Hacıcavadlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Ağdaş kənd inzibati ərazi dairəsində kənd.[1]
Hacıcavadlı | |
---|---|
39°07′ şm. e. 48°31′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 65 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 580 (2009) nəfər |
Göytəpəçayının sahilindədir. Yerli əhalinin məlumatına görə yaşayış məntəqəsini XVIII əsrdə Cənubi Azərbaycandan gəlmiş İbrahim, Hacı Cavad və İsrafil adlı üç qardaş salmışdır. Kənd əvvəllər İbrahimli, sonralar isə Hacı Cavadlı adlanmışdır. Oykonim "Hacı Cavada məxsus kənd mənasındadır.[2]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 580 nəfər əhali yaşayır.[3]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Cəlilabad rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |