənd inzibati ərazi dairəsində kənd.[1]
Axtaxana | |
---|---|
39°06′23″ şm. e. 48°22′54″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 287 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 220 (2009) nəfər |
Kənd XVI əsrdə Azərbaycanın şimalında yaşamış türkdilli "padar" tayfasının bir qolu olan "axtaçı" tayfa adındandır. Kəndin ilk adı Axtacıxana olmuşdur. Sonradan "çı" şəkilçisi düşmüşdür. "Xana" isə ev məkan bildirir.[2]
Göytəpə çayının sahilində, Burovar silsiləsinin ətəyindədir. Oykonim axta və xana sözlərindən düzəlib, "heyvanların axtalandığı yer; at saxlanan yer" deməkdir. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsi vaxtilə Göytəpə çayı boyunca keçən köç yolunda yerləşən axtaxanada salındığı üçün belə adlandırılmışdır. Ermənistan və Özbəkistan toponimiyasında da Axtaxana oykonimləri qeydə alınmışdır.[3]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 220 nəfər əhali yaşayır.[4]
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Cəlilabad rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |