Fərəcullalı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Cəngan kənd inzibati ərazi dairəsində kənd.[1]
Fərəcullalı | |
---|---|
39°11′ şm. e. 48°19′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 159 (2009) nəfər |
Dağətəyi ərazidədir. Keçmişdə Lənkəran qəzasında maldarlıqla məşğul olmuş pirembel tayfasının 5-ci qoluna məxsus yeddi ailənin başçısı sahibkar Fərəculla olmuşdur. XIX əsrin axırlarında həmin ailələrin oturaqlaşması nəticəsində yaranmış yaşayış məntəqəsi Fərəcullanın adı ilə adlandırılmışdır.[2]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 159 nəfər əhali yaşayır.[3]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Cəlilabad rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |